Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beyincik
Beyincik – hərəkətlərin müvazinətini tənzimləyən mərkəzi orqan. Fəaliyyəti reflektor olaraq əzələ tonusunu, hərəkətlərin tarazlığını, müvazinətini və sinergiyasını saxlamaqdır. Arxa kəllə çuxurunda yerləşir, dördüncü mədəciyin damını təşkil edir; onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişanın bir hissəsi ilə ayrılır, aşağıda beyincik böyük ənsə dəliyinə yaxınlaşır. İki yarımkürədən (hemisferia cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Ağ maddənin daxilində beyincik nüvələri yerləşir: dişli nüvə (n.dentatus), mantarabənzər nüvə (n.emboliformis), şarabənzər nüvə (n.globosus) və dam nüvəsi (n.fastigii).3 cüt ayaqcıqlar vasitəsilə uzunsov beyinlə (aşağı ayaqcıqlar), varoli körpüsü ilə (orta ayaqcıqlar) və orta beyinlə (yuxarı ayaqcıqlar) əlaqələnir. Beyincik funksiyasının yerinə yetirilməsi beyin qabığından gələn müvazinət impulsları və onurğa beyindən qalxan yolların bədənin mühitdə yerləşməsi haqqında verilən informasiya ilə əmələ gəlir. Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3–5 sm və çəkisi 150 qramdır. Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir. Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir.
25 il Leninsiz (film, 1949)
25 il Leninsiz qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film sovet dövlətinin başçısı Leninin vəfatının 25 illiyinin Azərbaycanda xatirə günü kimi qeyd olunmasından danışır. == Məzmun == Film sovet dövlətinin başçısı Leninin vəfatının 25 illiyinin Azərbaycanda xatirə günü kimi qeyd olunmasından danışır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mikayıl Mikayılov Rejissor: Mikayıl Mikayılov Operator: Muxtar Dadaşov, Vladimir Zbudski, Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.