Alabəzək usneya
Alabəzək usneya (lat. Usnea florida) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.
== Qısa morfoloji təsviri ==
Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5-10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur.
== Yayılması ==
Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700-1800m).