Mayski (Kabarda-Balkariya)
Mayski (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir.
== Coğrafiya ==
Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır.
Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat.
Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir.
Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir.