BƏYANNAMƏ
BƏYAZLANMAQ
OBASTAN VİKİ
Ərsin Bəyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Salonikin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Salonikinin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Səlanikin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Bəyaz gecələr (dəqiqləşdirmə)
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Bəyaz gecələr (povest) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman.
Bəyaz qala (roman)
Bəyaz qala (roman) — Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk tərəfindən 1985-ci ildə nəşr olunmuş tarixi roman. Əsər Orxan Pamukun üçüncü romanıdır. == Əsərin kompozisiyası == Əsər venesiyalı köləylə Osmanlı alimi arasındakı münasibətdən bəhs edir. Bu roman yazıçının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır. Ağlı və fərasəti sayəsində özünü ölümdən xilas edən venesiyalı əsir öncə həkimliyi sayəsində tanınır,daha sonra isə bacarığı sayəsində Türk alimi Xoca ilə birlikdə gecə-gündüz kəşflər etməyə başlayır. Sultanın diqqətini çəkir və onlara silah hazırlamağı tapşırır. Xoca kölənin məsləhətinə qulaq asmayaraq silah hazırlayır, Sultana təqdim edəndə uğursuzluqla nəticələnir. Belə ki, ilk sınaq zamanı yüzlərlə insanın ölümünə səbəbiyyət verir. Sonda Xoca başqa ölkəyə qaçaraq canını edamdan qurtara bilir. Orxan Pamuk bu əsəri ilə iki dünyanı təmsil edən Şərq-Qərb sivilizasiyalarının qovuşmasını önə çəkmişdir.
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz ordu
Ağ ordu (Ağ qvardiya, Ağ hərəkat) — Rusiyada 1917-1922-ci illər vətəndaş müharibəsi dövründə müxtəlif siyasi qüvvələrdən formalaşmış hərbi-siyasi hərəkat. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Bəyaz diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Bəyaz zanbaqlar ölkəsində
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.
Bəyaz həyat (film, 2003)
== Məzmun == Filmdə dövlət katibinin oğlu Riyadla (Kamal Dəniz) sadə qadın Nigar (Vəfa Rzayeva) arasında olan məhəbbət macərasından və bunun müqabilində rastlaşdıqları bir sıra çətinlikləri mətinliklə dəf etmələrindən danışılır. == Film haqqında == Film Vüqar Ercanın "Məhəbbət təcrübəsi" romanının motivləri əsasında çəkilmişdir. Filmin musiqisi Ramko Prodüksiyon A. Ş. (İstanbul, Türkiyə) və "Virus Production" studiyasında aranjman edilmişdir.
Aişə Sultan (II Bəyazidin qızı)
Aişə Sultan (1465, Amasya – 1515, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi. Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Amasyalı Bəyazid Paşa
Amasyalı Bəyazid Paşa (XIV əsr, Amasya – iyul 1421) — Osmanlı sultanlığının Fetrət dövründə (hökümdarsızlıq dövrü), 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm olmuşdur. Dövləti toplama prosesi içində yanında olmuş və sonra da II Murad dövründə Mustafa Çələbiyə Sazlıdərdə məğlub olaraq təslim olub və onun əmrilə öldürüldüyü iyul 1421-ci ilə qədər baş vəzirlik etmiş bir Osmanlı dövlət xadimidir. == Həyatı == Amasiya Yahşi Beyin oğludur. Amasiyada anadan olduğu üçün ləqəbi Amasiyalı olmuşdur. Sarayda yetişib və I Bəyazidin dövründə bəzi hərbi vəzifələrə qoymuşdur. Çələbi Mehmetin Amasiyada sancaq bəyliyi dövrdə onun baş müşavirlərindən biri olmuşdur. İldırım Bəyazidin Teymura əsir düşdüyü 1402-ci il Ankara müharibəsində, 15 yasında olan gənc Şahzadə Mehmeti Teymurun mühasirəyə almasından xilas edərək Amasyaya gətirməyi bacarmışdır. Bəyazid Paşa, Mehmet Çələbinin Amasiyada Osmanlı birliyini yenidən qurmağa çalışdığı, özləri də sultan kimi müxtəlif mərkəzlərdə öhdələrinə götürmüş qardaşlarına qarşı mübarizə apardığı dövrdə onun xidmətində olmuşdur. Mehmet Çələbinin 1412-ci ildə Bursaya girərək I Mehmed adı ilə Osmanlı hökmdarı olmasından sonra da baş vəzir olmuş və Karamanoğulları bəyliyinə edilən yürüşdə əhəmiyyətli xidmətlərinə qarşılıq olaraq habelə Rumeli bəylərbəyi təyin olunmuş, ölümünə qədər bu iki vəzifəni çalışmışdır. Bəyazid Paşa səyləri ilə Şeyx Bedrettin üsyanını basmış olan dövlət xadimidir.
Fatma Sultan (II Bəyazidin qızı)
Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Fatma Sultan 1468-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Fatma Sultan 1482-ci ildə sonuncu Candaroğlu bəyi Qızıl Əhməd bəyin oğlu Mirzə Mehmed Paşayla evləndi. Bu evlilikdən Mehmed bəy adlı oğlu dünyaya gələn cütlük çox keçmədən boşandılar. Mirzə Mehmed Paşa daha sonra 1509-cu ildə onun qardaşı Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evləndi. İkinci evliliyi isə 1489-cu ildə sədrəzəm Qoca Davud Paşanın oğlu Mustafa Paşa ilə baş tutsa da, paşanın 1503-cü ildə vəfatıyla dul qaldı. Ertəsi il Gözəlcə Həsən bəylə nigahlanan Fatma Sultanın bu nigahdan 3 övladı dünyaya gəldi. O, son olaraq Hızır Ağa Mehmed Paşa ilə evləndi.
Hundi Sultan (II Bəyazidin qızı)
Hundi Sultan (1464, Amasya, Osmanlı imperiyası – 1511, Bursa, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hundi Sultan 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Hundi Sultan 1479-cu ildə Anadolu bəylərbəyi Herseqli Əhməd Paşayla evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Əri Herseqli Əhməd Paşa atası Sultan Bəyazid və ögey qardaşı Yavuz Sultan Səlim səltənətlərində ümumilikdə 5 dəfə sədarətə gətirildi. Onun üçüncü sədarət dönəmində — 1511-ci ildə Hundi Sultan vəfat etdi. Cənazəsi Bursada Muradiyə külliyəsindəki Şahzadə Mahmud türbəsinə — anası və qardaşlarının yanına dəfn olundu. == Övladları == Sultanzadə Musa bəy Sultanzadə Mustafa bəy — 1533-cü ildə Bozox sancaqbəyi təyin edildi.
Hümaşah Sultan (II Bəyazidin qızı)
Hümaşah Sultan (1466, Amasya ili – 1510, Üskub) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hümaşah Sultan 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Amasyada keçən Hümaşah Sultan 1482-ci ildə Antalya sancaqbəyi Bali Paşayla (ö. 1494) evləndi. Toy mərasiminin ardından İstanbula çağırılan Bali Paşa vəzirliyə yüksəldi. Paşanın 1494-cü ildə vəfatıyla Hümaşah Sultan dul qaldı. Paşanın ölümüylə inşası yarım qalan Bali Paşa məscidi Hümaşah Sultanın səyləriylə 1504-cü ildə tamamlandı. == Mənbə == Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011).
II Bəyazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Dimetoka, Osmanlı imperiyası – 26 may 1512, Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. == Şahzadəlik dönəmi == II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
II Bəyazidin heykəli (Ankara)
II Bəyazidin heykəli (türk. II. Bayezid heykəli) — Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və Osmanlı sultanı II Bəyazidin təsvir olunduğu heykəl. Heykəl 13 yanvar 1986-cı ildə Türk Ştandartları İnstitutu binasının qarşısında ucaldılmışdır. Müəllifi heykəltaraş Yavuz Göreydir.
I Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. == Şahzadəlik illəri == 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
Mustafa Çələbi (I Bəyazidin oğlu)
Mustafa Çələbi (1380, Ədirnə, Akrotiri və Dekeliya – 1422) — 4-cü Osmanlı padşahı İldırım Bəyazidin Dövlət Şah Xatundan doğulan ən böyük oğludur. Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra 1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla Rumeliyə və Valaxiya qaçdı və burada bəzi sancaqbəylərinin, eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla Selanikdə I Mehmedlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I Mehmedlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi.
Osman Bəyazid Əfəndi
Osman Bəyazid Osmanoğlu (23 iyul 1924, Paris – 6 yanvar 2017, Nyu-York, Nyu-York ştatı) — Osmanlı sülaləsinin doqquzuncu rəisi, Osmanlı şahzadəsi. Osman Bəyazid Əfəndi 1924-cü ildə Parisdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcidin oğlu Mehmed Burhanəddin Əfəndinin oğlu İbrahim Tofiq Əfəndidir. Anası isə Xədicə Şadiyə xanım idi. Osmanlı sülaləsinin sürgündə dünyaya gələn ilk üzvüdür. 1930-cu ildə atası ilə anası ayrılmış, Bəyazid Əfəndi anasıyla birlikdə Nyu-York şəhərinə köçmüşdür. Burada ABŞ Silahlı Qüvvələrində xidmət etmiş, Nyu-Yorkda müxtəlif dillərdə fəaliyyət göstərən kitabxanada çalışmışdır. 23 sentyabr 2009-cu ildə Ərtoğrul Osman Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. Osman Bəyazid Əfəndi evlənmədi və övladı olmadı. 6 yanvar 2017-ci ildə Nyu-Yorkda vəfat etdi.
Səlcuq Sultan (II Bəyazidin qızı)
Səlcuq Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı. 1463-cü ildə anadan olub. Anasının kim olduğu bilinmir; bəzi mənbələrdə onun Hüməşah Xanım Sultanın bibisi, yəni Hundi Sultaniyyənin qızı, bəzilərində isə onun Xədicə Sultannin bacısı olması onun Bülbül-Xatunun qızı ola biləcəyini ifadə edir. Əvvəlcə o, Ser qubernatoru, Trebinye hersoqu Radivoyun qardaşı Ferhat bəylə evləndi: Qazi Hüsrev bəy (1480-1541) Neslişah xanım Sultan (1486–1550): 1510-cu ildə Xəlil Paşa ilə evlənmiş (1540-cı ildə edam edilmişdir). Ferhat Paşa 1485-ci ildə Adanada vəfat etdi. Bir il sonra Gedik Əhməd Paşanın oğlu Mehmed bəylə evləndi. Onun yeni əri Serresin yeni qubernatoru təyin olundu və burada 1492-93-cü illərdə mərhum atasının şərəfinə məscid tikdirdi. Onun yanında üç qızı var idi: Xanzadə xanım Sultan - İlaldi Sultaniyyənin oğlu ilə evlənmiş; Xədicə xanım Sultan - 1510-cu ildə Xəlil paşanın oğlu ilə evlənən; Əslihan xanım Sultan - ilk dəfə 1502/1505-ci ildə vəzir Yunis Paşa ilə evlənmişdir. Yunis Paşa 1517-ci ildə edam edildikdən sonra 1518-ci ildə Misir valisi, daha sonra isə Şam valisi Mehmed Çələbi ilə evləndi.
Şah Sultan (II Bəyazidin qızı)
Şah Sultan (1474, Amasya ili – Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Şah Sultan 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şah Sultan 1490-cı ildə Silistrə sancaqbəyi Nasuh bəylə evləndi. Cütlüyün bu nikahdan bir qızı dünyaya gəldi. Atasıyla münasibətləri olduqca yaxşı olan Şah Sultan 1507-ci ildə olduqca gənc yaşında vəfat etdi. Cənazəsi Bursada bacısı Xədicə Sultanın türbəsinə dəfn edildi. Ögey qardaşı Yavuz Sultan Səlimin həmin il dünyaya gələn qızı Şah Sultana da onun adı verilmişdir. … xanım Sultan Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011).
Şəhzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şəhzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.
Bəyazid meydanı
Bəyazid meydanı — İstanbulun tarixi yarımadasında mərkəzi yerləşdiyi meydandır. Onun yerləşdiyi yer əsasən Bizans dövründə şəhərin ən mühüm meydanlarından biri olan Theodosius Forumu ilə üst-üstə düşür. == Osmanlı dönəmində == İstanbulun fəthindən dərhal sonra Teodosi Forumunun yerləşdiyi ərazinin şimal hissəsində ilk dəfə saray tikildi. Tikintisi 1458-ci ildə tamamlanan bu ilk saray, daha sonra Topkapı sarayının inşası ilə Köhnə Saray kimi tanındı. 1506–12-ci illər arasında II. Bayezidlər dövründə köhnə sarayın cənubundakı ərazidə sultanın adını daşıyan külliyə tikilmişdir. Kompleksin yaradılmasından sonra Köhnə Sarayın divarları ilə çəkilmiş şimal sərhədi və kompleksin tikililəri arasında olan ərazi Bəyazıt Meydanı adlanır. 1585-ci ildə İstanbul Kadısına verilən əmrdə Atmeydanının ildə bir dəfə, Beyazıt Meydanının isə ayda iki dəfə süpürülməli olduğu görülür. Bu, Beyazıt Meydanının gündəlik şəhər həyatında nə qədər tez-tez ziyarət edilən bir yer olduğunu göstərir. Köhnə sarayda sultanların qızlarının nikahları, şahzadələrin sünnət toyları keçirilirdi. Bu mərasimlər üçün ənənəvi olaraq tikilən nahillər (bəzəkli süni ağaclar) Bəyazıt meydanında ictimaiyyətə təqdim olundu.
Bəyazət Mərkəzi
"Bəyazət" Mərkəzi, tam adı: "Bəyazət" Erməni Analitik-Araşdırma Mərkəzi "Bayazet" Armenian Analytical-Research Center, rus . Армянский Аналитический Исследовательский Центр "Баязет ") 2021-ci ildə Kəvərdə yaradılmış müstəqil ictimai təşkilatdır və Geğarkunik mərzinin ilk beyin mərkəzidir. Təşkilat sosioloji tədqiqatlar։։, təhlillər, müsahibələr aparır və təhsil, elmi, mədəni və digər mövzularda məlumat məqalələrini tərcümə edir, redaktə edir və dərc edir. "Bayazet" mərkəzinin fəaliyyəti Geqarkunik vilayətində tədqiqat sahəsinin inkişafına, tədqiqatlar, analitik işlər və informasiya nəşrləri vasitəsilə yerli özünüidarəetmə orqanları və dövlət səviyyəsində faktiki qərar qəbul edilməsinə kömək edir.
Bəyazid
Bəyazid (Vivaldi) Bəyazid məscidi — Osmanlı klassik dövr memarlığının erkən dövr əsərləri arasında bir tikili.
Bəyazid Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Novo-Bəyazid qəzası
Yeni Bəyazid qəzası (Novobayazid) — ərazisinə (4239 kv. verst) görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40–42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölünürdü: I. Dərəçiçək II. Göyçə III. Gözəldərə IV. Məzrə. Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icması, bu kənd icmalarına da 127 kənd daxil idi. Аганбирское — с. Аганбир, Арза-Кендское — с. Alapars , Ахтинское-Нижнее армянское — с. Ахты-Нижнее армянское, Ахтинское-Нижнее русское — с. Ахты-Нижнее русское, Базаргечарское — с.

Digər lüğətlərdə