Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; təq. 1460[…], Ferrara – 5 mart 1535[…], Mantuya, Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi.
== Həyatı ==
Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr).