Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buduqlar
Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar) ,— Ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib.
Buduqlular

Bulaqlar
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Buldoqlar
Buldoqlar (ing. bul – öküz və dog –it) — qısatüklü it cinsləri qrupu. == Tarixi == Əcdadları molos doqları – qədim döyüş itləri hesab olunur. == Növləri == === İngilis buldoqu === Buldoqlar üçün seleksiya yolu ilə möhkəmləndirilmiş sifətin xüsusi quruluşu səciyyəvidir: qısa üst və yuxarı əyilmiş alt çənə, geniş girdə çənəaltı. Buldoqların vətəni Böyük Britaniyadır; burada onlardan it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi. 1835-ci ildə bu tamaşalar qadağan edildiyindən, Buldoqları qiymətləndirənlər ekstremal spesifik əlamətlərə (iri bədən quruluşu, enli sifətli böyük baş və s.) malik itlərin yetişdirilməsi ilə məşğul olmuşlar. İngilis buldoqu cinsi belə formalaşmışdır. Standartı 1875-ci ildə qəbul edilmişdir. Ortaölçülü, irisümüklü itdir. Cidov hündürlüyü 38–40 sm, kütləsi 23– 25 kq-dır.
Buqunlar
Buqunlar - həmçinin kxovalar - şərqi Hindistanda xalq. Buqunların əsas hissəsi Arunaçal-Pradeş ştatının Qərbi Kamenq dairəsində yaşayır. Onlar Rupa çayının hər iki sahilində yerləşən Vanqxu, Dikxiyanq, Biçom, Ramu, Lali, Situ, Saçida, Liçini, Ditçinq, Manqolam, Sinqçunq, Namfri və Kaspi kəndlərində kompakt şəkildə məskunlaşmışlar. Buqunların ümumi sayı 900 nəfərdir.. Buqun dili Tibet-birma dil ailəsinə aiddir. Buqunlar arasında animistik dini inamlar və həmçinin Tibet buddizmi dini yayılmışdır.
Butunqlar
Butunqlar (butonlar) — İndoneziyada (Butunq, Muna və digər adalarda) xalq. == Təsviri == Sayları 150 min nəfərdir (1995). Avstrasiya dil ailəsinin Qərbi Avstroneziya qrupuna aid dillərdə və dialektlərdə danışırlar: butunq, yaxud volio, sia-sia, tukanqbesi və s. Həmçinin İndoneziya, bugi, makasar dilləri yayılmışdır. Qonşu Vovoni, Tukanqbesi, Muna adalarının əhalisi ilə birlikdə bunqkular, morilər və lalakilərə qohum olan mədəni-dil birliyini təşkil edirlər. Dindarları müsəlmandır, Butunqların layololar subetnik qrupunda xristianlar da var. == Tarixi == Butunqlar dənizçi və tacir olmuşlar, 19–20-ci əsrlərdə muzdla və mövsümi iş yayılmışdır. Şərqi İndoneziyada, xüsusilə Molukk adalarında geniş şəkildə məskunlaşmışlar. Qohum xalqlar və Sulavesinin cənub-şərqindəki bəzi sahilboyu rayonların əhalisi ilə birlikdə 17–20-ci əsrlərdə Butunq sultanlığının tərkibində olmuşlar. Ənənəvi məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, quru dərələrdə yetişdirilən çəltik, darı, batat, kokos palması).
Qumuqlar
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Ural-Altay dillərinin türk dili qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Buduqlu
Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar) ,— Ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Gümüşü buludlar
Gümüşü buludlar-Seraski 1885-ci il == İlk müşahidə == 1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür. == Gümüşü buludlar == Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir.Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir. Bu fikir gümüşü buludların məhz günəşin üzərində ləkələr əmələ gəldikdə baş verməsi ilə əlaqələndirilirdi.
Sədəfi buludlar
Sədəfi buludlar, Perlamutr buludları - Stratosferdə 20-26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Vaqif Buduqlu
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi. == Həyatı == Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 == Əsas elmi nailiyyətləri == Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
Buludlar (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Qara buludlar (mahnı)
Qara buludlar — azərbaycanlı müğənni L-Mirin ifa etdiyi mahnısıdır. Sinql 5 fevral 2014-cü il tarixində buraxılmışdır. == Mahnı haqqında == Sözləri Elmir Məhərrəmova, musiqisi isə Fərid İsmayılova məxsusdur. Rejissor Emil Quliyev tərəfindən mahnıya klip çəkilmişdir.
Vaqif Buduqlu-Piriyev
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi. == Həyatı == Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 == Əsas elmi nailiyyətləri == Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
Buduq və buduqlular (kitab)
Buduq və buduqlular — tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyevin Buduq və buduqlular haqqında yazdığı kitab. 1994-cü ildə "Tural" kooperativinin sədri Mirxudam (Xudu) Mirbalaş oğlu Bəhrəmovun vəsaiti hesabına Bakıda "Sabah" nəşriyyatında çap olunmuşdur. Kitabın redaktorları t.e.n. Aydın Səlimzadə və h.e.n. Zavər Qafarovdur. 140 səhifədən ibarətdir. Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri – Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar öz əksini tapmışdır. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bu günü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı və ibrətamiz söhbətlər, rəvayətlər verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Rəqəmsal hüquqlar
Rəqəmsal hüquqlar termini fərdlərin rəqəmsal mediada kompüterlər və digər elektron cihazlar və ya rabitə şəbəkələri vasitəsilə məlumat əldə etmək, yaratmaq və dərc etmək azadlığını ifadə edir. Termin, xüsusən də İnternet kontekstində şəxsi toxunulmazlıq və ifadə azadlığı kimi mövcud hüquqların müdafiəsi və həyata keçirilməsinə aiddir.
Yeni hüdudlar
Yeni hüdudlar — Günəş sisteminin planetləri olan Yupiter, Venera və cırtdan planet olan Plutonu tədqiq etmək məqsədi ilə NASA tərəfindən aparılan kosmik kəşfiyyat missiyaları seriyasından biridir. == İstinadlar == == Xarici keçidlər == "NASA to Launch New Science Mission to Asteroid in 2016". Retrieved 25 May 2011. NASA/JPL Near-Earth Object Program Office. 21 July 2015. Archived from the original Lunar Geophysical Network (LGN). Planetary Science Decadal Survey – Mission Concept Study Final Report, 2011.
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Hüquqlar haqqında Bill
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altinda 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Mülki Hüquqlar Qanunu
1964-cü il Mülki Hüquqlar Qanunu (ing: The Civil Rights Act of 1964) ABŞ-də məktəblərdə, ictimai yerlərdə, işəgötürmədə qaradərililərə qarşı mənfi ayrı-seçkiliyi qadağan edən əlamətdar bir qanun idi. ABŞ-nin o zamankı Prezidenti Lyndon Johnson tərəfindən 2 iyul 1964-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunla, irqçi ayrı-seçkilik qanunsuz edildi. Qanun layihəsi 1963-cü ildə ABŞ Prezidenti John F. Kennedy tərəfindən hazırlanmışdır; lakin Kennedy məruz qaldığı sui-qəsd nəticəsində öldüyünə görə, qanunun qəbul edildiyini görə bilməmişdir. Qanunu imzalayan prezident Lyndon Johnson idi. Şübhəsiz ki, bu qanunun qəbul edilməsində və bu hüquqların əldə edilməsində ən böyük paylardan biri Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqə məxsusdur. Kinqin 28 mart 1963-cü il tarixində təşkil etdiyi Washingtona İş və Azadlıq Uğrunda Yürüş etirazında etdiyi bir xəyal qurdum nitqi böyük bir təsir bağışlamış və tarixin ən əhəmiyyətli çıxışlarından biri olmuşdur. Bu gün qara-ağ ayrı-seçkiliyi ABŞ-də qanuni səviyyədə mövcud deyil, lakin bəzi radikal qrupların irqçi hərəkatları və davranışları hələ də mövcuddur. 2008-ci ildə ABŞ-nin prezidenti seçilən Barak Hüseyn Obama bu vəzifəni tutan ilk Zənci oldu. Obamaya qarşı da bəzi irqçi reaksiyalar var idi; lakin bu reaksiyalar çox aşağı nisbətdə qalmışdı.
Hüquqlar haqqında Bill (ABŞ)
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altinda 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Mülki və siyasi hüquqlar
Mülki və siyasi hüquqlar — fərdlərin azadlığını hökumətlərin, ictimai təşkilatların və fərdi şəxslərin müdaxiləsindən qoruyan hüquqlar. Bu hüquqlar hər bir şəxsin heç bir diskriminasiya və siyasi repressiyaya məruz qalmadan cəmiyyətin və dövlətin ictimai və siyasi həyatında iştirak etməsinə təminat verir.
Buşaki siyasi hüquqlar üçün petisiya
Buşakinin siyasi hüquqları üçün petisiya, Petiton No. 30 adlanır, Məhəmməd Səghir Buşakinin 1919-cu ildə Əlcəzairdə keçirilən bələdiyyə seçkilərindən sonra Fransa Əlcəzairindəki əlcəzairlilərin siyasi hüquqlarını tələb etdiyi ilk petisiya idi. == Tarix == On minlərlə Əlcəzair əsgərinin Fransada Birinci Dünya Müharibəsi zamanı döyüşlərdə iştirakı və İmperator Alman Ordusu üzərində qələbəyə qəti şəkildə müdaxilə etmələri Əlcəzairə qayıtdıqdan sonra onlara mükafatlar qazandırdı.Məhz bu yolla Jonnart Qanunu veteranlara və əlil yerlilərə müstəmləkə idarəçiliyində funksiyalara qoşulmağa və Indigenat kodu çərçivəsində assimilyasiya əlaməti olaraq şəhərlərdə və kəndlərdə daşınmaz əmlak əldə etməyə icazə verdi.4 fevral 1919-cu ildə qanunun təsdiqindən sonra gələn müddəalar, yerli Əlcəzairlilərə inzibati peşə iyerarxiyasında müvafiq məhdudiyyətlərlə icazə verilən ticarətləri göstərən hüquqi mətnlər hazırlamağa imkan verdi.Lakin 1919-cu il bələdiyyə seçkiləri yerli əhalinin siyasi təmsilçiliyinin bələdiyyələrdə haqlı olaraq genişlənməsinə şərait yaratdı və bununla da siyasi və ittifaq azadlıqlarına yeni ehtiyac yarandı.Həqiqətən də, Əlcəzairdəki baş məclis üzvü Xalid ibn Haşim, eləcə də seçilmiş yerlilərin nümayəndəsi kimi bələdiyyə məclisinin üzvü Məhəmməd Səghir Buşaki kommunalardan tutmuş Fransa Senatına qədər və hətta indiyə qədər Fransa institutları vasitəsilə etiraz aksiyasını mayalandırmağa və təşviq etməyə başladılar. ABŞ prezidenti Vudro Vilsona (1856-1924) yazdığı məktub kimi. == Müraciət == Birinci Dünya Müharibəsindən sonra yerli Əlcəzairlilərin siyasi hüquqları tələbi Fransa Senatına 18 iyul 1920-ci il tarixli rəsmi müraciətin yazılması ilə konkretləşdi.Bu etiraz sənədi Əmir Xaliddən ilhamlanmış və tam xidmət göstərən Thénia (keçmiş Menervil) bələdiyyəsində seçilmiş Məhəmməd Səghir Buşakinin rəhbərlik etdiyi və təmsil etdiyi bir çox bələdiyyə məclis üzvləri tərəfindən konkretləşdirilmişdir. Senatın katibliyi Əlcəzairin yerli bələdiyyə məclis üzvlərinin Indigenat məcəlləsinin yeni müddəalarına qarşı Senat qarşısında hörmətli etirazına etiraz edərək bu sənədi “30 saylı ərizə” adı altında qeydə aldı. Həqiqətən də, Fransa hökumətinin xidmətləri tərəfindən Əlcəzairdə yerli status rejiminin qaydalarına dəyişiklik edilməsi və Əlcəzairin yerli əhalisinin siyasi hüquqlara qoşulması ilə bağlı qanun layihəsi parlamentin yuxarı palatasında müzakirəyə çıxarılmışdı. == Senat müzakirəsi == Məhz senator Çarlz Kadilhon (1876-1940) Fransa Senatı tərəfindən məzmun iddiaları ilə bağlı digər senatorların müzakirələri və debatları haqqında məlumat vermək üçün təyin edilmiş və 1921-ci il mayın 19-da keçirilən iclasda təyin edilmişdi.Landesdən olan bu senator daha sonra öz hesabatında qeyd etdi ki, petisiyanın aid olduğu İndigenat məcəlləsində dəyişiklik edən qanun layihəsi həqiqətən də Fransanın iki parlament assambleyası tərəfindən qəbul edilmiş və təsdiq edilmişdir.Həqiqətən də, hökumət layihəsi deputatlar və senatorlar tərəfindən səs çoxluğu ilə qəbul edildikdən sonra 4 avqust 1920-ci il tarixli qanuna çevrildi (Fransızca: Loi du 4 août 1920) və bu qanun daha sonra Journal officiel de la République-də qəti şəkildə dərc edildikdən sonra dərc olundu. française 6 avqust 1920-ci ildə, səhifə 11287-dən başlayaraq.“30 saylı petisiya” üzrə senator müzakirəsinin yekununda məruzəçi Çarlz Kadilyonun sədrlik etdiyi komitə, nəhayət, yerli əhali üçün genişləndirilmiş siyasi hüquqlarla bağlı gündəliyi mənfi elan etdi və imtina və rədd cavabı reyestrlərə daxil edildi Senatın. == Biblioqrafiya == Ərizələr // Senat: 18 iyul 1920-ci il iclası.
Mülki və Siyasi Hüquqlar Haqqında Pakt
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) — Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən çoxtərəfli beynəlxalq müqavilə. Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş və Paktın 49-cu maddəsinə uyğun olaraq 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 49-cu maddəyə görə, Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir. Bu Paktda iştirak edən bütün dövlətlər şəxslərin yaşamaq hüququ, din azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla, mülki və siyasi hüquqlarına hörmət etməlidirlər. 2017-ci ilin avqust ayına görə, Paktın 172 iştirakçı dövləti və altı imzalayan, lakin hələ ratifikasiya etməmiş üzv dövləti var.MSHBP İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) və Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) ilə birlikdə İnsan hüquqları haqqında Beynəlxalq Billin tərkib hissəsini təşkil edir.Paktın tətbiqinə BMT-nin İnsan hüquqları Komitəsi (Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasından ayrıca orqandır) tərəfindən nəzarət edilir. Həmin Komitə dövlətlərdən hüquqların necə tətbiq olunması barədə fəaliyyətləri ilə bağlı müntəzəm olaraq hesabatlar alır. Dövlətlər əvvəlcə Pakta qoşulduqdan bir il sonra, daha sonra isə Komitə müraciət etdikdə (adətən hər dörd ildə bir) məruzə verməlidirlər. Komitənin iclasları ildə üç dəfə, əsasən Cenevrədə keçirilir. == Tarixi == MSHBP, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin formalaşmasına gətirib çıxaran eyni proseslərdən qaynaqlanır. Birləşmiş Millətlər Təşkilatının qurulmasına gətirib çıxaran 1945-ci il San-Fransisko Konfransında "İnsanın əsas hüquqları haqqında Bəyannamə" təklif edilmiş və İqtisadi və Sosial Şuraya onu tərtib etmək tapşırığı verilmişdi.