Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacteria
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar OksifotobakteriyalarArxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.
Bakterial xəstəliklər
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər EkzotoksinlərEndotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur. Sereloji üsul - qan zərdabında törədicinin aşkar edilməsiDiaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Material
Material - hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar. == Materialın sürüncəkliyi == Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir. Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-ci illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər.
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: a) təbii materiallar (kvars, sumbata, korund, təbii almaz), b) süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır.
Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. == Simptomatik hipertoniya (ikincili hipertoniya) == Simptomatik hipertoniyaya aiddir: Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. == Risk Faktorları == Həyat tərzi ilə bağlı risk faktorları: • Duzlu və yağlı qidaların qəbulu • Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması • Alkoqoldan istifadə • Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi • Həddindən çox stresli həyat tərzi • Tütünçəkmə Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir: • Şəkərli diabet • Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə.
Ağac (material)
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Gips (material)
Gips — inşaat materialı. == Ümumi məlumat == Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə bpyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. == Patofiyiologiyası == Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. == Klinik əlamətləri == Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. === Hazırlanması === Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
Dövlət Material Ehtiyatları Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — == Haqqında == Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının ərazisində dövlət, səfərbərlik, ərzaq və fövqəladə hallar üzrə ehtiyatların yaradılması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında iştirak edən, bu sahədə idarəetməni və dövlət material ehtiyatları üzrə nəzarəti həyata keçirən, dövlət material ehtiyatlarının həcmi, nomenklaturu və formalaşması haqqında təkliflər hazırlayan, dövlət material ehtiyatlarının yığılması, saxlanması, qorunması, yenilənməsi, buraxılması, bərpası və təxsis edilməsi əməliyyatlarını yerinə yetirən və beynəlxalq humanitar yardımlar üzrə tapşırıqları həyata keçirən icra hakimiyyəti orqanıdır.