Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı) Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05–50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. Ovuc daşlayıcı Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Osman Pazarlama (film, 2016)