Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turdus cardis
Yapon qaratoyuğu (lat. Turdus cardis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Addis Ababa
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.