WEST

west1

n qərb; The wind is coming from the west Külək qərbdən əsir

west2

adj qərb, qərbi; ~ wind qərb küləyi; She lives on the west coast of the sea O, dənizin qərb sahilində yaşayır

west3

adv qərbə, qərbə doğru / tərəf; three miles ~ of here buradan üç mil qərbə doğru; The window faces west Pəncərə qərbə tərəf baxır;

◊ to go ~ 1) ölmək; 2) batmaq, qürub etmək (günəş, ay haq.); 3) yox olmaq

WEREWOLF
WEST END
OBASTAN VİKİ
Kanye West
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
West Tower
West Tower (azərb. Qərb qalası‎) — Liverpulun mərkəzində yerləşən 40 mərtəbəli göydələn. == Xüsusiyyətləri == Göydələn Liverpulda yerləşən ən hündür tikilidir. Tikili vahid memarlıq üslubunda (modernizm) inşa edilmişdir. 5-ci mərtəbədən 33-cü mərtəbəyə qədər dəbdəbəli mənzillər, 34-cü mərtəbədə isə panoramalı restoran var. Qalan mərtəbələri (6 mərtəbə) üst qatında yerləşən ayrı bir sahə. Binanın inşası şirkətə 35.000.000 funt sterlinqə başa gəldi.
North West Construction
VIA 57 West
VIA 57 Qərb (ing. VIA 57 West) — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır. == Tarixi == ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür. 2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.
West Melbourne, Florida
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
Acacia westoni
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Acacia westonii
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Aristolochia westlandii
Aristolochia westlandii (lat. Aristolochia westlandii) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
P.H.Weston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. == Əsərləri == Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.
Senecio westermanii
Senecio westermanii (lat. Senecio westermanii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Westend.
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa, Birinci Fransa İmperiyası – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. == Elmi fəaliyyəti == Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. == Şərəfinə adlandırılmış taksonlar == Aspergillus westendorpii Sacc.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Westoniella
Westoniella (lat. Westoniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Westoniella barqueroana Cuatrec. Westoniella chirripoensis Cuatrec. Westoniella eriocephala (Klatt) Cuatrec. Westoniella kohkemperi Cuatrec. Westoniella lanuginosa Cuatrec. Westoniella triunguifolia Cuatrec.
Westringia
Westringia (lat. Westringia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Westringia fruticosa
Westringia fruticosa (lat. Westringia fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin westringia cinsinə aid bitki növü.
Western Union
Western Union, şirkəti ABŞ-də yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və dünyanın aparıcı maliyyə xidmətləri təminatçılarından biridir. Şirkətin baş ofisi ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşir. O, həmçinin 2006-cı ildə teleqraf xidmətini dayandırana qədər Amerikanın aparıcı teleqraf rabitəsi şirkəti idi.