Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badaxos vilayəti
== Ərazisi == Badaxos vilayətinin ərazisi 21 766 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Badaxos vilayəti ərazisinə görə 1-ci yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Badaxos vilayətinin əhalisi 694 730 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Şarəxor (Sərdəşt)
Şarəxor (fars. شره خور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 14 nəfər yaşayır (4 ailə).
Badaxos sülh müqaviləsi.
Badaxos sülh müqaviləsi
Badaxos sülh müqaviləsi (1801) — Portuqaliyanın Fransa və İspaniyaya qarşı müharibədə məğlub olması nəticəsində 1801-ci il 6 dekabrda İspaniyanın Badaxos şəhərində bağlanmış sülh müqaviləsi. == Haqqında == Müharibəyə səbəb I Napoleon Bonapartın Böyük Britaniya ilə münasibətləri kəsmək tələbinin Portuqaliya tərəfindən rədd edilməsi idi. Badaxos sülh müqaviləsi İspaniya-Portuqaliya (11 maddə) və Fransa-Portuqaliya (6 maddə) sülh və dostluq müqavilələrindən ibarətdir. Portuqaliya öz portlarını Böyük Britaniya donanması üçün bağlamağı, müttəfiqlərin donanmaları üçün açmağı, Fransaya Qvineyanın bir hissəsini verməyi, Fransa ilə onun üçün əlverişli olan ticarət müqaviləsini bağlamağı və ona 20 milyon frank məbləğində təzminat ödəməyi, İspaniya ilə müttəfiq ittifaqını bərpa etməyi və Badaxos şəhərinə iddialardan əl çəkməyi öhdəsinə götürürdü. İspaniya işğal etdiyi Alenteju və Alqarvi əyalətlərini (ətrafı ilə birlikdə Olivensa qalası və Qvadiana çayının sağsahil torpaqları istisna olmaqla) Portuqaliyaya qaytarırdı. Trafalqar vuruşmasında (1805) Fransa-İspaniya donanması ingilislər tərəfindən darmadağın edildikdən sonra Portuqaliya Badaxos sülh müqaviləsinin şərtlərini pozdu və öz portlarını Böyük Britaniya ölkələri üçün açdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. III cild. Bakı,2011. səh.
Badər Alhomoud
Badər Alhomoud (ərəb. بدر الحمود‎; 13 sentyabr 1985) — Səudiyyə film rejissoru, yazıçısı.. == Həyatı == Badər Alhomoud 1985-ci ildə əş-Şərqiyyədə, doğulub.
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.