ə. 1) sakin, yaşayan; 2) sahib, malik; 3) sözəbaxan, deyilənə qulaq asan. Əhli-Allah dindar; əhli-beyt peyğəmbərin ailə üzvləri; nəsli; əhli-bəsirət zəkalı, gözüaçıq; əhli-cəhan dünyada yaşayanlar; əhli-cəhl cəhalətdə olan; nadanlar; əhli-cənnət cənnətdə olanlar, behişt əhli; cənnətlik; cənnətməkan; əhli-dərd dərd əhli; dərdli; əhli-didar ziyarət edən, görüşə gələn; əhli-dil cəsur, cəsarətli; əhli-din dindar, mömin; əhli-divan divan məmuru; əhli-dünya dünya əhalisi; əhli-elm elm adamı; alim; əhli-eşq aşiq; əhli-ədalət ədalətli; əhli-ədavət ədavət saxlayan; düşmən; əhli-əql ağıllı; əhli-əyal ailə üzvləri; ailə; əhli-fəsad fitnə-fəsad törədən; əhli-hal hal əhli, hal bilən; əhli-Həqq Allah tərəfdarı, haqq tərəfdarı; əhli-həya həyalı; əhli-hünər hünərli; əhli-xəta əlindən xata çıxa bilən; xatakar; əhli-xibrə ekspert; əhli-xirəd ağıllı; əhli-işrət bax əhli-kef; əhli-kef kef əhli; əhli-kəmal ağıllıkamallı; əhli-kitab yəhudilərə, xristianlara və müsəlmanlara verilən ümumi ad; əhli-qələm 1) savadlı, qələm əhli; 2) yazıçı, ədib; əhli-qərəz qərəzli, qərəzkar; əhli-qəryə kənd əhli; kəndli; əhli-qübur qəbiristan əhli; ölü(lər); əhli-məani bax əhli-mə’ni; əhli-məclis məclis əhli, iştirak edənlər; əhli-mə’ni mənanı əsas tutanlar; əhli-mə’rifət mərifətli; əhli-naz nazlı; əhli-neyrəng fırıldaqçı; əhli-nəzər dərindən düşünən; düşüncəli; əhli-riya riyakar; əhli-ruh ruhu olan, tez başa düşən; əhli-sevda sevən, aşiq; əhli-səlah başqasına yaxşılıq edən; əhli-səlam 1) salamat olan; 2) islamın asayişini qoruyan; əhli-sən’ət sənətkar; əhli-səvad savadlı, oxumuş; əhli-təqva dinə inanan; əhli-ürfan 1) ziyalı; 2) dini ehkamları öyrənən; əhli-vadiyə çöllü, çöl əhli; əhli-vəfa vəfalı; əhli-vəhdət Allahın birliyinə inanan; əhli-yəqin Allaha şəksiz etiqad edən; əhli-zəkat zəkat düşən, zəkat verilə biləcək adam; əhli-zələmə dövlət (xüsusilə polis, jandarm) məmuru; əhli-zərq 1) bax sufi; 2) m. riyakar, fırıldaqçı.