Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunmüddətli aktivlər
Xalis aktivlər
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyasıQeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəriBurada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Aktinilər
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Arxivlər
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki “arkheon” sözündən törəyib, latın dilindəki “archivum” sözünə keçmişdir. Məna etibarı ilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Aktivlərin diversifikasiyası
Kimyəvi reaktivlər
Kimyada bir reaktiv, regent, reaksiya və ya reaktant müəyyən bir birləşmə ilə xarakterik bir reaksiyaya daxil ola bilən və beləliklə həmin birləşmənin varlığını və ya hətta miqdarını təyin edərək reaksiyadan bir məhsul istehsal edən bir qarışıqdır. Analitik reaktivlərin nümunələrinə Fehling reaktivi və Tollens reaktivi aiddir. Üzvi kimyada, reagentlər birləşmə və ya qarışıq ola bilərlər və bu da üzvi reaktivin dəyişməsinə səbəb olur. Üzvi reaktivlərə nümunə olaraq Collins reaktivini, Fenton reaktivini və Grignard reaktivini göstərmək olar, katalizatorlar isə reaktiv deyildirlər.
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.
Beynəlxalq Arxivlər Şurası
Beynəlxalq Arxivlər Şurası (fr. Conseil international des archives) — 1948-ci ildə arxivlərlə əlaqəli bütün sahələrdə beynəlxalq əməkdaşlığı, tədqiqatı və inkişafı təşviq etmək üçün yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Fransanın Paris şəhərində, Fransa Milli Arxivi binasında yerləşir. Beynəlxalq Arxivlər Şurası ümumi məclis tərəfindən idarə olunur. Onun rolu dünyanın hər yerindən arxivçilər üçün regional forumlar yaratmaq və arxiv işçiləri ilə maraqlı qurumları bir araya gətirmək, konkret problemlərin həllinə nail olmaq üçün komitələr yaratmaqdır. Katiblik təşkilatın rəhbərliyinə həvalə olunmuşdur və üzvlərin öz aralarında əlaqələndirilməsinə xidmət edir. == Missiya barədə bəyanat == Beynəlxalq Arxivlər Şurasının missiya bəyanatında deyilir: "Beynəlxalq Arxivlər Şurası, dünya arxivi mütəxəssislərinin təmsilçiliyi ilə qeydlərin effektiv idarə olunması və dünya arxiv irsinin qorunması, qayğısı və istifadəsinə həsr olunmuşdur. Arxivlər insan fəaliyyətinin sənədli məhsuludur və bu səbəbdən demokratiyanın, fərdlərin və icmaların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin əvəzolunmaz şahididir. Altmış ildən çoxdur ki, Beynəlxalq Arxivlər Şurası dünyanın hər yerində arxiv qurumlarını və praktikantlarını birləşdirir, yaxşı arxiv idarəçiliyi və qeyd olunan mirasın fiziki qorunmasını təmin edir, nüfuzlu standartlar və ən yaxşı təcrübələr yaradır.
Rəqəmsal Aktivlərin İdarə Edilməsi
Rəqəmsal Aktivlərin İdarə Edilməsi (ing. Digital Asset Management, qısaca: DAM) — rəqəmsal aktivlərin saxlanması, axtarılıb tapılması, paylanması, qruplaşdırılması və ötürülməsi ətrafında baş verən idarəetmə tapşırıqlarından və qərarlarından ibarətdir. Rəqəmsal fotoşəkillər, animasiyalar, videolar və musiqi faylları "rəqəmsal aktivlər" adlanan aktivlərə misaldırlar. Rəqəmsal Aktivlərin İdarə Edilməsi Sistemi rəqəmsal aktivlərin idarə edilməsi prosesinə kömək edən kompüter proqram təminatı və/yaxud da aparat təminatı vasitəsilə fəaliyyət göstərir. Rəqəmsal aktivlərin idarə edilməsi (DAM) termini həmçinin İnternetdən yükləmə, adın dəyişdirilməsi, ehtiyat nüsxəsinin çıxarılması, dərəcələndirmə/qiymətləndirmə, qruplaşdırma, arxivləşdirmə, optimallaşdırma, mühafizə, kiçiltmə və faylların ixracı protokolları üçün də istifadə olunur. Əsasən audio faylları, videoları və digər media məzmunları ilə işləyən Media Aktivlərinin İdarə Edilməsi (ing. Media Asset Management, qısaca: MAM) "Rəqəmsal Aktivlərin İdarə Edilməsi"nin alt kateqoriyalarından biridir. Məzmunun idarə edilməsi sistemi (CMS) də sektorun və tətbiqinin əhatə dairəsinin daha geniş olması ilə bərabər, ümumilikdə oxşar xüsusiyyətlərə malikdir. == Metadata == Adətən idarə olunan "aktiv" rəqəmsal formatda birləşdirilir və saxlanılır. Bu aktivlərin adətən sistemdə "əsas" olaraq adlandırılan ən yüksək ayırdetmə dəyərlərinə malik olan təsvir mövcuddur.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.