Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cənnətli
Cənnətli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Cahadlu formasında da qeyd edilir. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür.
Cəngəllik
Cəngəllik — sıx və keçilməz tropik və ya subtropik meşələr verilən ad. Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır. Yağıntının miqdarının çox olması cəngəlliyin flora və faunasının zəngin olmasına səbəb olur. Yer kürəsinidəki heyvan və bitki növlərinin 2/3-si cəngəlliklərin payına düşür. Ehtimal olunur ki, milyonlarla heyvan və bitki növləri hələ də öyrənilməyib. Cəngəllikləri bəzən "Yer kürəsinin ləl-cavahiratı", yaxud dərman ləvazimatlarının çox hissəsinin burada əldə olunmasına görə "Yer kürəsinin ən böyük apteki" adlandırırlar. == Tutduğu ərazilər == Ən böyük cəngəllik Amazon çayının hövzəsindədir. == Ümumi xarakteristikası == Cəngəllik üçün aşağıdakılar xarakterikdir: İlboyu bitkilərin kəsilməz şəkildə ; Floranın müxtəlifliyi və ikiləpəlilərin üstünlük təşkil etməsi; çiçəklərin, daha sonra isə meyvələrin bitkilərin gövdəsi və qalın budaqları üzərində əmələ gəlməsi.Cəngəllik müxtəlif filora və faunaya özünəməxsus xüsusiyyətə malik 4 səviyyəyə bölünmüşdür.
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Cəngəllik toyuqları
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Cənnətin uşaqları
"Cənnətin uşaqları" (fars. بچه‌های آسمان‎) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film. Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. == Məzmun == Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir.
Cənnətin buğası
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi == Həyatı == Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
1492: Cənnətin fəthi
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. == Süjet == Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır.
Cəngəllik kitabı (film, 1994)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1994-cü ildə Stiven Sommers tərəfindən çəkilən filmdir. Filmin distribütori "Buena Vista Pictures" kinokompaniyasıdır. Bu film ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. 1967-ci ildə çəkilən Cəngəllik kitabı cizgi filminin remeykidir. == Məzmunu == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cənnətin krallığı (film, 2005)
Cənnətin krallığı (ing. Kingdom of Heaven) — 2005-ci ildə çəkilən Amerika filmi, rejissor Ridli Skottun tarixi eposu. Film 1189-1192-ci illərin Üçüncü Səlib yürüşündən əvvəl sərbəst şəkildə təqdim olunmuş tarixi hadisələrə əsaslanır: Yerusəlim krallığı ilə Əyyubilər arasında müharibə və Səlahəddin tərəfindən Yerusəlimin fəthi (1187). == Süjet == Cənubi Fransa. 1184-cü il. Baron Qotfrid İbelinski bir kəndə gəlir, orada yaşayan dəmirçi Baliyanın oğlu vəfat etmiş və onun həyat yoldaşı intihar etmişdir. Qotfrid gəncliyini xatırlayır və Baliyana onun atası olduğunu söyləyir. Baliyanı Fransada daha heçnə saxlamadığını görən Qotfrid onu Yerusəlimə getməyə və həyata yenidən başlamağa dəvət edir. Baliyan təklifdən imtina edir. Axşam Baliyanın ögey qardaşı olan keşiş dəmirçixanaya gəlir və arvadının günahını yumaq üçün onu Müqəddəs Torpağa getməyə inandırmağa çalışır.
Cənnətin uşaqları (film, 1997)
"Cənnətin uşaqları" (fars. بچه‌های آسمان‎) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film. Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. == Məzmun == Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. == Tarixi == 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. == Coğrafiyası == Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
Cəngəllik kitabı (cizgi filmi, 1967)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1967-ci ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Volt Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi, 2003-cü ildə davamı olan "Cəngəllik kitabı 2" cizgi filmi çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
1492: Cənnətin fəthi (film, 1992)
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. == Süjet == Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır.
Cəngəllik kitabı 2 (cizgi filmi, 2003)
Cəngəllik kitabı 2 (ing. The Jungle Book 2) — 2003-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı 2 — Internet Movie Database saytında.