Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Honlama
Honalama incə mexaniki emal üsullarına id olub geniş materiall spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsu və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2-4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticədinfə formalaşır. Poladların və çüqünların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışıqından (10 %—20 %) istifadə edilir.
Avtomatik bloklama
Avtomatik bloklama — qəzanın qarşısını almaq üçün obyektin iş rejiminin avtomatik dəyişdirilməsi; maşın, aparat və cihazların işini idarə edən zaman səhvə yol verməyən avtomatik quruluşlar məcmusu. Məsələn, avtomat dəzgah xəttində dəzgahlardan biri dayandıqda və ya onun iş rejimi pozulduqda avtomatik bloklama bütün xətti dayandırır. Avtomatik bloklama dəmiryol stansiyaları arasında qatarın hərəkətini avtomatik tənzimləyir. Avtomatik bloklamada stansiyalararası məsafə 1,000–3,000 metrlik blok-sahələrə bölünür və eyni istiqamətdə gedən qatarlar arasında minimal intervallar saxlanılır. Qatar blok-sahəyə daxil olduqda işıqforun yaşıl işığı avtomatik olaraq qadağanedici (qırmızı) işıqla əvəz edilir. Eyni zamanda arxa blok-sahədəki işıqda arxadan gələn qatarın sürücüsünü xəbərdar edən sarı işıq yanır. Hərəkət edən qatar ilə işıqfor arasında əlaqə rels elektrik dövrəsi (relslərdən keçən elektrik cərəyanı) ilə yaradılır. Azərbaycanda dəmiryol şəbəkəsində və Bakı metropolitenində avtomatik bloklama geniş tətbiq olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Герман Л.А., Калинин А.Л. Электроснабжение автоблокировки и электрической централизации. М., Транспорт, 1974 год, 168 страниц.