Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sleeping Dogs
Sleeping dogs oyunu 14 avqust 2012-ci ildə United Front Games firması tərəfindən hazırlanmış və Square Enix şirkəti tərəfindən satışa çıxarılmışdır. Oyun açıq-dünya aksion-macəra janrındadır. Oyunda əsas döyüşə üstünlük verilir. Sleeping dogs oyunu True Crime seriyalarının davamıdır. Bu oyunun əvvəlki adı True Crime:Hong Kong olmuşdur. Activision şirkətində oyunun tam başa gəlməsi üçün lazım olan büdcə olmadığından 2011-ci ildə oyunun hazırlanması işi dayandırılmışdır. 6 ay sonra bu oyunu Square Enix firması aldı və adını Sleeping dogs olaraq dəyişdi. Bir müddət oyun üzərində işləyərək 14 avqust 2012-ci ildə satışa çıxardı. Microsoft Windows platforması üçün olan versiya Windows XP əməliyyat sistemini dəstəkləmir.
KonoSuba: God's Blessing on This Wonderful World!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.