GÖVDƏLİ
GÖVŞƏMƏ
OBASTAN VİKİ
Gövdəsiz yastıbaş
Gövdəsiz yastıbaş (Elmi adı -Jurinella subacaulis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir.
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Gövdəsiz zöhəçiçəyi
Gövdəsiz zöhəçiçəyi (lat. Cypripedium acaule) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Fissipes acaulis (Aiton) Small, 1903 Cypripedium hirsutum Mill., 1768 Cypripedium humile Salisb., 1793 Cypripedium acaule f. albiflora E.L.Rand & Redfield, 1894 Calceolus hirsutus (Mill.) Nieuwl., 1913 Fissipes hirsuta (Mill.) Farw., 1917 Fissipes acaulis f. lancifolia House, 1920 Cypripedium acaule f. lancifolia House, 1924 Fissipes hirsuta f. albiflora (E.L.Rand & Redfield) Farw., 1938 Cypripedium acaule f.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.

Digər lüğətlərdə