adj 1. müəyyən; dəyişməz, dəyişməyən, daimi; on ~ days müəyyən edilmiş / təyin olunmuş günlərdə; under ~ conditions müəyyən vəziyyətlərdə; 2. bəzi, bəziləri, bir para; for ~ reasons bəzi mülahizələrə görə; to a ~ degree müəyyən dərəcədə; to feel ~ əmin olmaq; I’m not certain Mən əmin deyiləm; to make ~ yoxlamaq, yəqin etmək; Make certain your facts before you argue Mübahisə etməzdən əvvəl faktlarını / faktlarınızı yoxla / yoxlayın; 3. biri, birisi, bir nəfər; a ~ Mr. Brown Cənab Braun adlı biri / birisi; 4. sadiq, sədaqətli; vəfalı; etibarlı; şübhəsiz; şəksiz; to face ~ death şəksiz ölümə getmək; to regard smth. as ~ bir şeyi şübhəsiz hesab etmək; He is certain to come O hökmən gələcək; 5. əmin, arxayın, xatircəm;
◊ for ~ şübhəsiz, qəti, yəqin, mütləq, hökmən; I don’t know for certain Mən əmin deyiləm, qəti deyə bilmərəm