Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sosial bərabərsizlik
Sosial bərabərsizlik — ayrı-ayrı fərdlərin, sosial qrupların, təbəqələrin, siniflərin şaquli sosial iyerarxiyanın müxtəlif səviyyələrində yerləşdiyi və ehtiyacları ödəmək üçün qeyri-bərabər həyat şanslarına və imkanlarına malik olduğu sosial təbəqələşmə forması. Ən ümumi formada qeyri-bərabərlik insanların məhdud maddi və mənəvi istehlak resurslarına qeyri-bərabər çıxışı olan şəraitdə yaşaması deməkdir. İsveçrənin Credit Suisse bankının 2021-ci il Qlobal Sərvət Hesabatına əsasən, 2020-ci ildə planetin ən zəngin 1,1%-i dünya sərvətinin 45,8%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir.İƏİT-in məlumatına görə, 2017-ci ildə İƏİT ölkələrində əhalinin ən varlı 10%-nin sərəncamında olan orta gəliri əhalinin ən yoxsul 10%-nin orta hesabla 9,5 dəfə olduğu halda, 1992-ci ildə bu fərq 7 dəfə olub. Sərvət bərabərsizliyi daha da əhəmiyyətlidir: İƏİT ölkələrində əhalinin ən zəngin 10%-i sərvətin 50%-nə, ən yoxsul 40%-i isə sərvətin 3%-nə sahibdir.Fransız iqtisadçısı T.Piketti “XX əsrdə kapital” kitabında belə qənaətə gəlir ki, sosial bərabərsizliyin artması müasir dünyada əsas tendensiyadır, sənaye inqilabı onu məhv etmir, baxmayaraq ki, zaman keçdikcə bu cür artımı daha az vahid edir. == Bərabərsizlik və ayrı-seçkiliyin formaları == Fərdlər üçün sosial statusu və deməli, cəmiyyətdə bərabərliyi və ya bərabərsizliyi müəyyən edən bir sıra sosial xüsusiyyətlər mövcuddur. Gender bərabərsizliyi Yaş Ayrı-seçkiliyi İrqi bərabərsizlik İqtisadi bərabərsizlik Psixi pozğunluğu olan şəxslərə qarşı ayrı-seçkilik Cinsi oriyentasiya və gender kimliyinə əsaslanan diskriminasiyaBərabərsizliklə bağlı baxışlar Keyfiyyətcə qeyri-bərabər iş şəraitini yerinə yetirməklə, sosial ehtiyacları müxtəlif dərəcədə ödəməklə insanlar bəzən iqtisadi cəhətdən heterojen əməklə məşğul olurlar, çünki bu cür əmək növləri onların sosial faydalılığını fərqli qiymətləndirir. Sosial bərabərsizliyin əsas mexanizmləri mülkiyyət münasibətləri, hakimiyyət (hakimiyyət və tabelik), sosial (yəni sosial sabit və iyerarxiyalaşdırılmış) əmək bölgüsü, eləcə də nəzarətsiz, kortəbii sosial diferensiallaşmadır. Bu mexanizmlər əsasən bazar iqtisadiyyatının xüsusiyyətləri ilə, qaçılmaz rəqabət (o cümlədən əmək bazarında) və işsizliklə bağlıdır. Ən təhlükəlisi, istedadlı insanların uşaqlıq və yeniyetməlik dövründə əlverişsiz sosial-iqtisadi şəraitə görə öz istedadlarını anadangəlmə reallaşdıra bilmədikləri, cəmiyyət üzvlərinin şəxsi səyləri ilə əlaqəli olmayan, imkanların bərabərsizliyidir. Məsələn, kasıb ailələrdən olan istedadlı uşaqların yaxşı təhsil almaq imkanları yoxdur və nəticədə “yoxsulluq tələsinə” düşürlər.
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik (en. Digital divide, ru. Информационное неравенство) Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi nəzərdə tutulur. Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilikdir. İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növüdür. İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması ilə əlaqələndirən tərəfdarlar üçün xarakterik olan konsepsiyadır. İnformasiya bərabərsizliyinin sinonimi kimi rəqəmsal partlayış, informasiya və ya rəqəmsal parçalanma, rəqəmsal və ya elektron uçurum və digər ifadələrdən istifadə edilir.
Vikipediyada gender bərabərsizliyi
Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır. 2019-cu ildə Wikimedia Fondunun o zamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır. 2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Uels ensiklopediyanın redoktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır. Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır. == Araşdırılması == 2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir. 2009-cu ildə Vikimediya Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduuğu halda, 500-dən çox redaktə edən redaktorların yanlız 6%-i qadınlardır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Vikipediyada gender bərabərsizliyi ilə əlaqəli mediafayllar var.
Yaponiyada gender bərabərsizliyi
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir. Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir. Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib. == Ailə == 1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı.