Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoruDigərConatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Convair
Convair — ABŞ-yə məxsus olan keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1943-cü ildə Consolidated Aircraft (Birləşdirilmiş Təyyarə) və Vultee Aircraft (Vultee Təyyarə) şirkətlərinin birləşməsi ilə qurulmuşdur və 1953-cü ildə General Dynamicsin bir hissəsinə çevrilmişdir. Baş ofisi San-Dieqoda idi. 1994-cü ildə şirkət bölmələrinin əksəriyyəti daha sonra sahibi olan General Dynamics tərəfindən, McDonnell Douglas və Lockheed Martinə satıldı, qalan hissələri isə 1996-cı ildə bağlandı.
Cortan
Cortan, Cortdan və ya Cotdan- Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar.Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər.Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar.Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası.İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Conatan Estrada
Conatan Estrada (28 noyabr 2000, Santa Ana[d], Kaliforniya) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda hücumçu kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Estrada LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Estrada öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Ariel Lassiteri əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Conatan Harker
Conatan Harker (ing. Jonathan Harker) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Conatan Key
Conatan Lipniki
Conatan Uillyam Lipniki (ing. Jonathan William Lipnicki; d. 22 oktyabr 1990-cı il) — Amerikalı kino aktyor. Conatan «Cerri Maguayer», «Stüart Littl» və «Mayk kimi» filmlərində oynadığı rollara görə məşhurluq qazanmışdı. == Bioqrafiya == Lipniki Kaliforniya ştatında yerləşən Vest Leyk Villic şəhərində, Cozef və Ronda Lipniki ailəsində anadan olmuşdu. Onun Aleksis adında böyük bacısı var. Lipniki ailəsi yəhudi əsillidir. Conatan Döş xərçəngi və Şəkərli diabet üzrə bir çox Araşdırmalar Fondlarında, Uşaq Ulduz Yarışlarında və buna bənzər bir çox tədbirlərdə iştirak və çıxış etmişdi. O həmçinin Pediatrik Hiropraktika və Ümumdünya Uşaq günü üzrə beynəlxalq məruzəçi qismində seçilib. Dörd köpəyi olan Lipniki bundan başqa həm də heyvan hüquqlarının təşkilində də aktiv iştirak edir.
Conatan Munoz
Conatan Munoz (10 noyabr 1995) — Meksikalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Meksikanı təmsil edir. Conatan Munoz dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Conatan Nolan
Conatan Nolan (6 iyun 1976, London) — ingilis-amerikalı rejissor, prodüser və ssenarist == Həyatı və fəaliyyəti == Conatan Nolan Londonda anadan olub, lakin Çikaqoda böyüyüb. 1994-cü ildə İllinoys ştatındakı "Loyola Akademiyasını", 1999-cu ildə Vaşinqtondakı "Corctaun Universitetini" bitirib. Universitetdə oxyarkən "Memento Mori " adlı kiçik bir hekayə yazır. Qardaşı Kristofer Nolan həmin hekayənin motivləri əsasında "Memento" (2000) adlı film çəkir. Sonralar Conatan Nolan, "Prestij", "Qaran cəngavər" və "İnterstellar" ( Ulduzlararası ) filmlərində ssenarist kimi qardaşı ilə birlikdə çalışır. 2011-ci ildən Amerikan "CBC" kanalında yayımlanan "Person of Interest" serialının prodüseri, ssenaristi və yaradıcısıdır. Şəxsi həyatı Prodüser və ssenarist Lisa Coy ilə evlidir.
Conatan Panzo
Conatan Panzo (25 oktyabr 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Panzo London şəhərinin Brokli bölgəsində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. == Klub karyerası == === Monako === Panzo 9 yaşı olarkən Çelsi klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ilin iyul ayında isə o, Monako klubuna transfer olmuşdur. O, karyerasında debütünü ehtiyat komanda ilə 2-ci Milli Çempionatda etmişdir. O, peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Panzo İngiltərə U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və finalda İspaniya millisinə məğlub olaraq ikinci yerin sahibi olmuşdur.
Conatan Stouks
Conatan Stouks (ing. Jonathan Stokes; 1755[…] – 30 aprel 1831) – Böyük Britaniya botaniki. == Həyatı == == Bəzi əsərləri == Stokes, J.S. (1812). A botanical materia medica. 4 vols. Stokes, J.S. (1830). Botanical commentaries. 272 p. == Stouksun şərəfinə adlandırılmış cins == Stokesia L'Hér., 1789 == Ədəbiyyat == Stafleu, F.A., Cowan, R.S. Taxonomic Literature. — Utrecht: Bohn, Scheltema & Holkema, 1986.
Conatan Svift
Conatan Svift (ing. Jonathan Swift; 30 noyabr 1667[…], Dublin[…] – 19 oktyabr 1745[…], Dublin, İrlandiya) — ingilis-irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim. == Həyatı == Conatan Svift 1667-ci il 30 noyabrda Dublində anadan olmuşdur. Həyatı ağır şərtlər altında keçmişdir. Buna görə də yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772–1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Satirik tənqid və yumor Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır.
Conatan Tah
Conatan Taydor
Conatan Teydor (ing. Jonathan Tydor) - ABŞ ssenaristi, prodüseri və rejissorudur.
Conatan Teydor
Conatan Teydor (ingiliscə: Jonathan Tydor) - ABŞ ssenaristi, prodüseri və rejissorudur.
Conatan Uilyams
Conatan Vilyams (ing. Jonathan Williams; 29 avqust 1983) — beynəlxalq səviyyəli yarışlarda Belizi təmsil edən amerikalı sprinter. O, 1 iyul 2006-cı ildə Beliz vətəndaşlığını alıb. Vilyams Pekində təşkil olunmuş XXIX Yay Olimpiya Oyunlarında Belizi 400 metr məsafəyə maneələrlə qaçış yarışında təmsil edib. İdmançı o zaman Los-Anceles Kaliforniya Universitetində oxuyurdu.
Conatan Vilyams
Conatan Vilyams (ing. Jonathan Williams; 29 avqust 1983) — beynəlxalq səviyyəli yarışlarda Belizi təmsil edən amerikalı sprinter. O, 1 iyul 2006-cı ildə Beliz vətəndaşlığını alıb. Vilyams Pekində təşkil olunmuş XXIX Yay Olimpiya Oyunlarında Belizi 400 metr məsafəyə maneələrlə qaçış yarışında təmsil edib. İdmançı o zaman Los-Anceles Kaliforniya Universitetində oxuyurdu.
Conatan Vonq
Conatan Vonq (23 avqust 1992) — Malayziyalı atıcı. Conatan Vonq Malayziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Conatan Vonq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 574 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Conatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
Convair XFY
Convair XFY Pogo, ABŞ ordusu üçün yaradılmış təcrübə məqsədli şaquli enmə-qalxmalı havada hərəkət üçün nəzərdə tutulmuş olan texnika. Pogo, delta qanadlara və üç bıçaqlı əks istiqamətlərə fırlanan rotorlara güc verən 5.500 at gücündəki turbopərvanə motora sahibdi. Kiçik döyüş gəmilərindən enmə-qalxma edə biləcək şəkildə yüksək performanslı bir qırıcı olaraq konstruksiya edilmiş, ancaq quyruq üzərinə eniş etmənin pilotlar üçün çətin olması səbəbiylə istifadəsi çətin olacağı üçün layihə ləğv edilmişdir.
Mountain Dew
Mountain Dew (azərbaycanca "Mauntin Dyu") PepsiCo tərəfindən hazırlanmış qazlı içki. İçkinin orijinal resepti Barni və Alli Hartman tərəfindən hazırlanmışdır. Yenidən 1958-ci ildə tərtib edilən reseptin müəllifi isə Bil Fricfortdur. Bu formulun hüquqlarını isə Marion, Virciniyanın Tip korporasiyası əldə etmişdir.
Pontian katakombası
Pontian katakombası — Roma katakombalarından biri. Burada papa I Anastasi və onun oğlu papa I İnnokentinin məzarları var. Katakomba 1618-ci ildə İtaliya səyyahı Antonio Bozio tərəfindən kəşf edilmişdir.Həm I Anastasi, həm də I Innocent I ənənəvi olaraq şəhidlər hesab olunur. IX əsrdə papa II Sergi lanqobardların yürüşləri zamanı hər iki papanın məzarlarını Müqəddəs Silvestr və Martin bazilikasına aparmışdır. Roma papası Pontian burada yox, Müqəddəs Kallist katakombasında dəfn edilmişdir və bu katakomba onun adını daşımır. Katakomba III əsrdə yaşamış naməlum xristian şəhidinin adını daşıyır. == İstinadlar == == Əlavə ədəbiyyat == Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Kurt Cobain
Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967, Aberdin[d], Vaşinqton – 5 aprel 1994, Sietl, Vaşinqton) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı. == Həyatı == Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi. 9 yaşına qədər ancaq "Beatles"a qulaq asan Kurt, atasının studiyaların birində işləməsi ilə birlikdə Led Zeppelin, Black Sabbath və Kiss-ə qulaq asmağa başlayır.
Çuntsin
Çuntsin (ing. Chongqing) — Çində Sıçuan əyalətində şəhər, mərkəz tabeliyində şəhərdir. == Ümumi məlumat == Çinin cənub-qərbində ən iri sənaye-ticarət mərkəzi, eləcə də Yantszı çayının yuxarı axarında quru və su nəqliyyatı mərkəzidir. Çuntsin Yantszı və Tszyalintszyan çaylarının qovuşduğu yerdədir. Şəhər ərazisinin mərkəzi hissəsi su ilə əhatələnmişdir və yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, toxuculuq, qida, tibb sənayesi, tikinti materialları sənayesi, maşınqayırma və gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının inkişafında, Yantszı hövzəsi ərazilərinin mənimsənilməsində vəgenişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır.
Baxçasaray fontanı
"Baxçasaray fontanı" (rus. Бахчисарайский фонтан) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ikinci poeması. "Qafqaz əsiri"ndən sonra Puşkin "Baxçasaray fontanı" poemasını yazıb. Bu poema istər məzmun, istərsə də ifadə gözəlliyi ilə Puşkin sənətində daha yeni bir ədəbi hadisə idi. "Baxçasaray fontanı" tarixi bir rəvayət üzərində qurulsa da, ideyaca müasirləşdirilmişdir. Şair eşitdiyi tarixi rəvayəti də məqsədyönlü şəkildə dəyişdirmiş, polyak qızı Mariya surətini rəvayətə əlavə etmişdi. Bir sıra başqa cənub poemalarında olduğu kimi burda da həyat eşqilə ölüm hissinin və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaratmışdır. Zülmkar Gəray, azad ruhlu, ipək qəlbli Polşa gözəli Mariya, eşq nə olduğunu anlamayan, bir daş heykəli andıran xacə və qəlbi daima yaşamaq eşqilə çırpınan çoşqun, ehtiraslı əsir qadın Zarema poemanın əsas surətlətidir. Biri digərinə tamamilə zidd olan bu cəmiyyətlərin qarşılaşdırılmasından bir-birinə zidd olan zehniyyətlər, surətlər, fikirlər, zövqlər və anlayışlar doğmuşdur. Lakin nə bu zidd səciyyələrin, nə də bu zidd zehniyyətlərin, görüşlərin heç biri uydurma deyil.