Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Növləşmə
Növləşmə, Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. == Növləşmə mexanizmləri == === Allopatrik növləşmə === Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər. Bu Təkamüldür.
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Böyük sözləşmə
Böyük sözləşmə — İngiltərə baş naziri Robert Cecilin 1610-cu ildə Kral I Ceyms və Parlamentə təqdim etdiyi maliyyə planı idi. Böyük sözləşmə adlanan bu plana əsasən, parlament yenidən fəaliyyətə başlamalı və krala aid 10 rəsmi imtiyaz parlamentə verilməli idi. Bunun qarşılığında isə parlament 600.000 £ həcmindəki dövlət borcunu ödəməli və əlavə olaraq dövlət xəzinəsinə illik 200.000 £ həcmində yardım göstərməli idi. Davam edən gərgin vəziyyət o qədər qarışıqlığa səbəb oldu ki, sonda I Ceyms dövlətin süqutunu gözə alaraq bu razılığı pozdu və 31 dekabr 1610 tarixində parlamentin fəaliyyətini yenidən dayandırdı. Bu tipdə olan digər bir plan isə 1614-cü ildə "Qarışıq Parlament" adıyla irəli sürülsə də, 9 həftəlik danışıqdan sonra pul ödənişlərindəki gecikmə səbəbilə qəbul edilmədi.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Parça döşəmə plov
== Tərkibi == Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz == Hazırlanma qaydası == Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı === Final === Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.