I. i. 1. hand; ~ altında olan (near) at hand, within easy reach of one’s hand; ready at hand; ~ altınca in an underhand way, secretly, in secret; ~ ilə by hand, with hand; ~ ilə görülən iş handwork, work done with a hand; ~də olan on hand; ~dən düşmüş: 1) (yorğun, üzgün) tired out, exhausted, jaded, languid, fatigued; 2) (işlənməkdən) toil-worn; 3) (xəstəlikdən) wasted; 4) (çox köhnəlmiş) worn-out, threadbare; ~dən ~ə from hand to hand; ~dən cəld swifthanded; ~i belində: (lovğalovğa) haughtily, arrogantly; ~i qoynunda (bikef) olmaq to be* in sorrow / in sadness / in melancholy mood; öz ~i ilə (şəxsən) by oneself, by one’s own hand; ~indən hər iş gələn adam a good hand in / at everything; Jack of all trades idiom.; bacarıqlı / qabiliyyətli ~lər skilful hands; qanlı ~lər red hands; ~ -ayağa düşmək (təlaş keçirmək) to fuss, to make* a fuss of / about (smb. / smth.); ~ atmaq: 1) (götürmək üçün) to stretch out one’s hand (to); 2) (işə) to undertake* (d. + to inf.); O, hər işə əl atır He / She undertakes to do everything; ~ açmaq (istəmək, dilənmək) to beg, to go* begging; to cadge; ~ basmaq (and içmək) to swear* (by); ~ bulamaq (məşğul olmaq) to bear* / to take* a hand (in); Bu işə əl bulamağa dəyməz No use of taking a hand in this matter; ~ vermək: 1) to hold* out one’s hand (to), to offer one’s hand (to); 2) (salamlaşmaq) to shake* hands (with); 3) (yaramaq, əlverişli olmaq) to suit (d.); to fit (d.), to be* convenient (to, for); Bu mənə əl vermir It does not suit / fit me; Axşam işləmək ona əl verir 4) (sövdələşərkən) to strike* hands, to strike* a bargain; ~ vurmaq; 1) (toxunmaq) to hand (d.), to touch (d.); 2) (çəpik çalmaq) to clap (hands); (alqışlamaq üçün) to clap (to), to applaud (to); ~ qaldırmaq: 1) (söz almaq və s. üçün) to raise one’s hand; 2) (vurmaq üçün) to raise one’s hand against smb.; 3) (səs vermək) to vote by a show of hands; ~ qatmaq: (qarışmaq, işə və s.) to interfere (in, into); Özgənin işlərinə əl qatma Don’t interfere into other’s affairs!; ~ qoymaq (razılıq vermək) to give* one’s consent; ~ dəymək to touch (d.); ~ eləmək: 1) (əl ilə çağırmaq) to summon smb. with one’s hand; 2) (vidalaşarkən) to wave good-bye (to); 3) (əlini yelləyərək salamlaşmaq) to greet smb. with the wave of one’s hand; ◊ ~ -qolu bağlı olmaq to be* bound hand and foot; ◊ ~-qolu boşalmaq to lose* heart; ~-qolunu açmaq to untie smb.’s hands, to give* smb. full scope; ◊ ~-qolunu bağlamaq (imkan verməmək) to bind* hand and foot; ~dən-~ə gəzmək to pass from hand to hand; Əl əli yuyar, əl də üzü at. söz. ≅ One hand washes another; ~ yetirmək to lend* a helping hand; to help, to aid; ~ saxlamaq to stay one’s hand, to stop, to pause; ~ sıxmaq: (salamlaşmaq) to shake* hands (with); ~ tərpətmək: (cəld olmaq) to hurry up; Əl tərpət! Hurry up! Bestir!; ~ tutmaq: 1) (pul borc vermək) to lend* money; Mənə 50 manat əl tut Lend me fifty manats 2) (maddi yardım göstərmək) to render moneyed assistance; ~ uzatmaq: 1) (tutmaq, götürmək üçün) to stretch / to extend one’s hand (to), to reach out one’s hand (for), 2) (kömək, yardım etmək) to help (d.), to lend* hand (i.), to give* / to lend* a helping hand (i.), to support (d.); ◊ ~ (ini) üzmək to lose* hope / faith (in), to despair (of); to say* good-bye to all hopes d.d.; ~ çəkmək: 1) to take* off one’s hand (from); Şuşadan əl çəkin! Hands off from Shusha! 2) (tərk etmək) to leave* (d.), to abandon (d.); Əl çək məndən! Leave me alone! 3) (imtina etmək) to refuse (d.), to renounce (d.); (hakimiyyətdən) to abdicate (d.); (hüquqdan) to relinguish (d.); 4) (tərgitmək) to give* up (d.); adətdən ~ çəkmək to break* a habit; O öz adətindən əl çəkməyəcək; He / She will not break his / her habit; canından ~ çəkmək to be* sick of living; ~də bəsləmək to tame (d.); ~də böyütmək to be* brought up at home; ~də etmək to get* (d.), to attain (d.), to gain (d.), to acquire (d.), to procure (d.); bilik ~də etmək to acquire knowledge; təcrübə ~də etmək to gain experience; qənimət ~də etmək to capture trophy / material / equipment; ~də gəzdirmək: 1) (əzizləmək) to make* much (of), to make* a fuss (over); 2) to carry in one’s arms; ~də olmaq to be* in the hand; bir ~də olmaq to be* in a single / one hand; etibarlı ~(lər)də olmaq to be* in safe hand(s), to be* in safety; ~də ölmək: (öldürülmək) to die a violent death; O, əldə öləcək He / She will die a violent death; ~də saxlamaq: 1) (əldən verməmək) to hold* in one’s hands (d.), to keep* fast (d.), to retain (d.); 2) (öz tabeliyində saxlamaq) to have* in one’s hand (d.), to have* under one’s thumb (d.); Bir əldə iki qarpız tutmaq olmaz at. söz. ≅ If you run after two hares (at once), you will catch neither; ~dən almaq to buy* / to purchase smth. in the second-hand; ~dən buraxmaq: 1) (bir şeyi, bir kəsi) to let* smth., smb. go / slip / escape; İpin ucunu əldən buraxma Don’t let the end of the rope slip; 2) (fürsəti, imkanı) to miss (d.), to lose* (d.); İmkanı əldən buraxma Don’t miss the opportunity; ~dən vermək (saxlaya bilməmək) not to retain / hold* (d.); to let* (d.) go; Əldən qalan əlli il qalar at. söz. ≅ Delays are dangerous; ~dən qoymamaq: 1) (buraxmamaq) not to abandon (d.), not to leave* (d.); 2) (ayrılmamaq) not to part (with); 3) (tərgitməmək) not to give* up (d.); ~dən yerə qoymaq to lay* down (d.); Onlar silahı əldən yerə qoymaq istəmirlər They don’t want to lay down their arms; ~dən düşmək: 1) (üzülmək, haldan düşmək) to be* utterly exhausted, to break* down (with), to grow* weak / faint; to be* wasted (by); 2) (aclıqdan, xəstəlikdən) to pine (from); O, acından əldən gedir He / She is pining from hunger; 3) (köhnəlmək, dağılmaq) to be* worn out, to become* threadbare / shabby; (bina haq.) to become* descript, to be* ramshackled / dilapidated; ~dən- ~-ə düşmək / keçmək to pass through many hands, to change hands many times; ~dən iti olmaq to be* quick, ~dən getmək; 1) (bir kəs üçün) to be* obsequious to smb., to be* too eager to serve smb., to fawn (on, upon); 2) (nazını çəkmək, bəsləmək) to foster (d.), to cherish (d.), to make* a fuss (over); 3) (xarab olmaq) to be* spoiled, to go* bad idiom.: 4) (ölmək) to pass away, to lose* one’s life, to die; Əldən nə gəlir? What is to be done? What can be done? ~dən salmaq: 1) (yormaq) to tire / to wear* smb. out; 2) (üzmək, həlak etmək) to exhaust (d.); to be* wasted (by); Xəstəlik onu əldən salmışdı He / She was wasted by disease; Ağır iş kişini əldən salmışdı The hard work had exhausted the man; Susuzluq bizi əldən salmışdı We were faint with thirst; Özünü əldən salma Don’t exhaust yourself; 3) (köhnəltmək) to wear* out (d.); 4) (işlədib yararsızlaşdırmaq) to make* smth. useless / unfit for use, to put* / to bring* smth. out of commission; ◊ ~dən çıxarmaq (bir işi bitirmək) to complete (d.), to crown (d.), to go* through with smth.; ~dən çıxmaq (tamamlanmaq, bitmək) to be* completed; Tək əldən səs çıxmaz at. söz. ≅ The voice of one man is the voice of no man; One man, no man; ~ə almaq: 1) to take* into one’s own hands; 2) (öz tərəfinə çəkmək) to win* over to one’s side (d.), to gain over (d.), to enlist (d.); özünü ~ə almaq to pull oneself together, to collect one’s faculties, to control oneself, to recover one’s temper; ◊ ~ə baxmaq to be* smb.’s dependant; ~ə vermək: 1) (əlinə çatdırmaq) to hand in (d.); 2) (satmaq, şeytanlamaq) to betray (d.); 3) (təslim etmək) to deliver up (d.), to give* up (d. to); to extradite (d.); ~ə düşmək: 1) (tapılmaq) to be* found; Keçən gün ələ düşməz at. söz. ≅ Lost time is never found again; ~ə keçirmək: 1) (sahiblənmək) to take* possession (of); 2) (tutmaq, zəbt etmək) to seize (d.); hərb. to capture (d.); şəhəri / kəndi / qalanı və s. ~ə keçirmək to seize the town / village / fortress, etc.; ~ə keçmək to fall* into smb’s hands; to be* seized; hərb. to be* captured; ~ə gəlmək to be* gained (of); Bundan ələ bir şey gəlmədi Nothing was gained of it; ~ə gətirmək (tovlamaqla, tamahlandırmaqla) to entice (d.); to lure (d.); ~ə öyrənmək bax əhliləşmək; ~ə öyrətmək bax əhliləşdirmək; ~ə salmaq: 1) to get (d.), to attain (d.), to acquire (d.); 2) (dolamaq, araya qoymaq) to fool (d.), to make* a fool (of), to make* fun (of), to dupe (d.), to poke fun (at), to jeer (at), to scoff (at), to mock (at); ~i aşağı düşmək to become* / to grow* poor; ~i aşağı olmaq to be* hard up; ~i boşa çıxmaq to fail (+ to inf.); to fall* through; ~ləri boşalmaq (ruhdan düşmək) to lose* heart (+to inf.); ~i qalxmamaq / gəlməmək: 1) (həvəsi olmamaq) not to have the heart (+to inf.); Onun bunu etməyə əli qalxmır He / She hasn’t the heart to do it; 2) (ürəyi gəlməmək, qıymamaq) can’t bring oneself (+to inf.); Onu vurmağa əlim qalxmır I can’t bring myself to strike him / her; ◊ ~i qoynunda qalmaq to be* in sorrow / sadness / melancholy mood; to be* brokenhearted; ~i dinc durmamaq: 1) (daim bir işlə məşğıl olmaq) to be* always busy / occupied with smth.; to be* always engaged in smth.; 2) (hər şeyə dəyib toxunmaq) to finger (d.) / to touch (d.); ~i ~inə dəymək / çatmaq (bir-birinə qovuşmaq) to join hands (with); ~i əsmək (simiclik etmək) to be* niggardly; Əlin əsməsin, bir az da əlavə et Don’t be niggardly, add some more; ~i olmaq (bir işdə) to have* a hand in (d.); to be* involved (in), to be* privy (to), to be* an accessary (to), to participate (in), to collaborate (in); Bu işdə onun da əli var He / She is also privy to it; He / She is also involved in it; ◊ bir kəsin sağ ~i olmaq to be* smb.’s right hand; ~ində olmaq: 1) (səlahiyyəti çatmaq) to be* in smb.’s power; 2) (ixtiyarında olmaq) to be* in smb.’s possession; ~indən almaq: 1) (məhrum etmək) to deprive (d. of), to dispossess (d. of); Onun bütün hüquqlarını əlindən aldılar They deprived him / her of all his / her rights; (malı, mülkiyyəti) to dispossess (d. of); Hökumət onun mülkiyyətini əlindən aldı The government dispossessed him / her of his / her property; 2) (ölüm və s. nəticəsində) to bereave* (d. of); Bədbəxt hadisə atamızı əlimizdən aldı An accident bereaved / bereft us of our father; 3) (xilas etmək) to save (d. from), to deliver (d. from); Onlar qızı quldurların əlindən aldılar They delivered the girl from the bandits; 4) (tutub almaq, soymaq) to rob (d. of); evi ~indən almaq to dishome (d.), to make* smb. homeless; O, evi əlimdən aldı She / He / She dishomed me; ~indən qaçmaq to evade (d.), to escape (d.), to slip away (from), to avoid (d.); ~indən qurtarmaq: 1) (xilas olmaq) to save oneself (from), to rid* oneself (of); (qaçaraq) to flee* away (from); Heç kim onun əlindən qaçıb qurtara bilmədi Nobody could flee away from him / her; 2) (xilas etmək) to save (d. from); Siz onu ölümün əlindən qurtardınız You saved him / her from death; 3) (azad etmək) to deliver (d. from); ~indən zara gəlmək to be* bored to death (with), to be* bothered (with), to be* sick (of + ger.); Əlindən bir iş gəlməyən (adam) çox danışan olar at. söz. ≅ Great talkers are little doers; ~indən gələni etmək to do* one’s best; Mən əlimdən gələni edəcəyəm I’ll do my best; ~indən tutmaq: 1) (müst. məna) to take* smb. by the hand, to take* smb.’s hand; (bir-birinin) to join hands; 2) (kömək etmək) to lend* a helping hand (i.), to lend* a hand (i.); Ona bir adam lazımdır ki, qocalanda əlindən tutsun He / She must have somebody who will lend him / her a helping hand when he / she grows old; ~indən hər iş gəlmək to be* a good hand in / at everything; to be* Jack of all trades idiom.: Onun əlindən hər iş gəlir He / She is a good hand in everything; ~indən çıxmaq: 1) (saxlaya bilməmək) to let* (d.) go / slip; İpin ucu qızın əlindən çıxdı The girl let the end of the rope slip; 2) (imkan, fürsət və s.) to miss (d.), to lose* (d.); ~indən xata çıxmaq (xüs. cinayət xarakterli) to commit a crime, to perpetrate a delinquency / blunder; öz ~inə almaq to take* (d.) into one’s own hands; ~inə vermək to hand (d. to); to hand out (d.); ~inə düşmək to fall* into smb.’s hands; ~ini ağdan qaraya vurmamaq to do* nothing, to idle (about); O bütün günü əlini ağdan qaraya vurmur He / She does nothing all day long; ~ini üzmək to give* up as lost / hopeless (d.), to give* up as a bad job d.d.; ~ini çəkmək to remove one’s hand; Əlinizi Qarabağdan çəkin! Hands off from Garabagh! ~ləri qızıl(dan) olmaq to have* a pair of clever hands; to be* a good master of one’s craft; Onun əlləri qızıldır He / She has a pair of clever hands; ◊ ~(lər)ini ölçmək togesticulate; 2. (bəzi heyvanlarda qabaq ayaq) hand, forefoot, foreleg; paw, ped; 3. (dəfə) time; bir ~ once; iki ~ twice, two times; üç ~ thrice, three times; 4. (oyunda növbə) turn; İndi əl mənimdir Now it is my turn; 5. (tərəf, yan) hand, hand side; sağ ~də at the right hand, on the right-hand side; sol ~də at the left hand, on the left-hand side
II. s. hand; manual; ~ yükü / baqajı hand luggage; ~ ağacı walking stick; cane; ~ arabası handcart; wheelbarrow; truck; ~ qumbarası handgrenade; ~ əməyi manual labour; ~ işi: 1) handwork, handicraft; 2) (tikmə, hörmə) needlework, fancy-work; ~ yaylığı handkerchief; ~ mişarı hand-saw; ~ topu handball; ~ çamadanı hand-bag; ~ heyvanı tame animal; ~ tormozu hand-brake