Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maykl Blumberq
Maykl Rubenz Blumberq (ing. Michael Rubens Bloomberg;14 fevral 1942[…], Boston) — Amerikalı iş adamı, siyasətçi, xeyriyyəçi və yazıçıdır. "Bloomberg L.P"-nin müəyyən hissəsinin sahibi və həmtəsisçisidir. 2002-ci ildən 2013-cü ilə qədər Nyu-York şəhərinin meri olub və 2020-ci ildə Demokratik prezidentliyə namizəd idi. Blumberq Massaçusets ştatının Medford şəhərində anadan olub,Cons Hopkins Universiteti və Harvard Biznes Məktəbini bitirib. Karyerasına 1981-ci ildə öz şirkətini qurmadan əvvəl "Salomon Brothers"-ın qiymətli kağızlar brokerliyində işləməyə başlamışdır. Bu şirkət, "Bloomberg L.P." , "Bloomberg Terminal" ilə tanınan maliyyə məlumatları, proqram təminatı və media firmasıdır. Blumberq iyirmi ilini SEO və baş direktor olaraq keçirdi. 2019-cu ildə Forbes təxmini 55,5 milyard dollar xalis dəyəri ilə onu dünyanın 9-cu ən varlı adamı olaraq sıraladı. The Giving Pledge yaradılandan sonra, Blumberq bu xeyriyyə şirkətinə 8.2 milyon dollar vəsait ianə verdi.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
La-Lubyer
La-Lubyer (fr. La Loubière, oks. La Lobièra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Bozul. INSEE kodu — 12131. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 8 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 913 nəfər (15-64 yaş arasında) arasında 693 nəfər iqtisadi cəhətdən fəal, 220 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 77.5%).
Villar-Lubyer
Villar-Lubyer (fr. Villar-Loubière, oks. Vilard Lobiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 49 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15–64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 72,2%). 21 fəal adamdan 19 nəfəri (10 kişi və 9 qadın) çalışdı, 2 kişi işsizdi.
Rubber Soul
Rubber Soul — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Martin Buber
Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri. == Həyatı == 1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur. == Fəaliyyəti == İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.
SMS Blücher
SMS Blücher ( tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə əmr edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı. Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel (azərb. Kil İmperatorluq Tərsanəsi‎) limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya Müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir. 24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi.
Blüxer başmağı
Blüxer başmağı (almanca: Blücher) — üzü bağla bağlanan, hündür dabanlı çəkmə. == İstinad == Çarlz Dikkens — Oliver Tvistin Macəraları, səhifə 101. Bakı Qanun Nəşriyyatı, 2015.
Yeşim Büber
Yeşim Büber (18 avqust 1977, Aydın) — Türkiyəli aktrisa .