Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Beyza Türkoğlu
Beyza İrem Türkoğlu (d. 14 fevral 1997) — Türkiyəni təmsil edən həndbolçu. Beyza Türkoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Beyza Türkoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ersin Beyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Blyuz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Bəyaz
Ağ – rənglərdən biri. Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Bəyram (Soyuqbulaq)
Bəyram (fars. بيرم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (41 ailə).
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Bryum bulbiforme
Oedipodium griffithianum (lat. Oedipodium griffithianum) — bitkilər aləminin oedipodiales dəstəsinin oedipodiaceae fəsiləsinin oedipodium cinsinə aid bitki növü. Bryum griffithianum Dickson Gymnostomum griffithianum (Dickson) Smith Hymenostomum griffithianum (Dicks.) Spreng. Bryum bulbiforme Broth. Gymnomitriella laevifoliaSakurai Splachnum froehlichianum With. Splachnum succulentum Brid.
Bryum griffithianum
Oedipodium griffithianum (lat. Oedipodium griffithianum) — bitkilər aləminin oedipodiales dəstəsinin oedipodiaceae fəsiləsinin oedipodium cinsinə aid bitki növü. Bryum griffithianum Dickson Gymnostomum griffithianum (Dickson) Smith Hymenostomum griffithianum (Dicks.) Spreng. Bryum bulbiforme Broth. Gymnomitriella laevifoliaSakurai Splachnum froehlichianum With. Splachnum succulentum Brid.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. Gövhərşad bəyim Qaraqoyunlu hökmdarı Qara Yusifin bacısıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Kəyum (Askın)
Kəyum (başq. Ҡәйүм, rus. Каюмово) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılqa kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 60 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 58 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Manuel Blyum
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi. Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Sultanum Bəyim
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır. Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.
Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin], Şah Təhmasibin anasıdır. Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi. Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur.
Xeyrünnisa Bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xeyrənnisə bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.