Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dükanlar
Dükanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə yaşayış məntəqəsində bir neçə dukan olduğu üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Bilal Dündar
Bilal Dündar (15 oktyabr 1946, Qars, Qars ili) — Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == 1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olmuşdur. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirmişdir.1970-1973-cu illərdə Çorum Ticarət liseyində, 1973-1978-ci illərdə İzmit Axşam və Gunduz liseyində, 1979-cu ildə isə Kocaelidə məslək yuxarı siniflərdə muəllim, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifəsində calışmışdır. 1995-ci ildən "Kocaeli" qəzetinin muxbiridir. 2002-ci ildə "Yazdıqlarım", 2004-cu ildə "Sezdiklərim", 2008-ci ildə "Bildiklərim", 2009-cu ildə "Duşunduklərim", 2011-ci ildə "Gördüklərim" adlı kitabları nəşr olunmuşdur. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Can Dündar
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı. Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. == Həyatı == Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Dündar Əli Əfəndi
Dündar Əli Osmanoğlu (30 dekabr 1930, Dəməşq – 18 yanvar 2021, Dəməşq) — Osmanlı sülaləsinin onuncu rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Dündar Əli Əfəndi 1930-cu ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Dündar atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, 1 yaşı tamam olmamış anası və atası ayrılmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Yüsra xanımla evləndi. Övladı olmamışdır. 1995-ci ildə yenidən Türkiyə Cümhuriyyəti vətəndaşı oldu.
Duranlar
Duranlar və ya Taliqan Təvəqof əhli Təbrizli Mirzə Sadiq Müctəhidin ümməti olan bir münzəvi və zahid qrupdur. Duranlar adətən digərlərinə qaynayıb qarışmırlar. Onlar hər hansı bir müasirlik və ya texnologiya aspektlərinə qarşıdırlar. Duranlar Təbrizin Nobar məhəlləsindən Taliqan bölgəsinə köçmüşlər. Duranlar Taliqanın Montəzeran kəndində yaşayırlar. Duranlar çox varlıdırlar və Təbriz bazarında nüfuza malikdirlər. Duranlar və Amerika Birləşmiş Ştatlarındakı Amiş təriqəti arasında qəribə bir oxşarlıq var. == Qaynaqlar == [1] حسین عسگری، روستای ایستا: پژوهشی دربارهٔ اهل توقف در طالقان، تهران: نشر شهید سعید محبی، ۱۳۸۹. حسین عسگری، "طایفهٔ عجیب در طالقان"، ماهنامهٔ تصویر ساوجبلاغ، ش ۴۸، دی ۱۳۷۷، ص ۹. "درنگی در روستای ایستای طالقان"، ماهنامهٔ اخبار شیعیان، سال ششم، شمارهٔ ۵۷، مرداد ۱۳۸۹، ص.
Tukanlar
Tukanlar (lat. Ramphastidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qum və dumandan ev (film, 2003)
Qum və dumandan ev (ing. House of Sand and Fog) — 2003-cü ildə çəkilmiş amerikalı rejissor Vadim Perelmanın debüt filmidir. Film dram janrındadır. Əsas rollarda Cennifer Konneli və Ben Kinqsli çəkilmişlər. == Məzmun == Filmin süjet xəttini 2 insanın bir evə sahib durmaq uğrunda mübarizəsi təşkil edir. Bu kiçik bunqalo onların həyatında unudulmaz bir iz qoyur. Keti Nikolo (Cenifer Konneli) üçün bu ev atasından miras qalmış yeganə şeydir və narkotik aludəçiliyindən azad olduqdan sonra yenidən normal həyata qayıtmaq üçün yeganə şansdır. Lakin bürokratik səhv nəticəsində Ketini evdən çıxarırlar və ev auksionda İran əsilli Məsud Əli Behraniyə (Ben Kinqsli) ucuz qiymətə satılır. Onun üçün bu ev — bütün arzuların reallaşması deməkdir. Bu səbəbdən, o ailəsi ilə birlikdə İranı tərk edib, Amerikaya yollanmışdır.