Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buzdağı
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari.Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir.
Aleç buzlağı
Aleç buzlağı (alm. Aletschgletscher‎ və ya alm. Grosser Aletschgletscher‎) - İsveçrədə Alp dağlarında ən uzun (26,8 km) və sahəsi ən böyük (169 km²-ə yaxın) buzlaq. Rona çayı dərəsinə doğru 1450 m yüksəkliyə qədər enir.
Altimir buzlağı
Altimir buzlağı (bolq. ледник Алтимир, ‘Lednik Altimir’ \'led-nik al-ti-'mir\) — 4.8 km uzunluğu, 5.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimalda yerləşən buzlaqdır. Buzlaq Dalçev buxtasından şimalda, Studena burnundan şərqdə yerləşmişdir.Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Altimir şəhərinin adını daşıyır. == Yerləşməsi == Altimir buzlağı 64°35′50″ c. e. 63°09′00″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arapya buzlağı
Arapya buzlağı (bolq. ледник Арапя, ‘Lednik Arapya’ \'led-nik a-ra-'pya\) — 11.4 km uzunluğu və 5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Yanq buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq cənub-şərqi Bolqarıstanda yerləşən dənizsahili şəhər olan Arapyanın adını daşıyır. == Yerləşməsi == Arapya buzlağı 78°11′40″ c. e. 84°54′00″ q. u. koordinatlarında yerləşmişdir. Berns silsiləsindən qərbdə, Çapman zirvəsindən şərqdə, Beş dağından və Ellen buzlağından cənub-qərbdə yerləşmişdir.
Arçman bulağı
Austfonna buzlağı
Austfonna buzlağı (norv. Austfonna) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Buzlaq Norveç və Şpitsbergen arxipelaqının ən böyük, Avropanın ikinci (Şimal adasının buzlaq örtüyü), Dünyanın isə yeddinci ən böyük buzlağıdır. Buzlaq adanın şərqində yerləşir və 8 492 km² ərazini əhatə edir. Cənubdan onun davamını Syorfonna buzlağı təşkil edir. Şimal və şərq hissədən dənizə bir başa çıxış əldə edir. Burada aysberqlər əmələ gətirir. Mərkəzi hissədə hündürlüyü 600–720 metrdir. Buzlağın qalınlığı 560 metrdir. Qidalanma sərhədi 400–500 metrdən başlayır.
Baltoro buzlağı
Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir.Buzlağın uzunluğu 62 km, sahəsi 750 km²-dir. Baltoro buzlağının ümumi uzunluğu Cənubi Qaşerbrum axını ilə birgə hesablanır. Bu axın Qaşerbrum IV (7932) və Qaşerbrum III (7946) zirvələri arasından, 7200 metr hündürlüyə malik yayladan başlayır. Qaşerbrum IV massıvini cənubdan yvarlaqlaşdıraraq Baltoro şimaldan növbəti sağ axını olan Qodvin-Osteni qəbul edir (ing. Godwin Austen). Qodvin-Osten öz başlanğıcını dünyanın ikinci ən hündür zirvəsi olan K2-nin şərq yamaclarında yerləşən sirkdən alır.
Birdmor buzlağı
Birdmor buzlağı, (ing. Beardmore Glacier) Antarktidada yerləşən bir buz kütləsidir. Vilyam Birdmorun şərəfinə Birdmor buzlağı adnlandırılıb. == Coğrafiyası == Lambert buzlağından sonra, uzunluğu 160 km-dən çox olan və 30 km-ə çatan genişliyi ilə dünyanın ən böyük buzlaqlarından biridir. Transantarktika dağlarından başlayaraq, Şekliton sahili üzərindən Ross buz sahəsinə qədər uzanır. Buzlaq bir "U" şəkilli vadidə yerləşir. == Kəşfi == Birdmor buzlağı, 1908-ci ildə Ernest Şeklton tərəfindən, ikinci Antarktida elmi gəzintisində aşkar edilir. Buzlaq adını, Şelkton səfərinin bir sponsoru olan Vilyam Birdmorun adından alır. Birdmor buzlağı, Ross buz sahəsindən çıxaraq Transantarktika dağları üzərindən daha doğrusu arasından, Cənub Qütbünə gedən dəhliz rolunu oynayır. Bu dəhlizin sayəsində Cənub Qütbünə çatmaq mümkündü.
Blaqun buzlağı
Blaqun buzlağı (bolq. ледник Благун, ‘Lednik Blagun’ \'led-nik bla-'gun\) — 13 km uzunluğu, 2.3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Doliye buzlağından cənub-qərbdə, Peyna buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Blaqun şəhərinin adını daşıyır. == Yerləşməsi == Blaqun buzlağı 66°51′00″ c. e. 66°03′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory.
Brosvelbrin buzlağı
Brosvelbrin buzlağı (norv. Bråsvellbreen) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Syorfonna buzlağından cənubda yerləşir. Onun uzunluğu 45 km, eni 20 km, sahəsi 1160 km²-dir. Buzlaq Barens dənizinə 20–30 km məsafədə daxil olur.
Burdenis buzlağı
Burdenis buzlağı (bolq. ледник Бурденис, ‘Lednik Burdenis’ \'led-nik bur-'de-nis\) — 6 km uzunluğu və 1.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Delyo buzlağından şimalda, Gerila buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Qədim Roma şəhəri olan Burdenisin adını daşıyır. == Yerləşməsi == Burdenis buzlağı 78°14′00″ c. e. 86°03′00″ q. u. koordinatlarında yerləşmişdir. Viyets dağından şimalda, 4111 zirvəsindən cənub-şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Dabrava buzlağı
Dabrava buzlağı (bolq. ледник Дъбрава, ‘Lednik Dabrava’ \'led-nik d&-'bra-va\) — 14 km uzunluğu, 4.5 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Mörfi buzlağından cənub-qərbdə, Sölş buzlağından şimalda, Diili dağından qərbdə yerləşmişdir. Lallemand fyordundan şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi, şimali, cənub-qərbi Bolqarıstanda yerləşən Dabrava şəhərinin adını daşıyır. == Yerləşməsi == Dabrava buzlağı 66°58′30″ c. e. 66°28′00″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Delyo buzlağı
Delyo buzlağı (bolq. Дельов ледник, ‘Delyov Lednik’ \'de-lyov 'led-nik\) — 8 km uzunluğu və 2.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Rumyana buzlağından şimal-qərbdə, Burdenis buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq qadın üsyan lideri Delyo Voyvodanın (18-19-cu əsr) daşıyır. == Yerləşməsi == Delyo buzlağı 78°15′20″ c. e. 86°00′10″ q. u. koordinatlarında yerləşmişdir. Covinetto dağından şimalda, Viyets dağından şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Devdorak buzlağı
Devdorak buzlağı (gürc. დევდარაკი) — Böyük Qafqazda dərə tipli buzlaq. Buzlaq Kazbek dağının şimal-şərq yamacında, Hərbi-Gürcüstan yolu yaxınlığında yerləşir. Devdorak buzlağı Gürcüstanın Kazbek munisipalitetində, Rusiya sərhəddi yaxınlığındadır. Uzunluğu 7,2 km, eni 300 m, sahəsi isə 4,1 km²-dir. Buzlağın aşağı sərhəddi 2257 metr yüksəklikdə yerləşir. Aktiv buzlaqlardan biri hesab olunur və böyük uçqunları ilə tanınır. == Ümumi məlumat == Qafqaz dağlarında Devdorak buzlağı ölçüsünə görə bir çox buzlaqlardan geridə olsa da, Kazbek dağında olan buzlaqlardan ən böyüyü hesab olunur. Buzlağın mənbəyi firn sahəsidir. Bu sahə zirvənin şimalında yerləşir.
Doliye buzlağı
Doliye buzlağı (bolq. ледник Долие, ‘Lednik Dolie’ \'led-nik do-'li-e\) — 9.5 km uzunluğu, 2.4 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq MakKanse buzlağından cənub-qərbdə, Blaqun buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Liebiq zirvəsindən şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Doliye şəhərinin adını daşıyır. == Yerləşməsi == Doliye buzlağı 66°48′10″ c. e. 65°58′40″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Dıxsu buzlağı
Dıxtau (rus. Дыхтау, qaraç.-balk. Дых тау – türkcə "dik dağ" sözündən götürülüb, kələ-kötür dağ deməkdir) — Rusiyada, Kabarda-Balkar Respublikasında, Böyük Qafqazın mәrkәzi hissәsindә yerləşən Elbrusdan sonra әn yüksәk zirvә. Hündürlüyü 5204 metrdir. Kristallik süxurlardan ibarәtdir. Şərq yamacından mürәkkәb Dıxsu dәrә buzlağı (sahәsinә görә Qafqazda Bezengi buzlağından sonra ikinci) enir. == Dırmanış və fəth == Dıxtauya ən yaxşı şəkildə şimaldan (Rusiya) daxil olmaq olar. Bezingi alpinist düşərgəsi 2,180 metr (7,150 ft) hündürlükdə yerləşir.Zirvə ilk dəfə 1888-ci ildə Albert Mammeri və Henrix Zurfluh tərəfindən fəth edilmişdir.Kiril əlifbası ilə yazılmış müxtəlif sovet hərbi xəritələrini internetdə tapmaq olar və bu xəritələrdən ikisi Dıxtau ərazisini əhatə edir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Edgeyoyukulen buzlağı
Edgeyoyukulen buzlağı (norv. Edgeøyjøkulen) — Şpitsbergen arxipelaqına daxil olan Edj adasında yerləşən buzlaq. Onun sahəsi 1 365 km²-dir. Bu isə ada ərazisinin 3-də bir hissəsini təşkil edir. Buzlağın qalınlığı 250 metrdir.
Ellen buzlağı
Ellen buzlağı — Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Anderson dağı, 4111 zirvəsinin şərq yamacını əmələ gətirir. Sentinel dağlarının mərkəzində yerləşmişdir.Buzlağın ilk xəritəsi Amerika Birləşmiş Ştatların Geoloji xəritəsində tərtib edilmişdir. Hərbi dəniz qüvvələrinin 1957-59-cu illərdə havada çəkdikləri fotolar ABŞ Podpolkovniki Çiçeron C. Ellen tərəfindən Antarktida Adları Məşvərət Komitəsinə təqdim olunmuşdur. Buzlaq da hava əməliyyatlarının bir çoxunda komandada olan, Cənub Qütbü Stansiyanın hərbi hava qüvvələrinin Ellenin adını daşıyır. == Yerləşməsi == Ellen buzlağı 78°13′ c. e. 84°30′ q. u. koordinatlarında yerləşmişdir.
Embree buzlağı
Embree buzlağı — 20 mil uzunluğu olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Heyl dağı, Devis dağı, Bentli dağının şərq yamacını, Anderson dağının şimal-şərq yamacını, Probuda silsiləsinin şimal-qərb yamacını əmələ gətirir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq 1956-cı ildə Cənub Qütbü Stansiyasının yaradılması haqqında ortaq olan General-mayor Henri Embreenin adını daşıyır. == Yerləşməsi == Embree buzlağı 77°59′00″ c. e. 85°10′00″ q. u. koordinatlarında yerləşmişdir. Şmid dağından şimalda, Teqqe dağından şərqdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. == Yerləşməsi == Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir. 4111 zirvəsindən şimal-şərqdə, Anderson dağından cənub-şərqdə, Eyer zirvəsindən və Ellen buzlağından şimal-şərqdə yerləşmişdir.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir. 4111 zirvəsindən şimalda, Delyo buzlağı və Burdenis buzlağından şimal-şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Hinlopenbrin buzlağı
Hinlopenbrin buzlağı (norv. Hinlopenbreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın şərqində yerləşir. Onun sahəsi 1 250 km²-dir. Uzunluğu isə 70 km-dir.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.