Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düdükçü
Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Düdükçü kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Kolatağ olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində düdükçü nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düdükçü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Duluçu
Şanyü Duluçu (v. 147) — bir hun əyanı idi, lakin hakimiyyətə imperator tərəfindən gətirilmiş və normalda heç bir gücü olmayan bir şanyü idi. 4 il şanyülükdən sonra ölmüşdü.
Dulusçu orakulu
Dulusçu orakulu — ilk olaraq e.ə. III əsrdə Demotik Misir dilində yazılmış ellinistik Misir peyğəmbərlik mətni. Bununla belə, papirus üzərində sənədin yalnız beş yunan əlyazma nüsxəsi qalmışdır (iki əlyazmanın hissələri, ehtimal olunur ki, e.ə. 132–130-cu illərdə Hersezin uğursuz üsyanından sonra II əsrdə yenidən yazılmışdır) Misirdə Roma hakimiyyəti b.e. II və ya III əsrlərinə aiddir. Dulusçu peyğəmbər və hekayənin baş qəhrəmanıdır, Misir mifologiyasında dünyanı yaradan "dulus çarxının ağası" Xnuma işarədir. Mətn anti-Ptolemey təbliğatı kimi tərtib edilmişdir: dulusçu hər şeyi yazıb bütün insanlara açıqlayan padşah Amenhotepə Tifon/Setə ibadət edən "kəmər taxanlar"ın (yunanlar) ədalətsiz hakimiyyətinin ardınca gələcək xaos və dağıntılardan, çətin vaxtlarda bir-birlərini öldürdükdən sonra şəhərin (İsgəndəriyyə) boş qalmasından danışır. Hefest/Ptah kəmər taxanların şəhərini tərk edən Aqatademon/Şay (İsgəndəriyyənin himayədar tanrısı) ilə birlikdə Memfisə qayıdır. Hekayə üslub, ton və mövzu baxımından Neferti peyğəmbərliyi kimi Orta Misir padşahlığının peyğəmbərlik mətnləri ilə müqayisə edilir. == Həmçinin bax == Quzu orakulu == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gozzoli, Roberto B. (2006).
Ülküçü təlim düşərgələri
Ülküçü təlim düşərgələri — Alparslan Türkeş tərəfindən yaradılmış ideoloji və hərbiləşdirilmiş təlim düşərgələri. Düşərgələr "Bozqurdlar"ın üzvlərinə şəhər müharibəsi təlimi vermək üzrə ixtisaslaşmışdır. Düşərgələr 1968-ci ildə yaradılmışdır və 1978-ci ilə qədər tamamilə ləğv olunmuşdur. "Qladio" əməliyyatının bir hissəsi olaraq ABŞ düşərgələrə silah göndərmiş və onları maliyyələşdirmişdir. Düşərgələrdəki təlimçilər əvvəllər də ABŞ-də təhsil almış TSQ veteranları idi. İlk sessiya 14 iyul 1968-ci ildə İzmir və Gümüldərə şəhərlərində başlamışdır. 1969-cu ilə qədər düşərgələrdə 100,000-dən çox insan təlim keçmişdi. 1970-ci ilin sonunda düşərgələrin sayı 35-ə çatmışdır. Türkiyə daxilində İzmir, Yozgat, Çanqırı, Kayseri, Trabzon, Antalya, Ankara və İstanbul kimi şəhərlərdə ümumilikdə 100-dən çox düşərgə fəaliyyət göstərirdi. Əsgərlər "yaxşı nizam-intizamlı" kimi təsvir edilirdi və düşərgələri bitirdikdən sonra onlar Türkiyədəki siyasi münaqişədə vuruşmuş, solçulara, ələvilərə, kürdlərə və islamçılara qarşı atışmalarda, sui-qəsdlərdə və digər hücumlarda iştirak etmişdilər.
Quluncu
Quluncu — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində kənd. 2016-cı ilin məlumatına görə şəhərdə 5.192 nəfər yaşayır (1,566 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir və azərbaycanca danışırlar. Quluncu kəndinin əhalisi əsasən sünni hənəfi məzhəbində olan Kürəsünni türkləri qismən isə şiə cəfəri məzhəbində olan türklərdən ibarətdir. Quluncu bütün Cənubi Azərbaycanda sünni hənəfi etiqadlı türklərin kompakt yaşadığı ən böyük yaşayışı məntəqəsidir. Buna baxmayaraq burada şiə cəfəri inanclı türklərin sayı da çoxdur. Quluncuda ikisi sünnü biri şiə olmaqla birlikdə üç məscid fəaliyyət göstərir. Bunlardan Xatəm Əl Nəbiyin və Məhəmməd RəsulAllah məscidləri sünni; İmamzadə Məscidi isə şiə məzhəbinə məxsusdur.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Anacamptis dulukae
Anacamptis collina (lat. Anacamptis collina) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Barlia collina (Banks & Sol. ex Russell) Szlach. Herorchis collina (Banks & Sol. ex Russell) D.Tyteca & E.Klein Orchis collina Banks & Sol. Vermeulenia collina (Banks & Sol.
Orchis dulukae
Anacamptis collina (lat. Anacamptis collina) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. Barlia collina (Banks & Sol. ex Russell) Szlach. Herorchis collina (Banks & Sol. ex Russell) D.Tyteca & E.Klein Orchis collina Banks & Sol. Vermeulenia collina (Banks & Sol.
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir. Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur.