Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canbulaq (Bükan)
Canbulaq (fars. جانبلاغ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (37 ailə).
Canbulaq Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. == Döyüşlərdə iştirakı == Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
İsmayıl Canbulad
İsmayıl Canbulad (1880, Konstantinopol – 1926, İzmir) — Türk siyasətçi. == Həyatı == Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi. == Fəaliyyəti == 1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi.
Əşrəf Canbolat
Əl-Əşrəf Əbu əl-Nasir Canbolat (ərəb. الأشرف أبو النصر جانبلاط‎ 1455 – 1501) — 30 iyun 1500-cü ildən 25 yanvar 1501-ci ilədək hakimiyyətdə olmuş Misirin Məmlük sultanı.
Xanbulan
Xanbulan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == Oykonim ərazidəki eyniadlı çayın adından yaranmışdır. == Əhalisi == Əhalisi 1441 nəfərdir.
Xanbulaq
Xanbulaq (Gəncə) — İndiki Xoşbulaq Xanbulaq (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xanbulaq (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Yanbulaq
Yanbulaq (Miyanə)
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Canbuta
Canbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.
Taşbulat (Əbyəlil)
Taşbulat kəndi (başq. Ташбулат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Taşbulat kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 46 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. == Tanınmış şəxsləri == Zinnur Ahmadieviç Nurqalin — ədəbi tənqidçi, Başqırdıstab Elmlər Akademiyasının fəxri akademik (2002), filologiya elmləri doktoru (1984), professor (1985), BMSSR-in əməkdar elm xadimi (1978). Radik Safarqaleeviç Valmuhametov — rus müğənnisi, Başqıdıstanın xalq artisti (2003). Rinat Yumoroviç Ataullin — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2010). 1991-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Xanbulan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanbulaq (Ağsu)
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == Xanbulaq Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər. Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanbulaq (Biləsuvar)
Yanbulaq (fars. يان بلاغ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (21 ailə).
Yanbulaq (Miyanə)
Yanbulaq (fars. يان بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (90 ailə).