Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bannoye gölü
Bannoye gölü (Başqırd dili. Мауыҙлы күле — «cadügər gölü», başqırd dili. Яҡтыкүл — «işıqlı göl»)- Başqırdıstanda yerləşən göldür. Hövzəsi Baykal gölünə daxildir. 1965-ci ildən təbiət abidəsidir. == Təsviri == Gölün sahəsi — 7,7 km², uzunluğu — 4170 m, orta eni isə — 1880 m-dir. Maksimal dərinliyi 28 m, orta dərinliyi isə 10,6 m-dir. Gölün ümumi həcmi 81,7 mln m³, hövzəsinin sahəsi isə 36,3 km²-dir.Göl Başqırdıstan Uralının zirvələri olan Kutukay (664 m), Karanyalık (620 m) və Yamankaya dağ silsiləsinin qollarının orta hissəsi arasında yerləşmişdir. Göl Başqırdıstanın Abzelovski rayonunun mərkəzi olan Askarova kəndindən 28 km şimal-şərqdə yerləşmişdir. Maqnitorskdan isə 45 km şimalda yerləşib.
Ciovanni Abagnale
Ciovanni Abagnale (11 yanvar 1995) – italyan avarçəkən.
Yomi Bankole
Yomi Bankole (7 yanvar 1960 — 29 yanvar 2012) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yomi Bankole Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Yomi Bankole Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Manqole adası
Manqole adası (ind. Pulau Mangole) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adadan şərqdə Taliabu adası, güzeydə isə Sanana adası yerləşir. 2010-cu il siyahıya alınmasına əsasən adada 36323 nəfər yaşayırdı. İqtisadiyyatının əsasını meşə sənayesi təşkil edir.
Aqnolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.