Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Falmer şəlalələri
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Kristine Kalmer
Kristine Kalmer (10 fevral 1986) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Kristine Kalmer Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristine Kalmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 24 saniyəyə qət edərək 157 marafonçu sırasında 96-cı yeri tutdu.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. == Adı == Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. == Yerləşməsi və sərhədləri == Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Paul Baumer
Paul Wilhelm Bäumer (11 may 1896 – 15 iyul 1927, Kopenhagen) I Dünya Müharibəsində Alman "Flying ace(en)" idi.
Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi. Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür. == Həyatı == İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır 1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir.
Susan Bulmer
Susan Evelyn Bulmer - (17 fevral 1933, İtaka[d], Nyu-York ştatı – 6 oktyabr 2016), Sue Bulmer kimi tanınan, Papua Yeni Qvineya və Yeni Zelandiyada işləyən qabaqcıl Amerika arxeoloqu idi. O, 1959–1960 və 1967–1973-cü illərdə Yeni Qvineya dağlarında qazıntılar aparan ilk arxeoloq idi. == Həyatı == Bulmer 1933-cü ildə Nyu-Yorkun İthaka şəhərində anadan olub. Valideynləri Freddie və Adeline Hirsch, hər ikisi Kornell Universitetində tələbə olarkən tanış olublar. 1937-ci ildə ailə Pasadena, Kaliforniyaya köçdü, burada atası Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı idi. == Təhsil == Bulmer 1954-cü ildə Kornell Universitetinin bakalavr pilləsini antropologiya ixtisası üzrə bitirmişdir. 1956-cı ildə Havay Universitetinin magistr pilləsini sosiologiya ixtisası üzrə bitirmişdir; onun dissertasiya mövzusu Amerika Samoa diasporası ilə əlaqəli idi. 1956-cı ildə o, tədqiqatını Yeni Zelandiyada davam etdirmək üçün təqaüdə layiq görüldü. Havaydan Fransız Polineziyasından keçən dörd aylıq yaxta səfəri onu arxeologiya sahəsi ilə tanış etdi. Bulmer 1957-ci ilin yanvarında Auklendə gəldi.
Yevgen Almer
Yevgen Almer (14 yanvar 1953, Reşita[d], Karaş-Severin rayonu) — Rumıniyalı keçmiş üzgüçü. Yevgen Almer Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yevgen Almer birinci dəfə Olimpiya oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:49.80 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Cozef Palmer (hərbçi, 1716)
Cozef Palmer (ing. Joseph Palmer; 1716 – 1788 və ya 25 dekabr 1788) — ABŞ sərkərdəsi, ABŞ İstiqlal müharibəsi iştirakçısı. 1770-ci illərdə Palmer Amerika müstəqilliyinin tərəfdarına çevrilmişdir. O, Leksinqton döyüşündə vuruşmuş, Massaçusets Vilayət Konqresində və Kembric Təhlükəsizlik Komitəsində xidmət etmişdir. Palmer 1776-cı ildə Massaçusets milislərində polkovnik və Massaçusets ştatının Suffolk dairəsində briqadir kimi komissiya almışdır. Vermont və Rod-Aylenddə kəşfiyyat toplama missiyalarına getmiş, briqada generalı kimi Rod-Aylend ştatının Nyuport şəhərinə uğursuz hücuma rəhbərlik etmişdir.
Alsmer
Alsmer (nid. ) — Niderlandın şimalında, Harlemin şərqində şəhər. XVI əsrə aid qotik üslubunda tikilmiş kilsə mövcuddur. Avropanın aparıcı gül bazarlarından biri burada yerləşir. Toxuma və qida sənayesi, maşın zavodları var. Şəhərdə dəniz idman növləri keçirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "Postcodetool for 1431EH" [Zip Tool for 1431EH]. Actueel Hoogtebestand Nederland (holland). Het Waterschapshuis.
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balben
Balben (fr. Balbins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38025. Kommunanın 1999-cu il üçün əhalisi 371 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Balçers
Balçers (alm. Balzers‎)- Lixtenşteyn knyazlığının şəhəri. == Ümumi məlumat == 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4528 nəfər, sahəsi isə 19,730 km²-dir. Rəsmi kodu 7003, poçt indeksi 9496. Kommunanın geniş hissəsi Reyn çayının sahilində yerləşir. Balçersdə balaca aerodromu yerləşir. Lixtenşteynin özündə aeroport yoxdur. == Əhali == 2009 - 4 467 nəfər. 2011 - 4 528 nəfər. 2012 - 4 526 nəfər.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).
Bulxer
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Batler
Batler (dairə, Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Batler qraflığı (Alabama) — ABŞ-nin Alabama ştatında qraflıq.
Bagger 288
Bagger 288 — enerji və mədən şirkəti Rheinbraun üçün Krupp tərəfindən istehsal edilmiş tırtıllı mobil zolaq qazma maşınıdır. Onun tikintisi 1978-ci ildə başa çatmış və 13.500 tonla Big Muskieni geridə qoyaraq dünyanın ən ağır quruda hərəkət edən nəqliyyat vasitəsi olmuşdur. Onun dizaynı beş il, tikintisi də həmçinin beş il çəkmiş, ümumi dəyəri isə 100 milyon ABŞ dolları dəyərində olmuşdur. 1995-ci ildə çəkisi 14200 ton olan Bagger 293 ən ağır quruda hərəkət edən nəqliyyat nəqliyyat vasitəsi adını ondan almışdır.
Balamet Balametov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. == Həyatı == Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. == Siyasi fəaliyyəti == Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.
Balaqer (kommuna)
Balaqer (fr. Balaguères) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09035. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 195 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 105 nəfərin (15-64 yaş arasında) 78 nəfəri iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 61.9%). Fəal olan 78 nəfərdən 74 nəfər (42 kişi və 32 qadın) işləyir, 4 nəfər işsizdir (2 kişi və 2 qadın). 27 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Banger vahəsi
Banger vahəsi (Banger-Hills; ing. Bunger Hills, Bunger Lakes, Bunger Oasis) — Antarktika vahəsi. Antarktida sahillərində yerləşir. Mouson dənizinin kənarında Noks sahilində qərarlaşır. Vahə ABŞ təyyarəçisi Devid E. Banger tərəfindən 1947-ci ilin fevralında aşkarlanmışdır. Vahənin sahəsi 450 km² (65°58' və 66°20' cənub enliyi, 100°28' və 101°20' şərq uzunluğu. Bəziləri vahənin sahəsinin 750 km² və hətta 942 km²-dir) təşkil edir. Vahə buzdan tam azad olsa da, ətrafı buzlaqlarla örtülüdür. Cənubdan şərqə iri matarik buzlağının ətəyi, şimaldan isə Şellkton şelf buzlağı ilə əhatələnir. Bu buzlaq onu dənizdən ayırır.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Bəlqər
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Balamət Balamətov
Balamet Yüzəhməd oğlu Balametov (1906, Əniq, Hil rayonu – 2007) — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qusar Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. == Həyatı == Balamet Balametov 1907-ci ildə Əniq kəndində anadan olmuşdur. Bakıda neft mədənlərində fəhlə olaraq çalışmış, daha sonra Rustov kəndində kitabxanada işləmişdir. Bakı Ali Partiya Məktəbində və Zaqafqaziya Kommunist Kənf Təsərrüfatı Məktəbində təhsil almışdır. 1949-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası yanında Ali Partiya məktəbini bitirmişdir. == Siyasi fəaliyyəti == Balamet Balametov Qusar Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. Təhsilini tamamladıqdan sonra, 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. 1942-ci ildən Qusar Rayon Partiya Komitəsinin 1-ci katibi, 1947-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdur. SSRİ Ali Sovetinin III çağırış, Azərbaycan SSR Ali Sovetinin II, Naxçıvan MSSR Ali Sovetinin isə I, II və III çağırışlarının deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni (biri 25.02.1946) və "Qırmızı əmək bayrağı" ordeni (27.04.1940) ilə təltif olunmuşdur.