ARAQ

is. [ ər. ]
1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək.
– Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani.
[Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin üstündə, bircə mən ora yerləşmirəm. S.Rəhman.

2. Bəzi çiçək, gül və otların distilləsindən hasil edilən cövhər (çox vaxt xalq təbabətində dərman və ədviyyat kimi işlədilir). Bədmüşk arağı. Quluncan arağı. Nanə arağı.

Etimologiya

  • ARAQ Maks Fasmerə görə, arağı ilk dəfə qıpçaqlar hazırlamış və ona araka adını vermişlər. Mütəxəssislər araq sözünü, bir qayda olaraq, ərəb mənşəli hesab e
ARAKƏSMƏ
ARAQ-ÇAXIR
OBASTAN VİKİ
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.
300 araqvinli körpüsü
300 araqvinli körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dmitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. == Adı == Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır. == Tarixi == XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı.
Araqacotn mərzi
Araqatsotn mərzi (erm. e.ə. Արագածոտնի մարզ, l.ə. Araqatsotni marz) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Əştərək şəhəridir.
Araqarışdıran (film, 1987)
Araqarışdıran tammetrajlı bədii filmi rejissor Yefim Abramov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr əsasən orta məktəblərdən birində cərəyan edir. Filmdə əsas rolları Nizami Musayev, Ayan Mirqasımova, Leyla Dziqraşvili və Hamlet Xanızadə ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı Rauf Bayramov (Nizami Musayev) müəllifin yaxından tanıdığı bir nəfərin prototipidir. Bu adam kimdir? O, bizim müasirimizdir. Bəlkə də adi və gündəlik həyatımızda çox az-az qarşılaşdığımız adamlardandır. Böyük fantaziyaya malik olan bu gənc işıqlı amallarla yaşayır. Onun qeyri-adiliyi bundan ibarətdir ki, həyat tərzi bizim öyrəndiyimiz həyat standartları çərçivəsinə sığmır.Filmdəki hadisələr əsasən orta məktəblərdən birində cərəyan edir.
Araqats rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Araqatsotn mərzi
Araqatsotn mərzi (erm. e.ə. Արագածոտնի մարզ, l.ə. Araqatsotni marz) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Əştərək şəhəridir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Araqonit
Araqonit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Kalsitlə dimorfdur. == Növ müxtəliflikləri == Bariumlu, qurğuşunlu, stronsiumlu ( ~6% SrO), sinkli (~10% ZnO) araqonitlər. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rəngi – ağ; sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, işıqkeçirən, bəzən tutqun; Sıxlıq – 2,95; Sərtlik – 3,5-4; Ayrılma – {010} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – yarımqabıqvarı; Lüminessensiya – açıq-bənövşəyi rəngli zəif, katod şüalarında bəzən narıncı Lüminessensiya; Morfologiya – kristallar: qısaprizmatikdən uzunprizmatikədək, iynəvari-piramidal, baltayaoxşar, nizəşəkilli; İkiləşmə: tək kristallara nisbətən tez-tez rast gəlir, {110} üzrə; hərdənbir psevdoheksaqonal görünüşlü qarşılıqlı nüfuzetmə üçləşmələri, altılaşmalar; bəzən polisintetik İkiləşmə; Mineral aqreqatları: böyrək- və dərzşəkilli, radial-şüalı, çubuqvari, mərcanabənzər– «dəmir çiçəkləri», paralel-lifli kütlələr, kristallik qabıqlar, stalaktitlər, stalaqmitlər, oolitlər, «noxud (kürü) daşları», konkresiyalar; əksər mollüskaların qabıqlarının daxili səthində sədəfi təbəqəciklər; bir sıra mollüskaların qabıqlarının içərisində əmələ gələn mirvari dənələri. == Mənşəyi və yayılması == Əsasən ekzogen şəraitdə biogen və xemogen-çökmə proseslər nəticəsində əmələ gəlir. Evaporitlərdə, gillərdə, çökmə dəmir filizlərində, kükürd yataqlarında, bəzən sulfid yataqlarının oksidləşmə zonalarında və hiperbazitlərin aşınma qabıqlarında rast gəlir. Hidrotermal proseslərdə də əmələ gəlir. Effuziv süxurların badamcıqlarında və çatlarında müşahidə olunur. Termal bulaqların çöküntülərində qeyd edilir.
Araqonlu Eleonora
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası. == Həyatı == Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi. Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi: Henri (1379-1406) Ferdinand (1380-1416) Elyanora (13 avqust 1382)Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi. == Mənbə == Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History.
Araqonlu Elizabet (Portuqaliya kraliçası)
Araqonlu Elizabet (isp. Beatriz de Castilla) və ya Portuqaliyalı Müqəddəs Elizabet (port. Santa Isabel de Portugal) (4 yanvar 1271 – 4 iyul 1336, Eştremoş[d]) — Portuqaliya kralı I Denisin xanımı, Portuqaliyanın kraliça-konsortu, Araqon infantası. Atası Araqon kralı III Pyotr, anası isə onun xanımı Siciliyalı Konstansadır. == Övladları == İnfanta Konstansa IV Afonso == Mənbə == H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4 Fr.
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Araqonlu Elyanora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Elyanoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Elyanora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Araqonlu Ketrin
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı.
Araqonlu Mariya
Araqonlu Mariya (29 iyun 1482, Kordova, Əndəlüs – 7 mart 1517, Lissabon) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ikinci xanımı olaraq Portuqaliya kraliçası.
Araqonlu Mariya (Kastiliya kraliçası)
Araqonlu Mariya (isp. María de Aragón; 1403, Kastiliya – 18 fevral 1445, Villakastin[d], Kastiliya və Leon) – Araqon kralı I Ferdinandın qızı və Kastiliya kraliçası. == Həyatı == Mariya 1403-cü ildə Kastiliyada dünyaya gəldi. Atası sonrakı illərdə Araqon taxtına əyləşən Ferdinand, anası isə Alburkerkeli Elyanora idi. 1416-cı ildə atası vəfat etdi və taxta qardaşı Alfonso keçdi. Buna baxmayaraq qardaşı ölkədə sevilmirdi və oğul varisi də yox idi. Bu səbəblə Kastiliya ilə müttəfiq olmaq niyyətində idi. Bu məqsədlə bacısı Mariyanı 1418-ci ildə əmisi oğlu olan Kastiliya kralı II Conla evləndirdi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı: Ketrin (1422–1424) — doğumundan ölümünədək Asturiya şahzadəsi. Elyanora (1423–1425) — bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
Araqonlu İzabella
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Araqonlu İzabella (Portuqaliya kraliçası)
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Araqorn
Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri. Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır.
Araquaya çayı
Araquaya — Braziliya ərazisindən axan çay. Çayın uzunluğu 2630 km, hövzəsinin sahəsi 370 min. km² təşkil edir. Braziliya öndağlığı ilə axır. Orta axarlarda iki qola ayrılır. Nəticədə dünyada yerləşən ən uzun (300 km) çay yatağında yerləşən adası olan Banabal adasını əmələ gətirir. Aşağı axardan orta axarlara qədər 1300 km məsafədə gəmiçiliyə yararlıdır. Orta su sərfiyyatı 8500 m³-dır. Tokantins çayına tökülür. Yağışlar mövsümü (noyabr-may) daşqınlar müşahidə edilir.
Araqusuku
Araqusuku adaları (yap. 新城島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan 2 adadan ibarət olan arxipelaq. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. Kuroşima adasından qərbdə yerləşir. Adalar: Şimoci adası Kamici adası.Arxipelaqın sahəsi: 3,31 km², Şimoci — 1,76 km², Kamici — 1,55 km². Adalar düzən relyefə sahibdir (Şimoci — 21 m, Kamici — 12 m). Əhali iki kənddə cəmləşmişdir: Ueci (Kamici) və Simuci (Şimoci).
Araqçın
Araxçın və ya Tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Fransua Araqo
Fransua Dominik Araqo (26 fevral 1786[…], Estajel[d] – 2 oktyabr 1853[…], Paris) — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U.Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830-1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.
II Con (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Elyanoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. == Mənbə == Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).

Digər lüğətlərdə

капитали́стка лесопотребля́ющий намоло́ть отча́сти по ма́нию понижа́ться приуга́снуть часы́ широковеща́тельный вынь да положь выстра́ивать дорисова́ть преумножа́ться dekastere etceteras mendicant pedestal desk syren wakey ганец захаживать скрещивание составительница стелиться фыркнуть