Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keşləmə
Keşləmə - tələb olunma ehtimalı daha çox olan informasiyaların surətlərinin çıxarılması və xususi qovluqlarda yaddaşda saxlanması deməkdir.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Graptopetalum bellum
Graptopetalum bellum (lat. Graptopetalum bellum) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Solanum bellum
Solanum bellum (lat. Solanum bellum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Believe
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Belledu
Belledu (fr. Belleydoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01035. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 321 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 216 nəfər arasında (15-64 yaş arasında) 180 nəfər iqtisadi cəhətdən fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 83.3%, 1999-cu ildə 79.7%). Aktiv 180 sakindən 171 nəfəri (91 kişi və 80 qadın), 9 nəfəri işsizdir (4 kişi və 5 qadın). Aktiv olmayan 36 nəfər arasında 10 nəfər şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Təkləmə
Təkləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. == Oyunun qaydaları == Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Believe (mahnı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Betlemi pilləkəni
Betlemi pilləkəni (gürc. ბეთლემის კიბე) — Gürcüstanın paytaxtı Tbilisinin tarixi mənzərəli yerlərindən biri. Qədim Tbilisidə tövsiyə olunan turizm marşrutuna daxildir. Pexainski və ya Vifliyem nərdivanları kimi də adları vardır.Adını Zemo Betlemi kilsəsi və Qızlar üçün monastırdan almışdır. Belə ki, Lado Asatiani küçəsindən (Beqlar Axospireli küçəsindən Qudiaşvili meydanına yolun davamı kimi) hər iki dini ibadətgaha yol gedir. Betlemi pilləkəninin 120 pilləsi vardır. == Tarixi == Vilayət memarı T.Belyin layihəsinə görə 1850-ci ildə Tiflis Ticarət Cəmiyyəti hesabına inşa edilmişdir. Əvvəllər bu pilləkənin yerində kiçik çığır keçirdi. İlkin layihədə pilləkənlərin sütunun dayandığı damın bütün uzunluğu boyunca üst-üstə düşməsi planlaşdırılırdı, lakin sonradan bu layihə həyata keçirilmədi. Həmçinin ilkin layihəyə görə, pilləkənlərin üzərinin dam ilə örtülməsi nəzərdə tutulurdu, lakin şəhər üçün bu pilləkəni pulsuz tikən Tiflis ustaları (sexlər, emalatxanalar) bu fikri qəbul etmədilər və onu lazımsız saydılar.
Juliano Belleti
Terri Belzemo
Status quo ante bellum
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin. Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.
Qələmə qovağı
Qələmə qovağı — (lat.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250, Hillə – 27 dekabr 1325, Hillə, Babil və ya İraq) — ilahiyyatçı alim və filosof, Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir. Mütəfəkkir "Ayətullah" titulunu daşımışdır.Cəmaləddin Həsən Hilli 17 dekabr 1250-ci ildə doğulub və 19 dekabr 1325-ci ildə vəfat etmişdir.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas. == Həyatı == Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
Əllamə Təbatəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. == Həyatı == Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Si vis pacem, para bellum
Si vis pacem, para bellum (lat. : [siː wiːs ˈpaːkemː ˈpara ˈbellumː]) "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" {ikinci şəxsin tək halı} kimi tərcümə olunan latınca atalar sözüdür. == Mənası == "Si vis pacem, para bellum" ifadəsi, Latın müəllifi Publius Flavius Vegetius Renatusun De Re Militarinin traktında tapılmış bir ifadəyə uyğundur, burada həqiqi ifadələrin "Igitur qui desiderat pacem, praeparet bellum" ("Bu səbəbdən, barışıq istəyənlər müharibəyə hazırlaşsın. "). [1] [2] Təqdim etdiyi fikir Platonun Nomoi (Qanunlar) və Çinli Şi Ji kimi əvvəlki əsərlərdə də yer alır. [3] [4] [5] Bu ifadə sülh şərtlərinin tez-tez zərurət yarandıqda müharibə etməyə hazır olması ilə qorunub saxlandığına dair əks fikirləri təqdim edir. == İstifadə yerləri == Mənbə nə olursa olsun, bu atalar bir sıra dillərdə müxtəlif fikirlərin hazırlanmasında istifadə olunan canlı bir söz maddəsinə çevrilmişdir. Si vis bellum para pacem Məsələn, tarixçi Louis Antuan Fauvelet de Bourrienne Napoleon Bonapartın xarici siyasətinə istinad etdi: [6] Hər kəs bu məsəldən xəbərdardır ... Bonaparte bir Latın alimi olsaydı, çox güman ki, bunu tərsinə çevirib, Si vis bellum para pacem deyərdi. Başqa sözlə, müharibə planlaşdıran bir lider, sülhü inkişaf etdirərək digər xalqları gözdən salmalıdır.