WHETHER

conj adət. ~... or not; ~... or (~) to know, to consider, to doubt, to question, to wonder və s. fellərin tamamlığı kimi işlənir; vasitəli sualları başlayır: -ıb, -ib, -ub, -üb və -diyini / -dığını şəkilçiləri işlətməklə yaxud, ya, yoxsa bağlayıcısı vasitəsilə ifadə olunur: I don’t know whether he is here Mən onun burada olub-olmadığını bilmirəm; He asked whether he could help O, onun kömək edib-etməyəcəyini soruşdu; 1) Əgər or ilə ayrılan iki alternativ budaq cümlə varsa, onda “whether” hər ikisində təkrar edilir: I asked him whether he had done it all himself or whether someone had helped him Mən ondan soruşdum ki, bunu o özü təkmi edib yoxsa ona kimsə kömək edib; 2) Sifət və sözönlərindən sonra şübhə, inamsızlıq və s. bildirən alternativ budaq cümlələrlə işlənir: She was undecided whether she should accept his offer O qəti bir qərara gələ bilmirdi ki, onun təklifini qəbul etsin ya yox; He is in doubt whether he should wait O bilmirdi ki, gözləsin ya yox; 3) Şərt-güzəşt budaq cümləsi yaxud tərkibilə işlənir; ...-sa, ...-sə, ya, ya yox; Whether he comes or not, we shall leave O gəlsə də, gəlməsə də biz çıxıb gedəcəyik; I shall go whether it is fine or not Hava yaxşı da olsa, pis də mən gedəcəyəm

WHET
WHETSTONE