Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chantal Quesnel
Şantal Kvesnel (ing. Chantal Quesnelle, 1971, Ottava) — Kanadalı aktrisa. Kanadalı Teletoon kanalında yayımlanan cizgi filmi Zeromanda səsləndirərək tanınıb.
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. == Dizaynı == Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
Hydrangea coacta
Hydrangea coacta (lat. Hydrangea coacta) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Linckia costae
Linckia multifora (lat. Linckia multifora) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Baku Crystal Hall
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsidə burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Crystal Hall (albom)
Crystal Hall – Azərbaycan müğənnisi Aygün Kazımovanın canlı albomu. Albom "SS production"un prodüsserliyi ilə işıq üzü görmüşdür.
Sailor Moon Crystal
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal(クリスタル), Bishōjo Senshi Sērā Mūn Kurisutaru, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal‎) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır. 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir. Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir. Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir.Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir. Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır. 2014-cü ilin mayında Viz Media animeni Şimali Amerikada ingiliscə yayınlanması üçün lisenziyalaşdırmışdır.
Torre de Cristal
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Sailor Moon Crystal seriyalarının siyahısı
Sailor Moon Crystal — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakai və Çiaki Konun rejissoru olduğu anime serialının ilk iki mövsümü 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə kimi Niconico vasitəsilə bütün dünyada yayımlanmışdır və manqanın ilk 26 fəslini əhatə etmişdir. 2015-ci ilin sentyabrında Toei Animation üçüncü mövsümü istehsal etdiyini açıqlamışdır. Anime serialının üçüncü mövsümü "Ölüm həvariləri" adı ilə tanınır və manqadakı "Sonsuzluq" hekayəsinə əsaslanır. Üçüncü mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı "Animate Ikebukuro" mağazasında nümayiş etdirilmişdir. Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi Tokyo MX kanalında yayımlanmışdır. == Mövsümlər == == Seriyalar == === I mövsüm: Qaranlıq Krallıq (2014-2015) === === II mövsüm: Qara Ay (2015) === === III mövsüm: Ölüm həvariləri (2016) === == Media == === Yaponiya === King Records animenin DVD və Blu-ray formatında 13 cildini yayımlamışdır.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.