Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dələkimilər
Dələlər (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Dəvəkimilər
Dəvəkimilər (lat. Camelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Dəfnəkimilər
Dəfnəkimilər (lat. Lauraceae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Kələmkimilər
Kələmkimilər (lat. Brassicaceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Kələmkimilər fəsiləsinin ən tanınmış nümayəndəsi kələmdir. Mədəni nümayəndələri ağbaş kələm, gül kələm, kolrabi kələmi, Brüssel kələmi, vəzəri, turp və s.-dir. Yabanı nümayəndələri isə yabanı kələm, vəzərək, çöl xardalı, quduzotu, sarılıqotu, quşəppəyi və s.-dir. Kələmkimilər fəsiləsinin 3 minə yaxın növü var. Əksrəriyyəti ot bitkisidir. Bəzilərində əsas köklər yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə üzərində növbəli düzülür. Çiçəkləri əksər hallarda sadə salxım çiçək qrupunda toplanır.
Nərəkimilər
Nərəkimilər (lat. Acipenseriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bütün qalan şüaüzgəcli balıqlarda (Actinopterygii) olmayan bir sıra qədim əlamətləri saxlamışlar. Nərəkimilərdə onurğa skeletin əsasını elastik xorda təşkil edir, fəqərə cisimlər yoxdur. Quyruq üzgəci qeyri-bərabər pərlidir (heteroserkal), üst pər yuxarıya doğru qalxır. Quyruq üzgəcinin üst pərinin əsası qanoid pulcuqlarla örtülmüşdür. Bədəndə — qanoid pulcuqların rudimentəlri hesab edilən beş uzununa sıra romşəkilli sümük lövhələr vardır. Daxili skelet qığırdaqdan ibarət olduğu üçün nərəkimləri xüsusi qığırdaqlı qanoidlər və ya qığırdaqlı-sümüklü balıqlar qrupuna (Chondrostei) aid edirlər.Bunlar — Avropa, Şimali Asiya və Şimali Amerkanın keçici, yarımkeçici və göl-çay balıqlardır. Xəzər dənizində yalnız nərəkimilər fəsiləsinin nümayəndələri yaşayır.
Tərəkimilər
Tərəkimilər (lat. Chenopodiaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Meliekimilər
Meliekimilər (lat. Meliaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər sırasına aid bitki fəsiləsi.