Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biocoğrafiya
Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir. Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur. Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.
Biocoğrafi sədd
Bioqrafiya
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Bioqrafiya (jurnal)
Bioqrafiya beynəlxalq jurnalı
Karl Popper Bioqrafiya
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Amerika Bioqrafiya İnstitutu
Amerika Bioqrafiya İnstitutu (ABİ) 1967-ci ildən bəri biblioqrafiya dərc edən, Şimali Karolina ştatının Raleigh şəhərində yerləşən ödənişli daxil edilmiş boş bioqrafik arayış kataloqu naşiri idi. O, saxta sertifikatların və kitabların satışından gəlir əldə edirdi. Hər il şirkət yüzlərlə "İlin Adamı" və ya "İlin Qadını" mükafatlarını hər biri 195–295 dollar arasında dəyişir. Onun mükafatları siyasətçilər, jurnalistlər və başqaları tərəfindən tez-tez fırıldaq kimi qınanırdı. Qərbi Avstraliya hökumətinin ScamNet xidməti Amerika Bioqrafiya İnstitutunu "divarında lövhə istəyən və ya adlarını kitabda görən insanlara müraciət edən fırıldaqçı naşir hesab edirdi." Şirkət 2012-ci ildə müflis oldu . Şirkətin sahibi Arlene Calhoun, Birləşmiş Mədəniyyət Konvensiyası və Pentland Press və ya Ivy House Nəşriyyat Qrupu adlanan başqa bir qeyri-kommersiya mətbu orqanı da idarə etdi. == Əməliyyatlar == ABI ayrı-ayrı şəxsləri xüsusi tərcümeyi-halı üçün xatirə kimi müxtəlif mükafatlar almağa dəvət etdi. Keçmiş işçilərdən biri izah etdi ki, şirkət təşkilatlardan poçt siyahıları alıb və bu adlardan istifadə edərək, fərdləri bioqrafik kitablarda olmağa və ya mükafatları qəbul etməyə dəvət edən adi poçt göndərişləri göndərirlər . Bu cür mükafatlara "İlin Beynəlxalq Adamı", "Onilliyin ən Pərəstişkarı" və ya "21-ci Əsrin Görkəmli Adamı" və ya 500 Elm Lideri və ya ABI nəşrlərinə daxil edilmək daxildir. Ümumdünya Bilik Kitabı, töhfə haqqı müqabilində.