Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Chicago Bulls
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. == Tarixi == Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Çikaqo Bullz
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. == Tarixi == Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Red Bull
Red Bull — enerji bərpa edici alkoqolsuz içki. Red Bull GmbH şirkəti tərəfindən istehsal olunur. 140-dan çox ölkədə təqdim olunur. 2019-cu il Red Bull 7,5 qutu satışı ilə enerji içkiləri arasında ən yüksək bazar payına sahib olmuşdur. == Tarixi == Red Bull Tailandda istehsal olunan Krating Daeng (hərfi tərcümədə qırmızı öküz mənasına gəlir) adlı enerji içkisindən ilham alınaraq meydana gəlmişdir. Red Bull Energy Drink-əsası ilk dəfə olaraq avstriyalı işbazlar Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qurulmuşdur. Onların hər biri $500,000 investisiya ayırmaqla yeni yaranmış şirkətə 49 % mənfəət əldə etdilər. Qalan 2 % mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürüldü. Və beləliklə məhsul 1987-ci ildə qazlı içki görünüşündə ilk dəfə olaraq bazara çıxarıldı.
Billy Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Billy Ray Cyrus
Billi Rey Sayrus — (ing. Billy Ray Cyrus; d. 25 avqust 1961, Kentukki, ABŞ), Amerikalı aktyor və müğənni. Bu ana qədər 29 single albomu vardır. Bu albomlardan 15 dünya sıralamasında ilk 40-a girmişdir. Sayrus televiziya seriallarına 2001-ci ildə Doc serialıyla çıxmışdır və bu filmdə 2004-cü ilə qədər rol almışdır. Billi Rey Sayrus, qızı Mayli Sayrus ilə Hanna Montana seçmələrinə qatılmışdır. Orada Robbie Ray Steward rolunu almışdır. Mayli Sayrus'un bir çox mahnısını yazmış və bəstələmişdir. Serialda Miley Stewart'ın atası Robbie Ray Stewart olaraq oynamışdır.
Billy the kid
Billy the Kid - (azərb. Uşaq Billi‎) XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Qızıl bulla (1356)
1356-cı il Qızıl Bullası (çex. Zlatá bula, alm. Goldene Bulle‎, Almanca tələffüz: [ˈɡɔldənə ˈbʊlə] ( dinlə), lat. Bulla Aurea, it. Bolla d'oro) Nürnberqdə və Mets şəhərlərində İmperator IV Karlın başçılıq etdiyi Reyxstaq tərəfindən verilmiş bir fərman idi. Bu fərman 400 ildən artıq bir müddət ərzində Müqəddəs Roma İmperiyasının qanunlarının mühüm aspektlərini müəyyənləşdirdi. O, fərmana vurulmuş daşıdığı qızıl möhürə görə Qızıl Bulla adlandırılmışdır. Qızıl Bulla 2013-cü ildə UNESCO Dünyanın xatirəsi proqramına daxil edilmişdir. == Seçki islahatı == Müqəddəs Roma İmperiyasının baş ruhani və dünyəvi knyazları tərəfindən Romalıların Kralının seçilməsi adəti çoxdan oturuşmuş tətbiq olsa da, proses və papanın iştirakı ilə bağlı fikir ayrılıqları dəfələrlə mübahisələrlə nəticələnirdi. Məsələn, 1314-cü ildə IV Lüdviq 1330-cu ilədək Gözəl Fridrixlə birlikdə əks kürfürst qrupları tərəfindən seçilmişdi.
Red Bull GmbH
Red Bull GmbH (azərb. Red Bull‎) — Energetik içkilər istehsal edən Avstriya kompaniyası . Bunlardan dünyada ən məşhur olanı eyni adlı Red Bulldur. Red Bull GmbH bir çox idman yarışlarının təşkilatçısı və sponsoru kimi tanınmışdır. Daha çox avtoidman, velosiped idmanı, snoubordinq, motosiklet idmanı, BMX və s. ekstrim idman növləri Red Bullun maliyyə dəstəyi ilə hayata keçirilir. == Şirkətin tarixi == Uzaq Şərqdə ezamiyyətdə olan Ditrix Mateşiç yetərincə populyar olan energetik içkilərlə maraqlanmışdır. Tezliklə o Taylandın Krating Daeng (Qırmızı öküz) energetik içkisinin lisenziyasını və Taisho Pharmaceuticals (Yaponiya) firmasının reseptinin istifadəsi razılığını almışdır. 1984-cü ildə Ditrix Avstriyanın Fuşl-am-See şəhərində Red Bull GmbH şirkətini qurmuşdur. O, Red Bull Enerji İçkisinin Fromulasında əsasən kofein və taurinə üstünlük vermiş , şəkərin miqdardarını azaltmışdır.
Red Bull Zalsburq
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
Red Bull BC One
Red Bull BC One hər il keçirilən beynəlxalq B-boy yarışmadır. Red Bull enerji içki şirkəti tərəfindən təşkil edilir. Battle-lar fərdi şəkildə keçirilir. Turnir 16 b-boy arasında play-off sistemi ile keçirilir. Battle-lın qalibı 5 judge(hakim) tərifindən seçilir.Yalnız 2007 və 2011-ci illərdə 16 b-boy regional turnir ilə seçildi. Eventlər hər il ayrı-ayrı ölkə və şəhərlərdə keçirilib. 2004-cü ildə event Bildə, İsveçrə, 2005-də Berlində, Almaniya, 2006-da San Pauloda, Braziliya, 2007-də Yohannesburgda, CAR, 2008-də Parisdə, Fransa, 2009da New Yorkda, ABŞ, 2010-da Tokioda, Yaponiya, 2011-də Moskvada, Rusiya. 2012-ci ildə turnirin Rio de Janeiroda, Braziliya keçirilməsi planlaşdırılır. 2007-ci ildə Alastair Siddon rejissorluğu ilə Red Bull BC One 2007 haqqında "Turn it Loose" adlı film cəkilmişdir. == 2012 == Red Bull BC One Rio de Janeiro, Braziliyada keçiriləcək.
Red Bull Zalsburq FK
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
Red Bull (Formula 1 komandası)
Red Bull (Formula 1 komandası) —"Formula 1" çempionatına qatılan Avstriya yarış komandası. 2010, 2011, 2012, 2013-cü ildə konstruktorlar kubokunun sahibidir. Red Bull enerji içkilərinin başçısı Dietrich Mateschitz tərəfindən qurulub. Komandanın bazası Böyük Britaniyanın Milton Keynes şəhərində yerləşir, lakin komanda Avstriya lisenziyası altında fəaliyyət göstərir. Komandaya pilotların sıralamasında iki qələbə qazanan Arden International komandasının sahibi Xristian Horner liderlik edir. == 2005 == Red Bull-Dietrich Mateschitz'in sahibi, ilk Formula 1 pilotu və BMW Motorsport başçısı (avstriyalı həmyerlisi kimi) Gerhard Berger'i ilk mövsümdə komandaya idarə etmək üçün işə götürmək istəyirdi.Amma sonda onlar razılığa gəlmədilər. 2005-ci ildə şassi Red Bull RB1 adlandırılmışdır. Red Bull Racing, Cosworth motorlarını istifadə etdi, çünki əvvəlki Jaguar Racing komandasının mühərriklərini istifadə etmək asan oldu.McLaren'in keçmiş pilotu David Coulthard komandanın əsas ümididir. Coulthard yeni komanda üçün lazım olan təcrübələrdən ötrü seçildi, əlavə olaraq, əvvəlcədən mövsüm testlərində Coulthard, tanış olmayan bir avtomobildə, gənc komanda yoldaşlarından fərqlənirdi. İkinci Red Bull avtomobili dəstək proqramının iki pilotu arasında ayrıldı: 2004-cü ildə Jaguarın sürücüsü olan Christian Facka və Beynəlxalq Formula 3000-in 2004 mövsümünün çempionu Vitantonio Liuzzi.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır.Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Aloe ballyi
Aloe ballyi (lat. Aloe ballyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Amblyseius bulga
Amblyseius bulga (lat. Amblyseius bulga) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Ballı ayran
Ballı ayran - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Ayran- 1 litr və ya qatıq – 600 ml, su - 400 ml, bal - 100 q. == Hazırlanma qaydası == Ayrana bal əlavə edilir, qarışdırlır, soyudulur və süfrəyə verilir. Qatıqdan hazırladıqda, üzərinə qaynadılıb soyudulmuş su tökülr, bircinsli maye alınana qədər qarışdırılır (bəzən çalınır və üzərinə bal əlavə edilib soyudulir).
Ballı evkalipt
Eucalyptus melliodora (lat. Eucalyptus melliodora) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir. == Ekologiyası == Əsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir.
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. == Haqqında == Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. == Ədəbiyyat == Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Banksia bella
Dryandra pulchella (lat. Dryandra pulchella) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludluluq hava və iqlimi xarakterizə edən əsas amillərdən biridir.
Büella
Büella (fr. Buellas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Virya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01065. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1669 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1104 nəfərdən (15-64 yaş) 816 nəfəri İqtisadi cəhətdən fəal, 288 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 76.2%). Fəal 816 sakindən 775 nəfər (395 kişi və 380 qadın), 41 nəfəri işsiz (26 kişi və 15 qadın) idi. 288 hərəkətsiz 107 nəfər arasında şagird və ya tələbə, 140 nəfər təqaüdçü, 41 digər səbəblərə görə hərəkətsizdir.