Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zoğallıq
Zoğallıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.Əhalisi 480 nəfərdir ki onunda 254 nəfəri kişi, 226 nəfəri qadındır.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Çaqqallıq təpələri
Çaqqallıq təpələri — Azərbaycan Respublikası Şabran rayonunun Aygünlü kəndindən 0,5 km. cənub-qərbdə, Samur-Abşeron kanalının hər iki sahilində Erkən tunc dövrünə aid yaşayış yeri. İki təpədən ibarətdir. Hündürlüyü 12 metr, sahəsi 2300 kv. metr olan birinci təpə Samur-Abşeron kanalının inşası zamanı dağılmış, 3 metr qalınlığında mədəni təbəqə aşkar olunmuşdur. Hündürlüyü 6 metr, sahəsi 2600 kv. metr olan ikinci təpədə mədəni təbəqə (qalınlığı 2 metrə yaxın) müəyyənləşdirilmişdir. Çaqqallıq təpələri, əsasən, qara rəngli, üstü cilalı gil qab (cam, çəllək, vaza və s.) qırıqları, daş məmulatı, çəkiclər, gəzli balta, oraq dişi, dən daşları və s. tapılmışdır. Yaşayış yeri Erkən Tunc dövrü əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Çığalı (Məlikan)
Çığalı (fars. چغالو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (115 ailə).
Çaqqallıq təpələri yaşayış yeri