Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayburd
Bayburd — İrəvan qubeniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km cənub-şərqdə, Gərni çayının Milli qolununun sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. V əsrdən mövcuddur. Toponim oğuz soyundan olan bayburt etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı bayburdlu olmuşdur. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 nəfər, 1904 - cü ildə 201 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 465 nəfər azərbaycanlılar yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.
Bayburt
Bayburt — Türkiyənin Bayburt ilinin inzibati mərkəzi.
Aydıntəpə (Bayburt)
Aydıntəpə (türk. Aydıntepe) — Bayburt ilinin ilçəsi. == Tarixi == Aydıntəpə və ətraf ərazilərdə qədim dövrlərdən yaşayış məskənlərinin izlərini görmək mümkündür. İlçədən 5 km şimal-qərbdə yerləşən "Çovrang Yaylası qəsəbəsi"ndə orta əsrlər və müasir əsrlərin yerüstü tədqiqatları tapılmışdır. Aydıntəpə mərkəzinin cənub-qərbində yerləşən və əsasən qəbiristanlıq olaraq istifadə edilən kurqandakı keramika xarabalıqları Köhnə Tunc, Dəmir dövrü və Roma dövrünə aid yaşayış yerini göstərir. Məhz ilçənin altındakı yer - Tufa yatağını oyaraq tikilmiş və orta əsrlərə aid olan Aydıntəpə yeraltı şəhəri adlanır. Eramızdan əvvəl 3000-2500 illərində Aydıntəpə və ətrafı Hittilərin hakimiyyəti altında idi. Sonralar urartular, skiflər, romalılar, farslar və Bizanslıların hakimiyyəti altında qalmışdır. Malazgird döyüşündən sonra, 1072-1202 illəri arasında Türklər hakim olmuş, bəzən Saluklu və bəzən Danişmendli'nin hakim olduğu. Səlcuqlular 1202-ci ildə Saltuklu dövlətini qurtaranda ətrafları ilə yanaşı Bayburt və Aydıntepe də hakim oldu.
Bayburt ili
Bayburt ili — Türkiyədə il. Şəhər əhalisi 90.154 nəfərdir. Əhalinin 68,1%-i şəhərlərdə yaşayır. İlin sahəsi 3.746 m²-dir və hər km²-a 24 nəfər düşür. Şəhər mərkəzinin dənizdən hündürlüyü 1555 metrdir. 2016-cı ildə TÜİK məlumatlarına görə bu bələdiyyələrdə ümumilikdə 3 rayon, 5 bələdiyyə, 28 məhəllə və 170 kənd var. == Tarixçə == Bayburt şəhərinin adı Köhnə Qafqaz dillərindən biri olan Urartuluların bölgədə hakimiyyətdə olduqları dövrdə xalq arasında hind-Avropa dilli Mitanni mühacirlərinin sızması nəticəsində yaranmışdır. Bagbartu sözü, bölgəyə Xaltlar arasında məskunlaşmaq üçün gələn qruplar tərəfindən deyildiyi kimi Mitannis-dən gəlir. Bayburt tarixinin məlum tarixi Anadolu, Azzi və Hayasaların tanınmış tayfaları ilə başlayır. Onu Hatti, Hittite və Urartu izləyir.
Bayburt qalası
Bayburt qalası və ya Çinimaçin qalası - Türkiyənin Bayburt ilində yerləşən qala. == Haqqında == Bayburt şəhərinin şimalında qayalar üzərində tikilən qalanin kimlər tərəfindən tikildiyi dəqiq bilinmir. Baqrat sülaləsi (885-1044) dövründə varlığından söz açılan qalanın eramızdan əvvəl də tikildiyi istisna olunmur. Qala türklərin əlinə keçməmişdən qabaq Bizansın, ermənilərin hakimiyyəti altında olub. Mənbələrdə bir çox dəfə təmir olunduğu qeyd olunub. Xalq arasında Çinimaçin qalası kimi də tanınan qalanın adı "Kitabi Dədə Qorqud" dastanında çəkilir. Osmanlı dövründə qalanın rəsmi adı da Çinimaçin olub. Qalanın şərqində XIV-XVIII əsrlərdə tikilən kilsə qalıqları var. Qərb tərəfində isə mağara yerləşir.
Bayburt Ulu məscidi
Bayburt Ulu məscidi — Bayburt vilayətində yerləşən cümə məscidi. Anadolu Səlcuqlu Sultanlarından III Qiyasəddin Məsudun dövründə tikildiyi qəbul edilir. İlkin planına sadiq qalaraq 1970-ci illərdə yenidən qurulmuşdur.
Bandura
Nepentes (lat. Nepenthes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinə aid bitki cinsi. İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər (New Phytologist (156, 479–489; 2002).Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqaları istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida oldular. Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi.
Baybars
I Baybars (19 iyul 1223, Krım – 1 iyul 1277, Dəməşq, Məmlük dövləti) — Məmlük sultanı. == Həyatı == Onun həyatı Azərbaycanda möhtəşəm Eldənizlər dövlətini quraraq İraqı və İranın böyük hissəsini öz hakimiyyəti altında irləşdirən böyük türk sultanı Atabəy Şəmsəddin Eldənizin ömür yolunu xatırladır. Şəmsəddin Eldəniz də bir vaxtlar türk dünyasının ana yurdu olan və Qara dənizdən Çin səddinə kimi uzanan Dəşti Qıpçaq çöllərində anadan oldu. Sonra əsir alınaraq İraqa aparıldı və adi qulamdan dövlət rəhbəri vəzifəsinə kimi şərəfli bir yol keçdi. Baybars da onun kimi tale yaşadı və Eldənizdən daha irəli gedərək ortaq türk tarixində şərəfli bir iz buraxdı. Onun haqqında çox yazıblar, yəqin ki, hələ uzun illər də yazacaqlar. Alparslan və Səlahəddin Əyyubidən sonra onun adı islam aləmində ən cəsarətli komandan və dövlət xadimi kimi çəkilir. O, həmin dövrdə çoxlarının bacarmadığı, hətta yuxusunda belə görə bilmədiyi bir vəzifənin öhdəsindən qəhrəmanlıqla gələrək, məğlubedilməz sayılan monqol ordusuna güclü zərbə vurdu və onlara məğlubiyyətin ilk acısını daddırdı. Halbuki onadək monqollara ağır zərbələr vura biləcək bir sərkərdənin olmasına heç kim inanmırdı. Amma o, bu böyük qələbəni qazana və adını dünyanın məşhur sərkərdələri sırasına yazdıra bildi.
Baybucan
Baybucan – Ermənistanın Sisyan rayonunda dağ adı. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq Tabasaran dairəsində Buçançay, Tiflis quberniyasının Tioneti qəzasında Bucançay, Borçalı qəzasında Bucan-Ər dağı toponimləri ilə mənaca eynidir. Kitabi-Dədə Qorqud eposunda Bay Becan şəxs adı ilə səsləşir. Oronimin bay komponenti toponimlərdə "böyük", varlı mənalarındadır. Naxçıvanda Babəki (əsli Bay- bəki, yəni Bay təpəsi) kənd adı və Bay-Sal dağ adı, Qax rayonunda Axvay (əsli Aq-Bay) dağ adı və s. toponimlərdə bu söz vardır. == Həmçinin bax == Zəngəzur qəzası Yelizavetpol quberniyası == Ədəbiyyat == Абелов И.А. Экономический быт гос. Крестьян Елизаветпольского уезда Елизаветпольской губернии. Материалы для изучения экономического быта гос. Крестьян Закавказского края.
Büyura
Büyura (ərəb. البويرة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 557 metr yüksəklikdə yerləşir. Büyura ölkənin paytaxtı Əlcəzairdən təxminən 85 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 88,801 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Buira digər şəhərlərlə dəmir yolu və avtomobil yolu ilə bağlıdır. Ən yaxın hava limanı Əlcəzairdə yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı şəhər iqtisadiyyatının əsasını təşkil edir. Əsas şəhər ixracatı taxıl və zeytundur.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Bambara dili
Bambara dili — Malidə Bambara qəbiləsinin danışdığı dil. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston, Texas) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Barbara Kyappini
Barbara Chiappini (it. Barbara Chiappini; 2 noyabr 1974, Piaçensa, Emiliya-Romanya) — İtaliya kino, televiziya və teatr aktrisası və model.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Barbara Peyton
Barbara Peyton(ing. Barbara Lee Payton), qızlıq soyadı Redfild (ing. Redfield; 16 noyabr 1927, Klokey, Minnesota, ABŞ — 8 may 1967, San-Dieqo, Kaliforniya, ABŞ) — amerikalı aktrisadır. == Həyatı == Barbara Peyton 16 noyabr 1927-ci ildə ABŞ-nin Minnesota ştatının Klokey şəhərində anadan olmuşdu. Barbara Peyton dörd dəfə ailə həyatı qurmuşdu. Yeganə oğlu Con Li Peyton 14 mart 1947-ci ildə dünyaya gəlib. Barbara Peyton 8 may 1967-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində vəfat edib.
Barbara Pompili
Barbara Pompili (fr. Barbara Pompili; 13 iyun 1975, Bois-Bernard[d]) — fransız siyasətçi, Fransa Milli Assambleyasının üzvü. Kompleks Ətraf Mühitin Dəyişiklikləri Naziri (2020-ci ildən). == Bioqrafiya == 13 iyun 1975-ci ildə Bois-Bernard kəndində (Pas-de-Kale departamenti) anadan olub. Lill Universitetini siyasi elmlər üzrə bitirib. Siyasi fəaliyyətə 2000-ci ildə Yaşıllar Partiyasına qoşularaq başlayıb. 2002-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı o, Yaşılların namizədi Noel Mamerin mətbuat katibi olub. Sonrakı beş il ərzində o, İva Koşun köməkçisi kimi çalışır. 2007-2012-ci illərdə o, Fransa Milli Assambleyasında Sol Demokratlar və Respublikaçılar fraksiyasının Aparat rəhbərinin müavini olub. 2012-ci il Milli Assambleya seçkilərində Barbara Pompili Somme departamentinin 2-ci seçki dairəsində Yaşıllar və Sosialistlər Alyansının namizədi olur və 50,83% səslə qalib gəlir.
Barbara Qonzalez
Barbara Qonzalez (d. 15 yanvar 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Barbara Qonzalez, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Barbara Qonzalezin bacısı, Lara Qonzalezdə bədii gimnastdır. == Karyerası == Barbara Qonzalez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. Barbara Qonzalez növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Baykara Hövenmey
Baykara Hövenmey (tuvaca: Бай-Кара Дамчаевич Хөвеңмей, d. 20 yanvar 1915 – 6 oktyabr 1972) – tuvalı yazıçı, şair və Tuva ədəbiyyatının qurucularından biri. == Həyatı == Damça oğlu Baykara Hövenmey 1915-ci ildə Tandı-Tıvannı Salçak bölgəsinin Bayanköl kəndində anadan olmuşdur. 1929-cu ildə Kızıl şəhərində monqolca öyrənmiş, sonra da yeni Tuva əlifbası və yazı dilini öyrənmişdir. Daha sonra Moskvaya Şərq Millətləri Kommunistlik Universitetindən məzun olmuşdur. “Şın” qəzeti ilə başladığı ədəbi fəaliyyətini daha sonra Tuva türkcəsində nəşr etdirdiyi əsərlərlə inkişaf etdirmişdir. Tuva Xalq Respublikası gənclərinin inqilab birliyinin mərkəzi komitəsinin Uluq-Hem komitəsində, Yazıçılar Birliyində, Tuva Respublikasının rəsmi qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şın” qəzetində redaktorluq etmişdir. Baykara Hövenmey ədəbiyyata 1934-cü ildə gəlmişdir. “Oktabrınln tugu” (Oktyabr bayrağı) adlı ilk şeri o ildə “Şın” qəzetində yayımlanmışdır.