Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əl-Həqq
Əl-Həqq (ər. الحقّ) — Allahın adlarından biri.
Sövməəyi-Həqq (Sərab)
Sövməəyi-Həqq (fars. صومعه حق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (27 ailə).
Ziya Ül Həqq
Məhəmməd Ziyaülhaqq (12 avqust 1924[…], Calandhar[d], Britaniya Hindistanı – 17 avqust 1988[…], Bahavalpur, Pəncab) — Pakistanın altıncı prezidenti. Pakistanda, seçki ilə hakimiyyətə gələn Zülfiqar Əli Bhuttonu 1977-ci ildə hərbi çevrilişlə devirən generaldır. 1979-cu ildə Bhutto edam edilmişdir. Şəriət nizamını elan edən Ziyaülhaqq 1988-ci ildə ABŞ səfirinin və qərargahlarınında olduğu təyyarənin salınması nəticəsində həyatını itirənə qədər rəhbərlikdə qalmışdır. Ölümündən sonra seçkiləri açıq fərqlə qazanan Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhutto baş nazir olmuşdur.
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.), 994-9.4.1066) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Behnaq (Marağa)
Behnaq (fars. بهنق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 897 nəfər yaşayır (165 ailə).
Dərb Beheşt
Dərb Beheşt — İranın Kirman ostanının Ciruft şəhristanının Sarduiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,456 nəfər və 562 ailədən ibarət idi.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Nəhəng dorsteniya
Nəhəng dorsteniya (lat. Dorstenia gigas) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins. Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika. Cinsə iki növ daxildir: Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası. Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya.Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.
Nəhəng gürzə
Nəhəng gürzə (lat. Macrovipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Bu cinsin nümayəndələri əsasən səhra və yarımsəhra ərazilərində yayılmışlar. Qəzəbli xüsusiyyətə malik olurlar və kifayət qədər zəhərə malikdirlər. Bu səbəbdən çox təhlükəlidirlər. == Klassifikasiya == Cinsə dörd növ daxildir: Macrovipera deserti Macrovipera lebetina — Livan gürzəsi Macrovipera mauritanica — Mavritaniya gürzəsi Macrovipera schweizeri — Milos gürzəsi == Yayılması == Bu cinsə daxil olan növlər: Şimali Afrika, Kipr, Türkiyə, Azərbaycan, Dağıstan, Ermənistan, İran, Əfqanıstan, Mərkəzi Asiyanın cənub ölkələrində, Pakistan və Hindistanın şimal-şərq hissələrində yayılmışdır. Mavritaniya gürzəsi əvvəllər Macrovipera deserti yarımnövü hesab edilirdi.
Nəhəng köstəbək
Nəhəng köstəbək (lat. Spalax giganteus) — Köstəbəkkimilər fəsiləsinə aid gəmirici növü. == Xariçi görünüş == Köstəbəkkimilər fəsiləsinə aid olan növlər arasında ən böyüyüdür. Uzunluğu 25–35 sm, çəkisi isə 1 kq təşkil edir. Üst hissəsi rəngarəng, boz və ya oxra-qonur rəngdə olur. Yaşlı fərdlərin başının üst hissəsi ağ rəngdə olur. Qarın nahiyyəsi tünd-boz rəngdə olur. == Yayılması == Nəhəng köstəbək endemik növ olaraq əsasən Ön Qafqaz ərazilərində yaşayırlar. Xüsusu ilə Kuma, Terek, Sulak çaylarının aşağı axarlarında rast gəlinir. Şimal arealı Kuma çayının ətrafları, cənub arealı isə Mahaçqala və Qudermes şəhərləri həmdəvərinə qədər uzanır.
Nəhəng maral
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır. == Yayılması və növləri == Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həmdə seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi.
Nəhəng muntjak
Nəhəng muntjak (lat. Muntiacus vuquangensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Nəhəng osminoq
Nəhəng osminoq (lat. Enteroctopus dofleini) — Enteroctopodidae fəsiləsinə, Enteroctopus cinsindən olan osminoq növü. Osminoqların ən böyük növüdür. Növ alman zooloqu Gerhard Vülker (alm. Gerhard Wülker‎, 1885–1930) tərəfindən 1910-cu ildə izah edilmişdir. == Yayılması == Sakit Okeanın şimalında, Yapon, Oxot və Berinq dənizlərində, eləcə də Şimali Amerikanın Sakit okean sahillərində, Aşağı Kaliforniyadan şimal-şərqdə Alyaskaya və qərbdə Yaponiyaya, tropikdən subarktik qurşağa qədər yayılmışlar. Qabarma və çəkilmə zonasında, 180 metrədək dərinlikdə, sahildən mareik çelfinin kənarına qədər 800 m dəyinlikdə bəzənsə 1500 metrədək dərinliklərdə olurlar. Nəhəng bir osminoq olaraq Yaponiya və Koreya yarımadasından Saxalin adasının cənub hissəsi olan Primorye bölgəsinə, o cümlədən: Kuril adaları, Kamçatka, Komandor və Aleut adaları arasında paylanır. Hal-hazırda erkəklərin və ən böyük dişilərin azalması müşahidə olunur. == Morfologiya == Nəhəng osminoqun çəkisi 2 ilə 10 kq arasında dəyişir.
Nəhəng planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. == Yupiter == Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü.Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. == Çiçək == Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. == Yaşayış mühiti == Meşələrdə və dağ çəmənlərində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yaxşı balverən bitkidir. Boyaq məqsədilə istifadə olunur.
Nəhəng sekvoyadendron
Nəhəng sekvoyadendron (lat. Sequoiadendron giganteum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoyadendron cinsinə aid bitki növü. Gövdəsinin qabığının qalınlığı 50 mm-ə çatır, rəngi qırmızımtıl bozdur. Yarpaqları pulcuqlu iynevarıdır, uzunluğu 0,5-1,2 sm-ə çatır. Yarpaqları, əsasən, zoğ boyu yerləşir və aşağıya doğru əyiləndir. Onlar ayrı-ayrılıqda yuxarıdan əyilmiş, aşağıdan qabarıq, bozumtul-yaşıl rəngə çalır. İynəyarpaqları töküldükdən sonra zoğ və ya budaq üzərində rombşəkilli başlıqlar qalır. Çiçəklərində tozcuqlar 2-5 ədəd tozcuq kisələrində yerləşir. Toxumları ellips formalıdır, kənarları batıq qanadlarla əhatə olunmuşdur, uzunluğu 5mm-ə çatır. Toxum pulcuqlarında 3-12 ədədə kimi yumurtacıq olur.
Nəhəng soğan
Nəhəng soğan (lat. Allium giganteum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. == Təsviri == === Xarici görünüş === Olduqca iri olan tısbağanın böyük ayaqları olsada kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Nəhəng ulduzlar
Nəhəng ulduzlar — "Spektr-işıqlıq" diaqramında baş ardıcılıqdan üstdə nəhəng ulduzlar yerləşmişlər. Ötgün siniflərə (G-M) məxsus və təqribən M=+1m ulduz ölçüsünə malik olan az sayda ulduzlar nəhənglər qrupunu təşkil edirlər. Bu ulduzların işıqlığı Günəşinkindən 100-1000 dəfələrlə böyükdür. Nəhəng ulduzların effektiv temperaturları Günəşinkindən kiçik olduğundan onların işıqlıqlarının çox böyük olmasını əsasən radiuslarının çox böyük olması ilə izah etmək olar. Nəhənglərin radiusları Günəşinkindən 10, hətta 100 dəfəyədək böyükdür.
Nəhəng zirehli
Nəhəng zirehli (lat. Priodontes maximus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Fəsilənin ən iri nümayəndəsidir. Bu növ nəsli kəsilməyə həssas hesab olunur. == Təsvir == Bədən uzunluğu 75 ilə 100 sm, çəkisi 18 ilə 32 kq arasındadır (qapalı vəziyyətdə 60 kq-a qədər). Nəhəng zirehli hazırda yayılmış ən böyük zirehlidir. Onların zirehi yüksək dərəcədə hərəkətlidir və çoxsaylı seqmentlərə bölünür. Uzunluğu 50 sm-ə qədər olan quyruq beşbucaqlı pulcuqlarla örtülmüşdür. Canlının zirehi qəhvəyi bir rəngə malikdir, qarnı isə nisbətən açıq rəngdədir. Boruya bənzər ağzında 100-ə qədər diş vardır.
Nəhəng zirehlilər
Nəhəng zirehlilər (lat. Pampatheriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.