Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asimina conoidea
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid biki növü. == Təbii yayılması == Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır. == Botaniki təsviri == 15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir. == Ekologiyası == Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Relativistic Heavy Ion Collider
Relativist (nisbi) Ağır İon Toqquşdurucu Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə - kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər. Elm üçün istifadəsi RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir.
Consumer News and Business Channel
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur.Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».