Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Wimzie's House
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır. Uimzinin evi — Internet Movie Database saytında.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
House of Balloons
House of Balloons — kanadalı müğənni The Weeknd-in ilk miksteypi. 21 mart 2011-ci ildə öz sahib olduğu musiqi şirkəti XO tərəfindən buraxılıb.
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Danger Mouse
Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977, Uayt-Pleyns[d], Nyu-York ştatı) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır. 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir. Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb. Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Cat
Cat — faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
Dark Horse Comics
Dark Horse Comics — mərkəzi Amerika Birləşmiş Ştatlarının Oreqon ştatının Miluouki şəhərində yerləşən komiks nəşriyyatı. 1986-cı ildə Mayk Riçardson tərəfından qurulmuşdur.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902[…] – 13 oktyabr 1987[…], Sietl, ABŞ) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.
DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Extra Card
Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Henrix Bart
Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. 16 fevral 1821-ci ildə Hamburqda anadan olmuşdur. 1844-cü ildə Berlin Universitetindən məzun olaraq, İtaliya və Siciliyanı ziyarət etmiş və Aralıq dənizi ölkələri ilə səyahət etmək üçün bir plan hazırlamışdı. 25 noyabr 1865-ci ildə Berlində vəfat etmişdir. 1850–1855-ci illərdə C. Riçardsonun Afrikaya ekspedisiyasında iştirak etmiş, iki dəfə Böyük Səhranı keçmiş, bir sıra vahəni, Air və Damerqu platolarını, Çad gölü hövzəsini, Niger çayını və onun sol qolu olan Benueni tədqiq etmişdir. 1858–1864-cü illərdə Balkan yarımadasını və Kiçik Asiyanı öyrənmişdir.
Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Horsf.
Tomas Horsfild (ing. Thomas Horsfield; 12 may 1773, Filadelfiya, Pensilvaniya – 24 iyul 1859, London) — britaniya həkimi, zooloqu və botaniki. Iomys horsfieldii Cynopterus horsfieldii Crocidura horsfieldi Myotis horsfieldii Testudo horsfieldii Salea horsfieldii Myophonus horsfieldii Pomatorhinus horsfieldii Zoothera horsfieldi Cuculus horsfieldi Paragerydus horsfieldii Arhopala horsfieldi Kallima horsfieldi Horsfieldia An experimental dissertation on the Rhus vernix, Rhus radicans and Rhus glabrum, commonly known in Pennsylvania by the names of poison-ash, poison-vine and common sumach. Cist, Philadelphia 1798. Impressions of dried plants from Java. 1812. Systematic arrangement and description of birds from the island of Java. 1820. The History and antiquities of Lewes and its vicinity. Baxter, Lewes 1824.
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Art haus
Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur. Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı. Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Rouge
Rouge — San-Paulu, Braziliya pop qrupudur. 2002–2006, 2017–2019 də fasiləsiz işləmişdir.
Solse
Solse (fr. Saulcet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03267. 2008-ci ildə əhalinin sayı 652 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 416 nəfər arasında (15–64 yaş) 302 nəfər İqtisadi fəal, 114 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 69,9%) idi. İşləyən 302 fəal 275 nəfərdən (149 kişi və 126 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi. Fəal olmayan 114 nəfər arasında 21 nəfər şagird və ya tələbə, 63 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Devid Hoces
Devid Holl Hoces (ing. David Hall Hodges) 60 milyondan çox albomu satılaraq uğur qazanmış Amerikalı mahnı yazar, produser və bəstəkardır. O həmçinin Evanescence qrupunun keçmiş üzvü olub. Qrupdan ayrıldıqdan sonra şəxsi karyerasını davam etdirən Devid özünün Trading Yesterday qrupunu yaratdı, sonradan isə o, Avox, və Arrows to Athens qruplarının üzvü kimi fəalyyət götərdi. Devid 1999-cu ilin sonlarında Evanescence qrupuna qatıldı və Origin adlı ilk CD-lərini hazırladılar. Ardınca Fallen adlı albomlarını satışa çıxartdılar. İlk sinqlları olan Bring Me to Life Billboard Top 40 başda olmaqla bir çox çartlarda birinci pilləyə yüksəldi. 2003-cü ilin mart ayında işıq üzü görən Fallen albomu həftələr ərzində 16 milyondan çox satılaraq böyük bir uğura imza atdı. 2004-cü ildə Devid qrup ilə birgə Qremmi mükafatının Ən Yaxşı Rok və Ən Yaxşı Artist nominasiyaları üzrə qalib oldu. Fallen-dən sonra Devid qrupu tərk etdi.
Elliott Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Honşu
Honşu (yap. 本州), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası. Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır.