Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtomatik bloklama
Avtomatik bloklama — qəzanın qarşısını almaq üçün obyektin iş rejiminin avtomatik dəyişdirilməsi; maşın, aparat və cihazların işini idarə edən zaman səhvə yol verməyən avtomatik quruluşlar məcmusu. Məsələn, avtomat dəzgah xəttində dəzgahlardan biri dayandıqda və ya onun iş rejimi pozulduqda avtomatik bloklama bütün xətti dayandırır. Avtomatik bloklama dəmiryol stansiyaları arasında qatarın hərəkətini avtomatik tənzimləyir. Avtomatik bloklamada stansiyalararası məsafə 1,000–3,000 metrlik blok-sahələrə bölünür və eyni istiqamətdə gedən qatarlar arasında minimal intervallar saxlanılır. Qatar blok-sahəyə daxil olduqda işıqforun yaşıl işığı avtomatik olaraq qadağanedici (qırmızı) işıqla əvəz edilir. Eyni zamanda arxa blok-sahədəki işıqda arxadan gələn qatarın sürücüsünü xəbərdar edən sarı işıq yanır. Hərəkət edən qatar ilə işıqfor arasında əlaqə rels elektrik dövrəsi (relslərdən keçən elektrik cərəyanı) ilə yaradılır. Azərbaycanda dəmiryol şəbəkəsində və Bakı metropolitenində avtomatik bloklama geniş tətbiq olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Герман Л.А., Калинин А.Л. Электроснабжение автоблокировки и электрической централизации. М., Транспорт, 1974 год, 168 страниц.
Bloklara qoşulmamaq prinsipi
Bloklara qoşulmamaq prinsipi - dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, habelə öz ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə yol verməməsini nəzərdə tutan xarici siyasət xəttinin əsası. == Haqqında == Siyasi və beynəlxalq hüquq ədəbiyyatında Bloklara qoşulmamaq prinsipi, həmçinin pozitiv bitərəflik siyasəti adlandırılır. Beynəlxalq siyasətdə Bloklara qoşulmamaq prinsipi yalnız İkinci dünya müharibəsindən sonra mühüm əhəmiyyət kəsb etmişdir. Bloklara qoşulmamaq prinsipinin hüquqi əsası, adətən, dövlətin müvafiq birtərəfli bəyannaməsidir. Bloklara qoşulmamaq siyasətini qəbul etmiş dövlət şox zaman bloklara qoşulmayan ölkə adlanır. Bu qəbildən olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bir qrupu, habelə Avropanın bir sıra ölkəsi bütün dünyada sülhü təmin etmək, irqçiliyə qarşı mübarizə aparmaq, ölkələr arasında bərabər hüquq və qarşılıqlı fayda əsasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək siyasəti yeridir. 1961-ci ildən bloklara qoşulmayan ölkələrin konfransları keçirilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013.
Blokada
Blokada — obyektin təcrid olunması istiqamətində əməliyyat, onun xarici əlaqələrinin məhdudlaşdırılması yolu ilə həyata keçirilir. == Həmçinin bax == Hərbi blokada; İqtisadi blokada; Leninqradın blokadası; Ürəyin blokadası; Müalicə blokadası — tibbi prosedura; Blokada (şahmat) — qarşı tərəfin fiqur və piyadalarının yerdəyişməsinin məhdudlaşdırılması.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar.Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədi ilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987.
Kontinental blokada
Kontinental blokada — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və İngiltərəyə qarşı kontinental blokadaya qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
İntraskalenar blokada
İntraskalenar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə çiyin oynağının süni protezlə əvəz ediməsi, çiyin oynağının bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq boyun nahiyəsindən — döş-körpücük-məməyəbənzər əzələnin bayır kənarı ilə adəm almasından çəkilən nəzəri xəttin kəsişən nöqtədən xüsusi iynə vasitəilə pilləli əzələlərin — lat. Musculi scaleni arasından daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul pilləli əzələlərarası inyeksiya olduğuna görə intraskalenar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. == Ümumi texniki aspektlər == Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır.
Azərbaycanda seçki blokları
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Köməkçi enerji blokları
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. == Təyyarələrdə KEB == Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi.Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. == Zirehli maşınlarda KEB == Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır. == Qatarlarda KEB == Bu gün KEB sistemi bəzi dizel mühərrikli lokomotivlərdə də istifadə olunur.
Kontinental blokada siyasəti
Kontinental blokada — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və İngiltərəyə qarşı kontinental blokadaya qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
Azərbaycanda bloklanan xəbər saytları
Azərbaycan xəbər saytlarının siyahısı — Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının siyahısı.
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Azərbaycanda seçki blokları və siyasi birliklər