Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapsul
Kapsul (lat. capsula — qutu) — kiçik həcmli nəyinsə yerləşdiyi qab. Kapsul (dərman forması) Kapsul (bakterial) radiokapsul — insanın fizioloji xarakteristikasını əldə etmək üçün udduğu tibbi cihaz (temperatur, pH və s). Zaman kapsulu — tikintilərin bünövrəsinə qoyulan və ya arxivdə saxlanan gələcəyə məktub.
Caffal (Çaldıran)
Caffal (fars. جفال‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (14 ailə).
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Artikulyar kapsul
Artikulyar kapsul və ya oynaq kapsulası — anatomiyada sinovial oynağı əhatə edən membran. Hər bir artikulyar kapsul 2 hissədən ibarətdir: xarici lifli təbəqə və ya membran və daxili sinovial təbəqə və ya membran. == Membranlar == Hər bir kapsul 2 təbəqədən və ya membrandan ibarətdir: avaskulyar ağ lifli toxumadan ibarət xarici təbəqə (lifli qişa, lifli təbəqə) İfraz edən təbəqə olan daxili təbəqə (sinovial membran, sinovial təbəqə). Kapsulun daxili tərəfində oynaq qığırdaqları bu oynağın içərisində oynayan sümüklərin son səthlərini əhatə edir. Xarici təbəqə, birgə ilə əlaqəli bitişik əzələlərdən keçən eyni sinirlər tərəfindən ağır şəkildə innervasiya (bədənin və ya toxumanın qeyri-bərabər elementlərlə təchizi) olunur. == Fibröz membran == Oynaq kapsulunun lifli qişası oynağa daxil olan hər bir sümüyün oynaq ucunun bütün çevrəsinə yapışdırılır və beləliklə, artikulyasiyanı tamamilə əhatə edir. Sıx, birləşdirici, uzun toxumadan ibarətdir. == Klinik əhəmiyyəti == Donmuş çiyin sindromu çiyin kapsulunun iltihablandığı bir xəstəlikdir. Plika sindromu sinovial qatın iltihablandığı və diz qapağının anormal biomexanikasına səbəb olduğu bir vəziyyətdir.
Papul Çanqmay
Bayan (Cambul rayonu)
Bayan - Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda kənd. Bayanaul kənd dairəsinin inzibati mərkəzi. Unvan və kodu - (rus dilində: Код КАТО) — 594635100. == Coğrafiyası == Bayan kəndi Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda, Masakol gölü yaxınlığında yerləşir. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 983 nəfərdən (517 kişi və 466 qadın) ibarət idi.. 2009-cu il əhalinin siyahıyaalınmasına görə kənddə 644 nəfər (337 kişi, 307 qadın) yaşayırdı..
Euphorbia caput-aureum
Euphorbia caput-aureum (lat. Euphorbia caput-aureum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia caput-medusae
Euphorbia caput-medusae (lat. Euphorbia caput-medusae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Mandelyö-la-Napul
Mandelyö-la-Napul (fr. Mandelieu-la-Napoule) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Mentha aquatica subsp. caput-medusae
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapqulu (Miyanə)
Çapqulu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (20 ailə).
Çapal çayı
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapuq (İcrud)
Çapuq (fars. چاپوق‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Mərkəzi bəxşdə, Gülabar kəndistanında, Zəncan şəhərindən 8 km cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 592 nəfər yaşayır (144 ailə).
Çapu (Sayınqala)
Çapu (fars. چپو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (17 ailə).
Çapel-Hill Şimali Karolina Universiteti
Çapel-Hill Şimali Karolina Universiteti (ing. University of North Carolina at Chapel Hill) — ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən ən böyük dövlət ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir. ABŞ-də vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır. 1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır. 1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir.