Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozqurd
== Bozqurdların xüsusiyyətləri == Türk mifoloji düşüncəsində Boz Qurd başlıca olaraq ulu əcdad, yol göstərici, xilaskar funksiyalarında çıxış edən hami ruh, mədəni qəhrəman statuslu mifik obrazdır. İlk türklərin- əcdadların müasiri kimi Boz Qurd bu mənada türk etnik-mədəni ənənəsində kosmoqonik aktın iştirakçısı olan bir mədəni qəhrəmandır. Oğuznamə motivlərinin ən əski qatında dayanan bu varlığın bütün funksiyaları da onun mədəni qəhrəman, sakral mənşəli"Göy oğlu" olmasından gəlir. Mənşəcə mifoloji ilkin əcdad obrazına bağlanan Boz qurda,məsələn yakutlar etnik-mədəni ənənənin təbiətinə uyğun olaraq "Göy oğlu" deyirdilər ki, bu adı onun məhz sakral təbiətli bir varlıq olduğunu işarələyir. Ona görə də Boz Qurdu "az qala tanrı səviyyəsinə qaldıran"(!) bir obraz və s. olaraq görmək onun etnik-mədəni ənənənin dəyərlər düzümündəki yerini düzgün müəyyən edilməməsindən irəli gəlir. Əslini-kökünü qurda bağlayan əski türklərin Aşına soyu qurdu özlərinin ulu əcdadları elan etmişdilər. Türk dastanlarında qurd üstəlik də yolgöstərən, böhranlı zamanlarda imdada yetişən bir varlıqdır. Uyğurların qutlu dağ əfsanəsində deyilir ki, ölkəyə səadət və bərəkət gətirildiyinə inannılan bir qayanın çinlilərə verilməyindən sonra uğursuzluqlara tuş gələn məmləkətin aclığa məhkum olması üzündən özlərinə yeni yurd axtaran uyğurların önünə düşüb onlara yol göstərmişdi. Qurdun ulu mifik əcdad olduğu düşüncəsi başqurdların mənşə miflərində də öz əksini tapıbdır.
Ləman Bozqurd
Ləman Bozqurd (1932, Sarıqamış, Qars ili – 4 may 2001, İzmir) — NATO-da Reaktiv təyyarə sürən ilk Azərbaycanlı (Türk) qadın. Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır. noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur.
Qazi Bozqurd
Qazi Məhəmməd Bozqurd — azərbaycanlı şair. 1866-cı ildə Urmiyanın Quluncu kəndində anadan olmuşdur. Azərbaycan və türk dillərində şeirlər yazıb. O, Birinci Dünya müharibəsi və Qərbi Azərbaycanda ifrati millətçilik hərəkatı arasında, silahlı əsgərləri ilə İsmail Simko və silahlı ermənilərlə, assuriyalılarla (cilolarla) münaqişə etmişdirQazi Bozqurd, Osmanlı qüvvələri Xəlil Paşa komandanı ilə(1919-1918),gələndən sonra qoşunlar və əsgərlərin Osmanlı ordusu ilə inteqrasiya etdi və Osmanlı qüvvələrinin oturacaqın Quluncuda yerləşdirilməsi ilə Qərbi Azərbaycanın azadlığa buraxılması üçün İsmail Simko, Ümərxan və Cilolarla mübarizə aparmış. O, Cilolar üzərində qələbəsindən sonra, Türkiyəyə getmiş və 1948-ci ildə Hakkari ilində vəfat edib . Onun məzarı Hakkari ilinin şimalında yerləşir.
Bozqurd Partiyası
Azərbaycan Milli Demokrat Partiyası və ya qısaca AMDP — Tufan Kərim tərəfindən qurulan və 2008-ci il dekabrın 24-də dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == Partiya 1992-ci ildə İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulmuşdur. İlk qurultayını 26 dekabr 1993-cü ildə keçirən partiyanın sədri Bəxtiyar Əhmədov seçilmişdir. Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından "Bozqurd Partiyası" olaraq keçmişdir, lakin 1995-ci ildə Ali Məhkəmə tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmadığı səbəbi ilə ləğv edildi. İsgəndər Həmidov isə həbs edildi. Partiya fəaliyyətini dayandırmasa da, 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası dəyişdirdi. Ad dəyişikliyi 1999-cu ildə ki qurultayında rəsmi olaraq təsdiqləndi. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmadı. 2008-ci ilin aprel ayında AMDP və Azadlıq Partiyası arasında birləşmə qərarı alınmışdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc və AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir, lakin daha sonra birləşmə gerçəkləşməmişdir.2008-ci ildə partiya Tufan Kərimlinin sədrliyində qeydiyyata alınmışdır.
Bozqurd işarəsi
Bozqurd işarəsi türk millətçi və pantürk əl simvoludur. Yalnız Ülkü Ocaqları deyil, bir çox türk millətçiləri və türk millətçi qrupları tərəfindən istifadə olunur. == Mənşəyi == Bozqurd jesti islamdan əvvəlki köklərə malikdir, Buddist mədəniyyətindən türk xalqlarına aid edilmişdir. Tarixi araşdırmalar göstərir ki, ondan Qərbə köç edən Hunlar, Qıpçaqlar və Peçeneqlər kimi müxtəlif Türk xalqları öz nəsillərini təmsil etmək üçün bu işarədən istifadə ediblər. Bu simvola X əsr İran şairi Firdovsinin bozqurd işarəsi hazırlayan Türk qadınlarının miniatürlərinin daxil olduğu “Şahnamə”sində də rast gəlinir. Çində bozqurd işarəsini düzəldən türk xanının VI əsrə aid heykəli var. Mağarada tapılıb və İslamdan əvvəlki Göktürklər dövrünə aiddir. Dünyəvi xarakter daşımasına baxmayaraq, Alparslan Türkeş onu türk-islam sintezinə uyğunlaşdırmaq üçün onu daim islamlaşdırmağa çalışıb. == Türk mifologiyasında == Türk xalqlarının mifologiyasında qurd Asena bütün türk və monqol tayfalarının ortaq mənşə hekayəsinin bir hissəsidir. Göktürklərin mavi bayraqlarında bir canavar var.
Mahmud Əsəd Bozqurd
Mahmud Əsəd Bozqurd (1 yanvar 1892, Quşadası, Aydın ili – 21 dekabr 1943, İstanbul) — Mustafa Kamal Atatürkün yaxın dostlarından olan və Türkiyədə hüquqi təməllərin atılmasında yaxından iştirak etmiş dövlət xadimi. Türkiyə İstiqlaliyyət mübarizəsinin iştirakçısı, Türkiyə Respublikasının Ədliyyə naziri və TBMM-nin üzvü olmuşdur. == Həyatı == 1892-ci ildə o dövrdə İzmirə bağlı bölgə olan Quşadasında anadan olmuşdur. Atası Quşadasının məşhur ailələrindən olan Hacı Mahmudoğullarından Həsən bəy olmuşdur. 21 dekabr 1943-cü il tarixində beyin qanaması nəticəsində İstanbulda vəfat etmişdir. Məzarı İzmirin Səlcuq bölgəsindəki xüsusi məzarlıqdadır. === Təhsili === İki il İzmirdə təhsil aldıqdan sonra II Əbdülhəmid hakimiyyətinə qarşı mübarizəyə qatılan dayısı Ubeydullah Əfəndi ilə birlikdə İstanbula getmişdir. 1911-ci ildə İstanbul Hüquq Məktəbindən məzun olmuşdur. İsveçrədə Lozanna və Frayburq Universitetlərində təhsil almış və kapitulyasiyalar mövzusunda doktorantura pilləsində təhsil almışdır. == Türkiyə İstiqlaliyyət müharibəsi == İzmir yunanlar tərəfindən işğal edildikdən sonra İstiqlaliyyət müharibəsinə qatılmaq üçün Türkiyəyə geri dönmüşdür.
Əlaüddövlə Bozqurd bəy
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (1479-1515) — hökmdar. == Həyatı == Süleyman bəyin dördüncü oğlu Bozqurd bəy Əlaəddövlə ləqəbini daşıyırdı. 1479-cu ildən 1515-ci ilədək bəyliyi idarə etmişdi. Əlaüddövlə Bozqurd bəy hakimiyyətinin ilk illərındə osmanlıların yanında yer aldı. Üzərinə göndərilən məmlük ordularını dalbadal mağlub etdi. Zülqədər bəyliyi üzündən Osmanlı-Məmlük ilişkiləri pozuldu. Çuxurovada hakimiyət mücadiləsi üzündən başlayan Osmanlı-Məmlük savaşları 1485–1491 illərı arasında davam etdi. Əlaüddövlə bəy qızı Ayşə xatunu II Bəyazidə verdi. Bu evlilikdən Səlim Yavuz dünyaya gəldi. Əlaüddövlə Bozqurd bəy də Yavuzun babası oldu.
Əlaəddövlə Bozqurd bəy Zülqədər
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (1479-1515) — hökmdar. == Həyatı == Süleyman bəyin dördüncü oğlu Bozqurd bəy Əlaəddövlə ləqəbini daşıyırdı. 1479-cu ildən 1515-ci ilədək bəyliyi idarə etmişdi. Əlaüddövlə Bozqurd bəy hakimiyyətinin ilk illərındə osmanlıların yanında yer aldı. Üzərinə göndərilən məmlük ordularını dalbadal mağlub etdi. Zülqədər bəyliyi üzündən Osmanlı-Məmlük ilişkiləri pozuldu. Çuxurovada hakimiyət mücadiləsi üzündən başlayan Osmanlı-Məmlük savaşları 1485–1491 illərı arasında davam etdi. Əlaüddövlə bəy qızı Ayşə xatunu II Bəyazidə verdi. Bu evlilikdən Səlim Yavuz dünyaya gəldi. Əlaüddövlə Bozqurd bəy də Yavuzun babası oldu.
Biziura
Pərli ördək (lat. Biziura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Siqurd Erikson
Siqurd Erikson (26 mart 1888 – 18 fevral 1968) — isveç etnoqrafı. "Folk-Liv" (azərb. Xalq hәyatı‎), "Ethnologia Europaea" (azərb. Avropa etnologiyası‎), "Laos" kimi məşhur etnoqrafik jurnallarının təsisçisi. Avropa etnoqrafiyasında təsviri və nəzəri metodlar arasındakı uyğunsuzluğun aradan qaldırılmasına yönəlmiş məktəbin yaradıcısıdır. Avropa etnoqrafları birliyinin, Beynəlxalq Xalq İncəsənəti və Ənənələri Komissiyasının rəhbəri olmuşdur.
Siqurd Raqnarsson
Siqurd Gözündə-ilan— Raqnar Lodbrokun oğullarından biri. Danimarkanın ilk kralı. == Həyatı == Siqurd Raqnar Lodbrokun və Aslauqun oğlu idi. Göz bəbəyi öz quyruğunu yeyən ilana bənzədiyi üçün bu ləqəbi almışdır. Haqqında az məlumat vardır. Raqnarın ölümündən sonra Danimarka adaları onun payına düşmüşdü. Müqəddəs Roma imperiyası hökmdarı I Arnulf tərəfindən Leyven döyüşündə 891-ci ildə öldürülmüşdü. == Ailəsi == Nortumbriya kralı Aellanın edamından sonra onun qızı ilə evlənmişdi. Övladları: Aslauq Siqurdsdatter - Ringerikeli İti Helqi ilə evlənmişdi. I Hardeknut - Danimarkanın II kralı.
Cırqurd
Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır. == Əhalisi == Əhalisinin sayı 121 (2009) nəfərdir. == Toponomikası == Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.