Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Wimzie's House
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır. Uimzinin evi — Internet Movie Database saytında.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. == Qayda == Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. == Məqsədi == Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
House of Balloons
House of Balloons — kanadalı müğənni The Weeknd-in ilk miksteypi. 21 mart 2011-ci ildə öz sahib olduğu musiqi şirkəti XO tərəfindən buraxılıb.
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Channel
Channel 3
Chanel
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır. 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir. Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir. Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə. == Tarixi == Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Danger Mouse
Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977, Uayt-Pleyns[d], Nyu-York ştatı) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır. 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir. Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb. Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb.
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Channel 3
Channel 3 (tay สถานีโทรทัศน์ไทยทีวีสีช่อง 3 (ช่อง 3 เอชดี ช่อง 33)) — 26 mart 1970-ci ildə Taylandın ilk ticari televiziya kanalı olaraq fəaliyyətə başlayan bir Tay sərbəst televiziya şəbəkəsidir. Channel 3, BEC World Public Company Limited şirkətinin törəmə şirkəti olan BEC Multimedia Company Limited ("BECM") tərəfindən idarə olunur. Şəbəkənin mənzil-qərargahı Banqkokun Maleenond Towers-da yerləşir.
Channel 7
Channel 7 (tay สถานีโทรทัศน์สีกองทัพบกช่อง 7) — 27 noyabr 1967-ci ildə istifadəyə verilmiş Tayland sərbəst televiziya şəbəkəsidir. Ankara Cənub-Şərqi Asiyada ilk rəngli televiziya yayımıdır. Analoq ötürmədə Tayland Kral Ordusuna məxsus idi. Baş ofisi Banqkok, Mo Chit, Chatuchak-da yerləşir.
Discovery Channel
Discovery Channel Con Hendricks tərəfindən qurulmuşdur. Sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlamaqdadır. == Xarici keçidlər == Discovery Communications Inc.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
History Channel
«History» (əvvəlki adı: «The History Channel») — beynəlxalq çoxdilli kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «Hearst Communications» ilə «Walt Disney Company» şirkətinin mülkü olan «Disney–ABC Television Group» şirkətinin birgə müəssisi olan «A&E Networks» şirkətidir. Teleşəbəkənin baş qərargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkənin flaqman telekanalından başqa «History en Español» (ispan dilində) və «Military History» kimi qardaş kanalları da var. Teleşəbəkə ilkin olaraq tarixi mövzuları əhatə edən sənədli televerilişləri və teleserialları nümayiş etdirirdi. Teleşəbəkə son illərdə Pawn Stars və Ax Men kimi realiti televerilişlərini yayımlamağa başlamışdır. Teleşəbəkə Qədim yadplanetlilər, UNO ovçuları və Nostradamus effekti kimi fərziyyə sənədli filmləri yayımladığına görə bir çox alim və tarixşünaslar tərəfindən tənqidə məruz qalmışdır. 2015-ci ilin fevral ayında teleşəbəkənin flaqman kanalının ABŞ-də təqribən 96.149.000 abunəçisi (ümumi televiziya sahibləeinin 82.6%-i) var idi. Teleşəbəkənin ABŞ, Kanada, Skandinaviya, Latın Amerikası, Şərqi Avropa və Asiya variantları var. Teleşəbəkənin ilk Avropa variantı «Viasat» tərəfindən 1997-ci ildə Skandinaviyada təsis edilmişdir.
Science Channel
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Channel Orange
Channel Orange — ABŞ müğənnisi Frenk Ouşenin debüt studiya albomu. 10 iyul 2012-ci ildə Def Jam Recordings tərəfindən buraxılıb.
Discovery Channel HD
Discovery Channel HD Discovery Communications'un yüksək keyfiyyətli kanalının beynəlxalq adıdır. Discovery Channel HD ilk olaraq, Fevral 2005-ci ildə Koreyada yayıma başlamışdır. Dekabr 2005-ci ildə, Discovery Channel HD Yaponiya və Discovery Channel HD Kanada yayıma başlamışdır.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. == Tarixi == 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. == İstinadlar == == Xarici keçidlər == Discovery Channel – MBG saytında.
Dark Horse Comics
Dark Horse Comics — mərkəzi Amerika Birləşmiş Ştatlarının Oreqon ştatının Miluouki şəhərində yerləşən komiks nəşriyyatı. 1986-cı ildə Mayk Riçardson tərəfından qurulmuşdur.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902[…] – 13 oktyabr 1987[…], Sietl, ABŞ) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.
Chanel No.5
Chanel No.5 - məşhur Chanel markasının ətiri, 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılmışdır. == Tarixi == Deyilənə görə, Koko Şanel cənab Ernest Bodan "Qadın ətrinin gələ biləcəyi, süni qadın ətrini" yaratmasını xahiş eləmişdir. Chanelin ilk ətirini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) - aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdır. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətir təqdim edir, lakin Koko Şanel bunlardan beçincini seçir və buradan şedevrin adı yaranmışdır. "Beş" Koko Şanelin sevimli rəqəmi idi. Chanel No.5 aşağıdakı ətriyyat notlarından ibarətdir: Yuxarı notlar: aldeqidlər, nerollar, ilan-ilanq, berqamot, limon Ürəyin notları: iris, bənövşə kökü, jasmin (çiçək), inciçiçəyi, qızılgül Əsas notlar: ətir, səndəl ağacı, paçuli, müşk, viverra, vanil, palıd mamırı, vetiver Ətirin təkcə özü inqilabi deyildi, onun təqdimatı da inqilabi olmuşdur. İndiyə qədər fabrikantlar, onlardan ən məşhuru olan Rene Lalik bu ətirin flakonlarını hazırlamaq üçün ən müxtəlif formalar və ən əcaib ornamentlərlə təkmilləşdirməyə çalışmışlar. Bu cür flakonların hazırlanması fikrinə əks çıxan Şanel asketizm və sadəlik ideyasını dəstəkləyərək, içərisində qızılı məhlul olan parallelepiped formasında olan sadə flakon ideyasını təklif etmişdi. Onu bəzəməyin yeganə izləri 1924-cü ilə adi edilir.
Disney Channel serialları siyahısı
Bu Disney Channel-də yayımlanan orijinal serial və cizgi filmlərin siyahısıdır. İndi və keçmişdəki serial və cizgi filmlərdən ibarətdir. * ilə işarətlənmiş olanlar artıq Disney Channeldə yayımlanmır. == Disney Channel cizgi filmləri == === 1983 === Sabahın Xeyir, Mikki (televiziya serialı) Puh Kornerə xoş gəlmişsiniz! (1983) * Çox incə ixtira (1983) * EPCOT Maqazin (1983 – 1999) * Donald Dak (1983) * Sənin və mənim uşağım (1983–1986) * === 1984 === Simvol (cizgi film) (1984–1992) * === 1985 === Dumbonun sirki (1985–1988) * === 1986 === Uşaqlar Daxil etdi (1986–1993; əvvəlcədən sindikatda birləşmədə 1984–85) * === 1987 === Videopolis (1987 – 1989) * === 1989 === Mikki Maus Klubu (1989–1996) * Sabahın xeyir, Mis Blis (1989) * === 1990 === Avonliyə yol (7 yanvar, 1990 – 31 mart, 1996) * === 1991 === Möcüzələr adasında məcaralar (1991–1995) * == Disney Channel orijinal serialları == === 1995 === Timon və Pumba (8 sentyabr, 1995 – 1999) * === 1996 === Spellbinder (1996 – 1997) * Flash Forward (September 7, 1996 – 1999) * === 1997 === Gələcəyə Müraciət Edin (1997–1999) * === 1998 === Məşhur Cet Cekson (25 oktyabr 1998 – 22 iyun 2001) * Böcək şirəsi (28 fevral 1998–2001) * === 1999 === Belə Dünyada (18 yanvar 1999 – 28 sentyabr 2001) * Cörsi (24 senyabr 1999 – 23 mart 2003) * === 2000 === Even Stivens (17 iyun 2000 – 2 iyun 2003) * Ürək döyünəndə (26 avqust 2000 – 25 mart 2001) * === 2001 === Lizzi Makquayr (12 yanvar 2001 – 14 fevral 2004) * Məğrur ailə (15 sentyabr 2001 – 19 avqust 2005) * === 2002 === Kim Possibl (7 iyun 2002 – 7 sentyabr 2007)* === 2003 === Bu Reyvenin işidir (17 yanvar 2003 – 10 oktyabr 2007) * Lilo və Stiç (20 sentyabr 2003 – iyul 23 2006) * === 2004 === Deyv Barbar (23 yanvar 2004 – 22 iyul 2005) * Fil Zaman Dövrəsində (18 iyun 2004 – 19 avqust 2006) * Brendi və Cənab Viskers (21 avqust 2004 – 25 avqust 2006) * === 2005 === Gənc Əjdaha (21 yanvar 2005 – 1 sentyabr 2007) * Zak və Kodinin əla Həyatı (18 mart 2005 – 1 sentyabr 2008) * Meqqidə Uğuldama (17 iyun 2005 – 27 may 2006) * === 2006 === İmperatorun Yeni Məktəbi (27 yanvar 2006 – 20 oktyabr 2008) * Hanna Montana (24 mart 2006 – 16 yanvar 2011) * Mübadilə (8 sentyabr 2006 –30 mart 2009) * === 2007 === Kori ağ evdə (12 yanvar 2007 – 12 sentyabr 2008) * Veyverli Pleysin sehrbazları (12 oktyabr 2007 – 6 yanvar 2012) === 2008 === Finis və Förb (1 fevral 2008– günümüzədək) Zak və Kodinin gəmidəki macəraları (26 sentyabr 2008 – 6 may 2011) * === 2009 === Sanniyə imkan verin (8 fevral 2009 – 2 yanvar 2011) * Jonas L.A. (2 may 2009 – 3 oktyabr 2010) * Zik və Lüter (10 iyun 2009 – 2 aprel 2012) * === 2010 === Uğurlar, Çarli! (4 aprel 2010 – günümüzədək) Balıq Tilovu (24 sentyabr 2010 – günümüzədək) Göstər özünü (7 oktyabr 2010 – günümüzədək) === 2011 === Təsadüfə bax! (5 iyun 2011 – 25 mart 2012) Bacarıq Ferması (17 iyun 2011 – günümüzədək) Zarafatcıl Ulduzlar (15 iyun 2011 – günümüzədək) Cessi (30 sentyabr 2011 – günümüzədək) Ostin və Elli (4 dekabr 2011 — günümüzədək) Dayəm Vampirdir (15 oktyabr 2011 — günümüzədək) === 2012 === Zəng Vurulanda (23 aprel 2012 — günümüzədək) Ağırlıq qüvvəsi dartılması (29 iyun 2012) === Müzakirə üçün pilot === Medison Yüksəkliyi (2012) == Oyun evi Disney orijinal cizgi filmləri == === 1997 === Ayı Böyük mavi evdə (20 oktyabr 1997 – 28 aprel 2006) * === 1998 === PB və J susamuru (5 mart 1998 – 24 sentyabr 2000) * Roli, Poli, Oli (4 oktyabr 1998 – 1 avqust 2004) * Qutudan çıxan (5 oktyabr 1998 – avqust 2004) * === 2001 === Puhun Kitabı (22 yanvar 2001 – 1 oktyabr 2002) * Stenli (serial) (15 sentyabr 2001 – 26 oktyabr 2004) * === 2003 === Jojonun sirki (28 sentyabr 2003 – 14 fevral 2007) * === 2004 === Yüksək şəhər qəhrəmanları (12 sentyabr 2004 – 7 yanvar 2008) * === 2005 === Ayı ilə səhər yeməyi (2005–2006) * Conni və Elflər (9 oktyabr 2005 – 4 yanvar 2009) * Kiçik Eynşteynlər (9 oktaybr 2005 – 30 oktyabr 2009) === 2006 === Çarli və Lola (19 mart 2004 – 27 noyabr 2008) * Mikki Maus Klub evi (5 may 2006 – günümüzədək) Çevik Menni (16 sentyabr 2006 – günümüzədək) === 2007 === Dostlarım Puh və Pələng (12 may 2007 – 9 oktyabr 2010, 12 may — günümüzədək) * Dovşan balası şəhəri (3 oktyabr 2007–2009) * === 2008 === Təxəyyül Təkançıları (6 sentyabr 2008 – günümüzədək) === 2009 === Xüsusi Agent (4 aprel 2009 – günümüzədək) Anbar siçanı haradadır? (23 avqust 2009 – günümüzədək) Cəngəllik Birləşməsi (26 sentyabr 2009 – günümüzədək) === 2010 === Ağır melodiya (sentyabr 2010 – günümüzədək) == Disney Gənc orijinal cizgi filmləri == === 2011 === Ceyk və olmayan ölkənin piratları (14 fevral 2011-günümüzədək) Hissə-hissə nağıllar (14 fevral 2011-günümüzədək) Babar və Batonun macəraları (14 fevral 2011-günümüzədək) İt və pişiyin bloq söhbəti (19 oktyabr 2011-günümüzədək) === 2012 === Həkim Seusun Vubbouls dünyası (yalnız 2.
Fibre Channel over Ethernet
Fibre Channel over Ethernet (FCoE; azərb. Ethernet üzərindən fiber kanal‎) — Ethernet şəbəkələri üzərindən fiber kanal çərçivələrini əhatə edən kompüter şəbəkəsi texnologiyası. Bu, fiber kanal protokolunu qoruyan zaman fiber kanala 10 Gigabit Ethernet şəbəkələrindən (və ya daha yüksək sürətlərdən) istifadə etməyə imkan verir. Spesifikasiya 2009-cu ildə nəşr olunmuş İnformasiya Texnologiyaları Standartları üzrə Beynəlxalq Komitəsinin T11 FC-BB-5 standartının bir hissəsi idi. == Funksionallıq == FCoE Ethernet ötürmə sxemindən asılı olmayaraq fiber kanalı birbaşa Ethernet üzərindən nəql edir. FCoE protokol spesifikasiyası fiber kanal yığınının FC0 və FC1 qatlarını Ethernet ilə əvəz edir. Əsl fiber kanal konstruksiyalarını saxlamaqla FCoE mövcud fiber kanal şəbəkələri və idarəetmə proqramı ilə inteqrasiya etməyi nəzərdə tutur. Məlumat mərkəzləri TCP/IP şəbəkələri üçün Ethernet və saxlama sahəsi şəbəkələri (SAN) üçün fiber kanaldan istifadə edirdilər. FCoE ilə fiber kanal ənənəvi internet protokolu (IP) trafiki ilə yanaşı, Ethernet üzərində işləyən başqa bir şəbəkə protokoluna çevrilir. FCoE, TCP və IP üzərində işləyən iSCSI-dən fərqli olaraq, şəbəkə protokolu yığınında birbaşa Ethernet üzərində işləyir.
2channel
2channel (2ちゃんねる ni channeru, qısaca 2ch) – Yapon textboard saytıdır. Təkcə 2007-ci ildə 2.5 milyon post yazılmışdır. 1999-cu ildə açılan bu sayt yapon internet aləmində böyük bir kütləyə xitab etmiş və Avropa və Amerikadada böyük bir fanat ordusu qazanmışdır. 2008-ci ildə bu sayt 100 milyon yendən çox xeyir gətirmişdir. Vebsayt 2009-cu ildən 2014-cü ilə qədər Packet Monsters. İnc tərəfindən idarə edilmişdir. Pakmon Sinqapurda hostinq şirkətidir. Yaponiyanın ən məşhur saytı kimi tanınır. 2017-ci ildə 2channel adını 5channelə dəyişdirmişdir.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Horsf.
Tomas Horsfild (ing. Thomas Horsfield; 12 may 1773, Filadelfiya, Pensilvaniya – 24 iyul 1859, London) — britaniya həkimi, zooloqu və botaniki. == Horsfildin şərəfinə adlandırılan heyvan cinsi və növləri == Iomys horsfieldii Cynopterus horsfieldii Crocidura horsfieldi Myotis horsfieldii Testudo horsfieldii Salea horsfieldii Myophonus horsfieldii Pomatorhinus horsfieldii Zoothera horsfieldi Cuculus horsfieldi Paragerydus horsfieldii Arhopala horsfieldi Kallima horsfieldi Horsfieldia == Əsərləri == An experimental dissertation on the Rhus vernix, Rhus radicans and Rhus glabrum, commonly known in Pennsylvania by the names of poison-ash, poison-vine and common sumach. Cist, Philadelphia 1798. Impressions of dried plants from Java. 1812. Systematic arrangement and description of birds from the island of Java. 1820. The History and antiquities of Lewes and its vicinity. Baxter, Lewes 1824.
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Rouge
Rouge — San-Paulu, Braziliya pop qrupudur. 2002–2006, 2017–2019 də fasiləsiz işləmişdir.
Solse
Solse (fr. Saulcet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03267. 2008-ci ildə əhalinin sayı 652 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 416 nəfər arasında (15–64 yaş) 302 nəfər İqtisadi fəal, 114 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 69,9%) idi. İşləyən 302 fəal 275 nəfərdən (149 kişi və 126 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi. Fəal olmayan 114 nəfər arasında 21 nəfər şagird və ya tələbə, 63 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Charles Chipiez
Şarl Şipye (fr. Charles Chipiez; 11 yanvar 1835[…] və ya 12 yanvar 1835, Ekülli[d][…] – 9 noyabr 1901, VI arondisman) nüfuzlu bir Fransız memarı, Misirşünas, İranşünas və qədim dünya memarlığının həvəskar bir tarixçisidir. Fransanın Paris şəhərindəki École Spéciale d'Architectureda müəllim idi və 1887-ci ildə “École Nationale Professionnelle d'Armentières” və ya Armentièresin Milli Professional binasının inşasına kömək etmişdir. Chipiez, memar, hellenist və memarlıq tarixçi Georges Perrotun köməyi ilə Misir, Yunanıstan, Fars, Lidiya, Likiya və Aşşur kimi yerlərdə qədim dünyanın memarlıq nailiyyətlərinin ən təfərrüatlı təsvirlərindən bəzilərini yazmışdır. Chipiez eyni zamanda bir zamanlar ucaldılan qədim abidələrin ən detallı virtual memarlıq rəsmlərindən bəzilərini yaradaraq onları canlandırmışdır. Perrot ilə yazdığı görkəmli əsərlərdən bəzilərinə ibtidai Yunanıstandakı sənət tarixi: 1894-cü ildə Mikena sənəti, 1885-ci ildə Finikiya və onun koloniyalarında sənət tarixi, 1892-ci ildə Persiyada sənət tarixi, 1883-cü ildə Qədim Misirdə sənət tarixi, 1884-cü ildə Xaldeya və Aşşurda sənət tarixi, 1892-ci ildə Frigiya, Lidiya, Kariya və Likiyada sənət tarixi və Sardiniyada sənət tarixi, 1890-cı ildə Juda, Suriya və Kiçik Asiyada sənət tarixi əsərləri daxildir. Chipiezin rəsmləri sənətkarlıq qabiliyyətlərinin yanında texniki zəkasını da əks etdirir.
Charles Hermite
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. == Həyatı == == Fəaliyyəti == 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Charley ATL
Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib. == Tarixi == Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi. Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi.
Chernes horvathii
Chernes horvathii — Yalançıəqrəblər dəstəsinə, Chernetidae fəsiləsinə aid növ. == Endemik == Azərbaycanın endemik canlısı.