Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədheybət
Bədheybət — mifologiyada, nağıllarda və əfsanələrdə təsvir olunan vəhşi heyvan, qeyri-adi, yırtıcı varlıq. Türk mədəniyyətində Güyuk (Guyuk) və ya Azman kimi də adlandırılır. Müxtəlif şəkildə təsvir edilmişdir. Çox vaxt hər cür qeyri-adi və yırtıcı canlını ifadə etmək üçün bu termindən istifadə olunur.
Bədheybət (film, 2003)
«Bədheybət» (ing. Monster) — rejissor Petti Cenkinsin dram filmi. 2003-cü ildə birgə alman-amerikan istehsalı ilə ekranizasiya edilmişdi. Filmin süjetinə, Floridadan olan real seriyalı qatil Eylin Uornosun həyat tarixçəsi qoyulub. == Süjet == Həyatından bezmiş küçə fahişəsi Eylin Uornos barda gənc və yaraşıqlı Selbi Uoll ilə tanış olur. Məhz Selbidən, o xırdaca diqqət alır və onunla həmsöhbət olur. Bundan başqa Selbi lesbiyandır, bu da onu qadınlarla təmasa girməyə vadar eləyir. Amma Eylinlə kontakt yaratmaq çox çətindir. Eylin əvvəlcə Selbinin meyllərinə qarşı olur, lakin sonradan ona aşiq olur. Seks müştərilə görüşdükdə (slenq ifadədə onun adı Condur — John Doe «anonim» mənasını verir).
Gözəl və bədheybət (cizgi filmi, 1991)
Gözəl və bədheybət (ing. Beauty and the Beast) — 1991-ci ildə istehsal olunmuş ABŞ cizgi filmidir. Cizgi filmi fransa yazarı Janna-Mari Leprens de Bomonun (fr. Jeanne-Marie Leprince de Beaumont) eyni adlı əsəri əsasında hazırlanmışdır. 1946-cı ildə Fransada istehsal olunmuş "Gözəl və bədheybət" filmindəki bir sıra epizodlar bu cizgi filminə bənzəyir. "Gözəl və bədheybət" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 30-cu klassik qısametrajlı cizgi filmidir. İlk dəfə 29 sentyabr 1991-ci il tarixində Nyu-York kinofestivalında göstərilmişdir. Cizgi filmi 2002-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Cizgi filminin açılışında Şahzadənin canavara çevrilmə hekayəsi müxtəlif səhnələrdə izah edilir. Buna görə, özünü yaşlı bir dilənçi qadın olaraq gizləmiş bir pəri şahzadəyə soyuq qış gecəsində sığınacaq qarşılığında tək bir gül təklif edir.