Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səqərçin (Xudabəndə)
Səqərçin (fars. سقرچين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (172 ailə).
Yəhərçi (Həştrud)
Yəhərçi (fars. يهرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (24 ailə).
Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.
Şəhərin sosiologiyası
Şəhərin sosiologiyası — şəhər həyatının müxtəlif aspektlərini tədqiq edən sosiologiyanın bir qolu. Şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır (icmaların təsnifatı, bir növdən digərinə keçid və s.); şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. == Tarixi == Şəhərin ilk sosioloji analizlərindən birini Maks Veber təklif etmişdir. Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi təyin edir. Weberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu Karl Büxher və Georq Zimmel kimi Alman sosioloqları da öyrənmişlər. Marksizm klassikləri şəhər problemlərini kapitalist cəmiyyətdəki fəhlə sinfinin mövqeyinin araşdırılması kontekstində təqdim edirlər. Bu baxımdan sənaye və ya ticarət baxımından böyük şəhər, sinif mübarizəsinin ən cəmləşmiş şəkildə reallaşdığı yer olaraq görülür. Bununla birlikdə, şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin işində idi. Onun çərçivəsində şəhərin xarakterik problemlərinin əsas tədqiqatçıları Robert Park, Ernst Bercess və Luis Virt idi. Çikaqo Məktəbinin əsərləri tətbiqi istiqamətliliyi ilə seçilirdi.
Məhərin Məktəbi (1982)
== Məzmun == Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. == Film haqqında == Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Respublikası Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Yəhərçi Qazaxlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İki şəhərin hekayəsi
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir. Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757-1794-cü illəri əhatə edir.Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır. Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır. == Mövzusu == === Birinci kitab- "Yaşama qayıtmış" === Birinci bölüm Çarlzın dövr haqda təsviri ilə başlayır:"Bu dövrlərin ən yaxşısı idi, həm də ən pisi, ağıl dövrü idi, həm də axmaqlıq, ümidlərin baharı idi, həm də ümidsizliyin qışı, həm hər şey qabaqda idi, həm də bizi gözləyən heç nə yox idi, hamımız bir başa cənnətə, ya da tam əksi olan yola gedəcəkdik-qısaca, hər şey bugünə o qədər oxşayırdı ki, səs-küylü ixtiyar sahibləri müqayisələrin yaxşı, ya pis olsun üstünlük göstərməyə edilməsi üçün dirəşirdilər." İlk hissədə hadisələr 1775-ci il həkim Aleksandr Manettin azadlığa buraxılması ilə başlayır və ancaq bu dövrü əhatə edir.
Şəhərin Ritmləri (1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Böyük şəhərin işıqları
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Məhərin məktəbi (film, 1982)
== Məzmun == Film Tovuz bölgəsindəki Bozalqanlı kəndinin qocaman kimya müəllimi Məhər Quliyevin pedaqoji fəaliyyətindən və onun qabaqcıl iş təcrübəsindən danışır. == Film haqqında == Film Azərbaycan Respublikası Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Ələkbər Abbasov, A.Əbilov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Respublikası Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Şəhərin estetikası (film, 1973)
== Məzmun == Filmdə respublikamızın paytaxtı Bakının arxitekturası, mənzərəli bulvarı, şəhərin küçələri, yeni tikintiləri, tarixi abidələri, müasir üslubda tərtib olunmuş reklamlar öz əksini tapmışdır. Kinolentdə eyni zamanda belə bir gözəl şəhərin estetik gözəlliyiniə xələl gətirən qüsurları da göstərilir və tənqid olunur. == Film haqqında == Film Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
Şəhərin ritmləri (film, 1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Batmış şəhərin axtarışında (film, 1987)
Batmış şəhərin axtarışında filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. == Məzmun == Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. Bakı arxeoloqları 1968-ci ildən onun yerində-Bəndəvan burnunun ətrafında tədqiqat aparırlar. Onlar hər il tarix-diyarşünaslıq muzeylərimizin ekspozisiyasını zənginləşdirən maddi mədəniyyət nümunələri aşkara çıxarırlar.Elmi-kütləvi filmdə suyun altında çəkilmiş çoxlu kinokadr vardır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Emil Salmanov, Sara Nəzirova Rejissor: Nicat Bəkirzadə Operator: Yuri Varnovski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Böyük şəhərin işıqları (film, 1931)
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüsserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. == Rollarda == Lui Hanter - Paris Bella Dayne - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona == İstehsalı == Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Troy: Fall of a City — Internet Movie Database saytında.
Şəhərcik
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəhərcik (Qafan)

Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi.Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Nqoklak (şəhərcik)
Nqoklak (vyet. Ngọc Lặc) — Vyetnamda, Txanxoa vilayətində şəhər, Nqoklak mahalının inzibati mərkəzi. == Tarixi == İndiki Nqoklak şəhərinin əksəriyyəti əvvəllər Nqoklak mahalında yerləşən Nqokkhe icması idi. Nqokkhe icması 25 iyun 1963-cü ildə Kaokkhe icmasının ərazisinin və əhalisinin bir hissəsinin ayrılması əsasında yaradılmışdır.3 iyun 1988-ci ildə Nazirlər Soveti 99-HĐBT saylı fərman vermiş və ona əsasən Nqokkhe icmasının 192 hektar və 4,538 sakini Nqoklak şəhərinə ayrılmışdı.