Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bildirçinli
Bildirçinli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bildirçinli kəndi də uzun müddət işğal altında olmuş və 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. == Əhalisi == Əhalisinin sayı 154 nəfərdir. == Tarixi == Bildirçinli Tərtər rayonunun Sarov inzibati ərazi vahidində kənd. İncəçayın sahilində, Qarabağ düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd Bildirçinli adlanan ərazidə salınmışdır. Ərazidə coxlu bildirçin quşu olduğuna görə belə adlandırılmışdır. Tədqiqatçılar isə Bildirçinli toponiminin etnotoponim olduğunu ehtimal edirlər. == Coğrafiyası == Bildirçinli kəndi Kəlbəcər rayonunda yerləşən dağlıq kəndlərdən biridir. Kəndin yerləşdiyi ərazi Kəlbəcərin digər bölgələri kimi zəngin təbiəti və yaylaqları ilə tanınır.
Bildiriş (qəzet)
Bildiriş qəzeti (türk. Bildiriş) — Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet. 1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. == Tarixi == Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi.
Qırmızı bildiriş
Qırmızı bildiriş (ing. Red Notice) — 2021-ci ilin komediya filmi. Rawson Marshall Thurber tərəfindən yazılmış və rejissorluq etdiyi Amerika komediya filmidir. Filmdə baş rolları Dueyn Conson, Rayan Reynolds və Qal Qadot canlandırıb. Bu, Mərkəzi Kəşfiyyat (2016) və Göydələndən (2018) sonra Johnson və Thurber arasında üçüncü əməkdaşlıqdır. Əvvəlcə Universal Pictures tərəfindən buraxılan Netflix, 12 noyabr 2021-ci ildə platformada debüt etməzdən əvvəl 8 iyul 2019-cu ildə filmin 5 noyabr 2021-ci ildə məhdud buraxılışı ilə yayımlanma hüququnu əldə etdi. İki min il əvvəl Markus Antonius Kleopatraya sədaqətini simvolizə edən toy hədiyyəsi olaraq üç daş-qaşlı yumurta hədiyyə edir.1907-ci ildə bir fermer tərəfindən 2 yumurta tapılana qədər yumurtalar zaman keçdikcə itirilir.
Qırmızı bildiriş (film, 2021)

İldırımlı yollarla
İldırımlı yollarla — böyük Azərbaycan bəstəkarı Qara Qarayevin Piter Abrahamsın romanının motivləri əsasında 1958–1959-cu illərdə yazdığı balet. Piter Henri Abrahamsın romanı Afrika xalqlarının azadlıq uğrunda çarpışmaları dövründə yazılıb. Əsər məzmununun ana xətti ağ irqdən Sari adında qızla ağ irqdən olmayan Lenni adlı oğlanın ülvi məhəbbətidir. İrqçiliyin sarsılmaz qanunlarını pozmuş Lenni bütün yerli fermer və varlıların qəzəbinə gəlir. Yeni il gecəsi Sari, nəhayət nifrət bəslədiyi evdən baş götürüb qaçır. Azğınlaşmış təqibçilər öz şəxsi azadlığını və məhəbbətini hər şeydən uca tutan hər iki gənci vəhşicəsinə öldürürlər. Hadisələr Cənubi Afrikada XX əsrin 40-cı illərində baş verir. Cənubi Afrika, kiçik bir qəsəbə meydanı. Bir qrup tələbə yeməkxanada ziyafət verirlər. Lenni əynində məzun forması bu ziyafətə qoşulur.
İldırımlı yollarla (balet)