BİOCOĞRAFİYA

yun. bios – həyat + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

BİO...
BİOFİLOTA
OBASTAN VİKİ
Biocoğrafiya
Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir. Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur.Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı. Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur.

Digər lüğətlərdə

антропоними́ческий в оха́пке геометри́зм дуст калориметри́ческий перетыкать утилизи́ровать юмори́на житьё-бытьё ната́лкиваться параллелепи́пед подпоя́саться тексто́лог фа́кельный черну́ха ракалья -суждать castigation cliff-dweller heliochromy manoeuvring scalpel true-born лекало натягивать